Vaşinqtonda Zəfər Gününə həsr olunan tədbir keçirilib
Yusif Nəzərli
10:12 08.11.2022
Siyasət
291
ABŞ-ın paytaxtı Vaşinqtonda Azərbaycan səfirliyinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunan tədbir keçirilib.
“Report”un yerli bürosu xəbər verir ki, mərasimdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov, Birinci vitse-prezidentin köməkçisi Elçin Əmirbəyov, Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim, Türkiyənin Vaşinqtondakı səfiri Həsən Murat Mərcan, xarici diplomatlar və hərbi attaşelər, ABŞ-ın beyin mərkəzlərinin təmsilçiləri və ABŞ-da yaşayan Azərbaycan icmasının fəalları iştirak ediblər.
Tədbirdə əvvəlcə Azərbaycan və ABŞ-ın dövlət himnləri səsləndirilib, Azərbaycanın tarixi qələbəsindən bəhs edən görüntülər nümayiş etdirilib.
C.Bayramov çıxışında tarix boyu ağır sınaqlardan çıxan Azərbaycan xalqının varlığını, ərazi bütövlüyünü qorumaq üçün hər zaman birlik və bərabərlik nümayiş etdirdiyini deyib.
Nazir Ali Baş Komandan İlham Əliyevin sərkərdəliyi ilə Azərbaycan Ordusunun 44 günlük Vətən müharibəsində düşmən taptağında olan torpaqları 30 ildən sonra işğalından qurtararaq tarix yazdığını vurğulayıb: "Azərbaycan xalqının bu ağır sınaqdan zəfərlə çıxmasını şərtləndirən başlıca amillərdən biri də məhz Vətənə sonsuz sevgi hissidir".
Tədbirin bədii hissəsində azərbaycanlı cazmen, pianoçu, Əməkdar artist Emil Əfrasiyab və xanımı musiqiçi Leyla Babayevanın ifasında Azərbaycan müsiqiləri səsləndirilib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bakının iki küçəsində hərəkət məhdudlaşdırılacaq
23:23 09.09.2026
İnfrastruktur
Gəncədə 16 yaşlı yeniyetmə bıçaqlanıb
22:30 09.09.2026
Hadisə
Paşinyan və Emmanuel Makron arasında görüş olub
22:12 09.09.2026
Gündəm
Taliban Trampın tələbini yenə rədd etdi: Artıq bizimdir!
21:11 09.09.2026
Dünya
Belçikada Salmonella virusuna yoluxanların sayı 318-ə çatıb
20:57 09.09.2026
Sağlamlıq
Əməkdar mədəniyyət işçisi Zöhrab Zeynallı vəfat edib
20:45 09.09.2026
Hadisə
"Sabah" "Mançester Yunayted"lə oyuna ciddi itki ilə çıxacaq
20:00 09.09.2026
Futbol
Rusiya və Vyetnam prezidentləri arasında Kremldə görüş olub
19:51 09.09.2026
Gündəm
Zaxarova Danimarka qəzetindəki yazıya sərt reaksiya verdi
19:25 09.09.2026
Dünya
DİN-in yeni vəzifəsi müəyyənləşib
19:14 09.09.2026
Siyasət
Kılıçdaroğlu: “CHP satın alına bilməz”
19:07 09.09.2026
Siyasət
2027-ci ildə əsas sual "TRIPP başlayacaqmı?" olmayacaq - Politoloq
18:50 09.09.2026
Aktual
David Alaba karyerasını Meksikada davam etdirə bilər
18:47 09.09.2026
Futbol