Vətəndaşlar artıq yalançı milyarderdən bezib
Turan
10:52 12.01.2021
Siyasət
540
İvanişvili könüllü getməsə belə, onu birdəfəlik yola salacaqdılar
"Bu gün gürcülər oliqarxiyanın siyasi qərarlara birbaşa təsir etməsinə imkan vermək istəmirlər"
Gürcüstanın hakim “Gürcü Arzusu” partiyasının sədri, milyarder Bidzina İvanişvili siyasəti tərk edir. O bu barədə özünün açıq məktubunda bildirib. İvanişvili missiyasını tamamladığını söyləyib: “Nəhayət siyasətdən və idarəetmə sahəsindən tamamilə uzaqlaşmaq barəsində qərar qəbul etdim. Partiya sədri vəzifəsini tərk edərək 2011-ci ildən əvvəlki özəl həyat tərzimə geri dönəcəyəm. Mən siyasəti fəxrlə, qalib kimi və minnətdar bir şəkildə tərk edirəm”. Milyarder əlavə edib ki, hakim komanda bütün siyasi aktorlar arasında həqiqətən də ən yaxşı və alternativsizdir:
“Əminəm ki, bu komandanın üzvləri mənim işimi, səlahiyyətimi və bacarıqlarımı ləyaqətlə əvəzləyə bilərlər”. İvanişvilini partiya sədri kimi əvəz edəcək şəxsin adı da açıqlanıb. İrakli Kobaxidzenin hakim “Gürcü Arzusu” Partiyasına sədr seçiləcəyi gözlənilir. Qeyd edək ki, 2012-ci ildə “Gürcü Arzusu” partiyasını təsis edən İvanişvili bir il müddətinə Gürcüstanın baş naziri olub.
2013-cü ildə siyasətdən getdiyini açıqlasa da, partiya sədri kimi siyasi fəaliyyətini davam etdirib. 4,8 milyard dollar sərvəti ilə Gürcüstanın ən zəngin iş adamı olan 64 yaşlı milyarder “Forbes”a görə dünya milyarderlər siyahısında 349-cu yerdə dayanır.
Bəzi ekspertlər İvanişvilinin siyasi ambisiyalarından əl çəkməsindən sonra Gürcüstanda yeni siyasi mühitin formalaşacağını iddia edirlər.
Partiya sədrinin “siyasətdən gedirəm” ifadəsini “Şərq”ə təhlil edən politoloq Azər Rəşidoğlu deyib ki, İvanişvili həqiqətən öz missiyasını başa vurub və artıq gedə bilər. Analitikin fikrincə, onun nüfuzu da qalmayıb:
“Vaxtilə, İvanişvilinin qələbəsini təmin edən amillər kifayət qədər idi. O, ölkədə köklü dəyişikliklər tərəfdarı kimi çıxış edirdi. İvanişvilinin qələbəsi çoxlarını təmin edirdi, o cümlədən xarici qüvvələrin də maraqlarına cavab verirdi. Qərbi inandırdı ki, Gürcüstan diplomatiyasında kardinal dəyişikliklər olmayacaq. Kremli də öz namizədliyinin Moskvanın əlaltısı olan, sabiq spiker Nino Burcanadzedən daha məqbul olduğuna inandıra bildi.
Rusiya Prezidenti Vladimir Putinin şəxsi düşməni olan Mixail Saakaşvilini iqtidardan götürməyin ən optimal yolunun məhz İvanişviliyə dəstək olduğunu anlayan Kreml bu seçimə etiraz etmədi.
Bu yolla Moskva Gürcüstanda ona mane olan iqtidarın getməsinə yardım göstərmiş oldu. Lakin İvanişvilinin təmsil olunduğu oliqarxiyanın siyasi hakimiyyətə gəlişi cəmiyyətə yaxşı perspektiv vəd etmirdi”.
A.Rəşidoğlu vurğulayıb ki, oliqarxların əsas ideyası pul qazanmaqdır. Əgər oliqarx siyasi hakimiyyətə can atırsa, demək hakimiyyət rıçaqlarından faydalanmaqla daha çox maliyyə əldə etmək, yeni bazarlar qazanmaq, biznes imperiyalarının sərhədlərini genişləndirmək haqqında düşünür:
“İvanişvilinin hakimiyyətə gəlişi ilə Gürcüstanda korrupsiya və rüşvətin həcmi müqayisəolunmaz dərəcədə artdı. Qiymətlər dəfələrlə bahalaşdı, bürokratik aparat möhkəmləndi.
Bu gün gürcülər oliqarxiyanın siyasi qərarlara birbaşa təsir etməsinə imkan vermək istəmirlər. İvanişviliyə vaxtilə səs verən seçicilər peşman olduqlarını bildirirlər.
Bəlli idi ki, biznesmen İvanişvili hakimiyyətə xeyriyyəçilik etmək üçün yox, pul qazanmaq üçün gəlib. İlkin mərhələdə seçkiyə xərclədiyini çıxaracaq, sonra biznesini böyütməyə başlayacaq.
Bu, baş verdi və vətəndaşlar İvanişvilidən bezməyə başladılar. Bu baxımdan, İvanişvili könüllü getməsə belə, onu birdəfəlik yola salacaqdılar. Ancaq özü getməyə qərar verdi”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ İran tankerinə atəş açıb
22:36 06.05.2026
Gündəm
Sarkozi azadlığa buraxıldı
22:03 06.05.2026
Dünya
Tramp İran rəhbərliyi ilə razılaşmaya hazırdır
21:52 06.05.2026
Dünya
Avtobus sürücüsü jurnalistə hücum edib
21:20 06.05.2026
Hadisə
Qərbdə Zelenskinin yeni planı təəccüb doğurdu: “Asan olmayacaq”
20:48 06.05.2026
Dünya
Qazaxıstanın Baş naziri Azərbaycana səfər edəcək
20:39 06.05.2026
Siyasət
Zelenski Azərbaycan Prezidentinə zəng etdi
20:27 06.05.2026
Siyasət
Tramp: İranla razılaşma 14 maya qədər mümkündür
20:14 06.05.2026
Gündəm
Gəncədə davada 4 nəfər xəsarət alıb
20:02 06.05.2026
Hadisə
Tramp: Razılaşmasa, İranı yenidən amansızcasına bombalayacağıq
19:51 06.05.2026
Gündəm
Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında viza rejimi ləğv edildi
18:58 06.05.2026
Dünya
Bu dəfə müharibə Ermənistanın sonu ola bilər - ŞƏRH
18:49 06.05.2026
Gündəm
Abşeronda 19 yaşlı oğlan öldürülüb, saxlanılan var
18:41 06.05.2026
Hadisə
Ukrayna Rusiyanın 9 May atəşkəsini qəbul etmir
18:28 06.05.2026
Gündəm
Ukrayna Rusiyanın 9 May atəşkəsini qəbul etmir
18:22 06.05.2026
Dünya