
Vaşinqton planı! - “Azərbaycanın suvenerliyinin təmin olunması...”
Yusif Nəzərli
14:42 28.10.2022
Siyasət
596
Ermənistan və Azərbaycan arasında davam edən çoxillik Qarabağ məsələsini bəzən yaxından izləyən, bəzən də vasitəçilik edən ölkələrdən biri də Rusiyadır.
"Can üstündə" olan Rusiya, Azərbaycanla Ermənistan arasında sülh sazişinin imzalanması istiqamətində canfəşanlıq göstərir. Uzun müddətdir ki, Rusiya tərəflər arasında sülh müqaviləsinin imzalanmasını dəstəklədiyini bildirir.
Bu dəfə isə Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova brifinq zamanı Azərbaycan, Rusiya və Ermənistan üçtərəfli görüş barədə verilən sualı şərh edərkən həmin məsələyə toxunub:
“Görüşlərin ən yüksək səviyyədə təşkili məsələsini Rusiya tərəfindən Prezident Aparatı cavablandırır”-, deyib.

Rəsmi Moskvanın mövqeyini "Sherg.az"a dəyərlənirən analitik Turab Rzayevin qənaətincə, Rusiya bölgədə sülhün yaradılmasında maraqlı deyil:
"Azərbaycan sülhün tərəfdarıdır. İl sonu, növbəti ilin əvvəlinə kimi sülh prosesini yekunlaşdırmağı hədəfləyir. Eyni fikri Ermənistan haqqında da söyləyə bilərik.
Çünki baş nazir Nikol Paşinyan dəfələrlə vurğulayıb ki, il sonuna qədər sülh müvaqiləsinin imzalanması mümkündür.
Digər tərəfdən Qərbin dəstəyi açıq - aydın görünür. Avropa İttifaqı sülh prosesini dəstəkləyir. Rəsmi Vaşinqtonun dövlət katibi Entoni Blinken də Avropanın sülh yaratmaq missiyasını dəstəklədiyini diqqət çatdırır.
Rusiya Azərbaycanla Ermənistanın ondan kənar sülh müqaviləsi imzalaya biləcəyini anlayır və maksimum mane olmağa çalışır.
Rusiya başqa dövlətlərin vasitəçilik etməsini istəmir. Sülh barədə tez-tez açıqlamalar verir. Lakin heç bir əhəmiyyətli addım atılmayıb. "Vaşinqton planı" Azərbaycanın suvenerliyinin təmin olunması yönündədir.
Tutalım, Putin Qarabağ üzərindən Azərbaycanın suvenerliyini hansısa şəkildə qəbulunun əleyhinədir. Onda Qarabağı müstəqil, yoxsa yeni "Donetsk və Luqansk" vilayəti kimi görmək istəyir?
Nə vaxtsa, sülh imzalanarsa, Rusiya şərtləri özü diqtə etməyə səy göstərəcək. Nəticə etibarilə Kreml Azərbaycanın Qarabağ üzərində suvenerliyinin təmininin tərəfdarı deyil".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Polis Sumqayıtda Dövlət bayrağına hörmətsizlik edən şəxsi saxlayıb
19:00 01.05.2026
Hadisə
ABŞ-də təyyarə qəzası: 5 nəfər həyatını itirib
18:58 01.05.2026
Dünya
Diplomatik korpusun nümayəndələri Şuşa qalasını ziyarət ediblər
18:53 01.05.2026
Siyasət
Prezidentin köməkçisi: BQXK-nın bu işini qənaətbəxş hesab etmirik
18:33 01.05.2026
Siyasət
Ombudsman Aparatı təhsil müəssisələrində monitorinqlər keçirdi
18:27 01.05.2026
Ölkə
Karapetyan Azərbaycan və Türkiyə ilə əməkdaşlığa qarşı çıxdı
17:47 01.05.2026
Gündəm
DİM: 6 nəfər imtahandan xaric olunub
17:42 01.05.2026
Elm və Təhsil
Buraxılış imtahanının nəticələri elan olundu
17:40 01.05.2026
Elm və Təhsil
Zelenski: Ukrayna Rusiyanın neft infrastrukturunu darmadağın edir
17:12 01.05.2026
Dünya
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm