
Vardanyanın məktubu, əslində, şok etiraflar məktubudur
22:40 14.04.2025
Siyasət
413
Ən heyrətamiz etirafı isə budur ki, o, həyatının fəlsəfəsini həbsxanada dərk etdiyini bildirib
Sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağır cinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı Ruben Vardanyan ailəsinə məktub göndərib. Vardanyan həbsxanadakı kamerasında xoşbəxt olduğunu yazıb: "Xoşbəxtlik bizim içimizdə başlayır və bitir. Xarici mühit heç bir rol oynamır. Mən həm Hind okeanındakı dəbdəbəli adada, sadəcə biz – ailəm və xidmət işçiləri olan bir adada xoşbəxt olmuşam, həm də buradakı kameramda xoşbəxtəm".
Vardanyan bildirib ki, o, həyatının fəlsəfəsini həbsxanada dərk edib: “Ömrüm boyu yeddi aksiomanı dərk etdim. Əsrlər boyu müdriklər, peyğəmbərlər bu fikirləri müxtəlif dillərdə, müxtəlif söz, rəmz, hərəkət və qayda-qanunlarla bizə dəfələrlə çatdırmağa çalışıblar. Mən onları 57 yaşımda başa düşdüm. Bu gün üçün şükür etməliyik. Əsas odur ki, gündəlik həyatın və rutinin bu çılğın dünyasında pula, zövqlərə deyil, ruhunuza vaxt ayırın".

Araşdırmaçı-jurnalist Bəybala Mirzəyev "Sherg.az"a deyib ki, sən demə, Rubenin filosofluğu da varmış. Ekspertə görə, adam məktubunda xoşbəxtliyin az qala lap Lev Tolstoy sayağı tərifini də verib:
"Vardanyanın məktubu, əslində, şok etiraflar məktubudur. Ən heyrətamiz etirafı isə budur ki, o, həyatının fəlsəfəsini həbsxanada dərk etdiyini bildirib. Deməli, bu erməni 57 il boşuna yaşayıb. Əgər Azərbaycanın Xüsusi Təyinatlıları 2023-cü ilin sentyabrında onu Qarabağdan Ermənistan tərəfə keçmək istəyərkən yaxalayıb Bakıya gətirməsəydilər, bu avantürist milyarder reallıq hissinə qayıtmayacaqdı. Yenə də öz ənənəvi erməni həyatına, yəni terror və separatçılığı maliyyələşdirən, Azərbaycana nifrəti təbliğ edən həyatına davam edəcəkdi. Bu gün Ermənistanda və dünyanın müxtəlif ölkələrindəki əksər ermənilər məhz bu həyat tərzi ilə yaşayırlar, Azərbaycan və Türkiyəyə qarşı daim qisas hissilə qovrulurlar. Odur ki, məsələyə bu yöndən yanaşsaq, əslində, bütün erməniləri Bakı türməsinin "həvəngdəstə"sindən keçirməliyik. Denasifikasiya etmək məqsədilə keçirməliyik. Keçirməliyik ki, erməni toplumu faşizm və ultramillətçilik zəhərindən, kilsənin uzun illər boyu təbliğ etdiyi türk düşmənçiliyindən arınıb durulsun, normal və adekvat bir topluma çevrilsin".
B.Mirzəyevin fikrincə, Ruben məktubunun sonunda Azərbaycana da təşəkkür etməliydi:
"Çünki məhz Azərbaycan dövlətinin lütfü sayəsində o, Bakıda məhbus həyatını yaşamaq və burada əsl xoşbəxtliyi dərk etmək imkanını qazanıb. R.Vardanyan yəqin ki, məhbəs divarları arasında duyduğu xoşbəxtlik təəssüratları barədə gələcəkdə böyük bir kitab da yazacaq. Əlbəttə, belə bir kitabı yazmaq üçün o, vaxt sarıdan əsla korluq çəkməyəcək. Çünki qarşıda onu hələ uzun bir məhbəs həyatı gözləyir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kişinyovdakı Rus Evi fəaliyyətini dayandırıb
19:11 04.07.2026
Dünya
Müharibənin ayırdığı sevgililər 60 ildən sonra yenidən görüşdü
18:12 04.07.2026
Maraqlı
İsrail mətbuatı: Türklərin sürətinə çatmaq çətindir
17:44 04.07.2026
Gündəm
CHP-nin deputatı Adnan Beker partiyasından istefa verib
17:25 04.07.2026
Siyasət
Ərdoğan Şahbaz Şəriflə görüşüb
17:02 04.07.2026
Gündəm
Bəzi yerlərdə külək güclənəcək - XƏBƏRDARLIQ
16:45 04.07.2026
Dünya
Rusiyanın açıqlamasına Zelenskidən təkzib: Putin yalan danışır
16:29 04.07.2026
Dünya
Yer kürəsində güclü maqnit qasırğası başladı
15:56 04.07.2026
Maraqlı
Livan Prezidenti Trampdan kömək istədi
15:41 04.07.2026
Dünya
NATO təyyarəsi Rusiya yaxınlığında uçuş həyata keçirdi
15:12 04.07.2026
Dünya
Sabah dənizə getmək istəyənlərin nəzərinə!
14:56 04.07.2026
Ekologiya
Medvedev: İranın ehtiyatında “termonüvə silahı” da var
14:12 04.07.2026
Gündəm
İmişlidə zəlzələ olub
14:00 04.07.2026
Hadisə
İrana verilən təklif Qalibafı hiddətləndirdi - “Ac özünüzsünüz”
13:43 04.07.2026
Region