“WarGonzo” Qarabağla bağlı təxribatlarını davam etdirir
15:10 07.01.2021
Siyasət
539
Əflatun Amaşov, Azərbaycan Mətbuat Şurasının Sədri
Azərbaycan prezidenti cənab İlham Əliyev Ermənistanın xarici işlər naziri Ara Ayvazyanın Xankəndinə səfəri üzərində dayanaraq bildirdi ki, heç bir xarici ölkənin vətəndaşı Azərbaycandan icazəsiz Dağlıq Qarabağa yollana bilməz. Dövlət başçımız bu halların təkrarlanacağı təqdirdə sərt tədbirlərin görüləcəyinə dair xəbərdarlıq da etdi.
Belə bir media layihəsi var, adı hər birinizə yaxşı məlumdur – “WarGonzo”. Layihənin rəhbəri Azərbaycan tərəfindən axtarışa verilmiş Semyon Peqovdur. Hər kəs 44 günlük müharibə müddətində onun jurnalistika adına çıxardığı meymunluqları da yaxşı xatırlayır.
Maraqlıdır ki, Peqovun “WarGonzo”su Ermənistanda Azərbaycana qarşı əsas informasiya mənbəyi kimi götürülür. Hətta bəzi ermənilər bəzən hiddət və qəzəblərini da onun üstünə yıxırlar. Təxminən belə - harda “WarGonzo” varsa, orda Ermənistana qarşı bəla var. Haqlıdırlar. Amma...
Materiallarının tam əksəriyyətinin təxribat xarakteri daşıdığı “WarGonzo”nun belə demək mümkünsə, xaç atası erməni Aram Qabrelyanovdur. Peqov məhz onun qabağında quyruq bulayır. O Aram Qabrelyanov ki, “İzvestiya” qəzetinin və Rusiyanın digər tanınmış kütləvi informasiya vasitələrinin sahibidir, tanınmış media maqnatıdır.
Bir sıra mənbələr Aram Qabrelyanovun özünün Kremlin layihəsi olduğunu iddia edirlər və bildirirlər ki, Qabrelyanov göstərişləri birbaşa yuxarılardan alır. Bunu söyləmək üçün kifayət qədər ciddi əsaslar var. Hələlik onları bir kənara qoyuram...
Onu da nəzərə alaq ki, bu günün özündə də “WarGonzo” Qarabağla bağlı təxribat xarakterli materiallar yaymaqda davam edir. O materiallar nəinki Azərbaycanın ərazi bütövlüyünü saya salmır, habelə Rusiyanın bölgədəki sülhyaratma missiyasına zərbə vurur.
Məhz bu layihəyə görə Rusiya söz və ifadə azadlığı ilə sülhyaratma missiyası arasındakı seçimini birincinin xeyrinə etmək niyyətindədirsə, buyursun. Əks halda qabrelyanovları ayağına bağlasın.
Rusiya düşünməlidir ki, onun demokratik dəyərlərə hörmət baxımından dünyadakı imici onsuz da korlanıb. Yəni heç kəs inanmayacaq ki, Moskva Qarabağda göbəyi kəsilmiş “WarGonzo”nun üstünə yumşaq desəm, təpinə bilməz.
Rusiya onu da düşünməlidir ki, Qarabağda ədalətli şəkildə sülhün fövqündə dayansa, dünyada bu istiqamətdə indiyədək qazanmadığı nüfuzu qazana bilər. Yəni bunun üçün az da olsa şansı var. Təəssüf ki, o şansın zorlandığını daha çox müşahidə edirik. Elə “WarGonzo”nun timsalında da.
Biz isə xarici ölkə vətəndaşlarının Qarabağa qeyri-qanuni səfərlərindən söz açırıqsa və buna sərt mövqeyimizi ifadə ediriksə, “WarGonzo”nun bölgədə indi yalnız mövcudluğunu vurğuladığı “mənbələrinə” qarşı da barışmaz münasibət ortaya qoymalıyıq. Bu “mənbələrin” təmizlənməsi Qarabağın meşələrinə səpələnmiş silahlı erməni tör-töküntülərinin təmizlənməsi qədər vacibdir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İran BMT ölkələrinə Hörmüz boğazı ilə bağlı çağırış edib
23:59 06.05.2026
Region
ABŞ İran tankerinə atəş açıb
22:36 06.05.2026
Gündəm
Sarkozi azadlığa buraxıldı
22:03 06.05.2026
Dünya
Tramp İran rəhbərliyi ilə razılaşmaya hazırdır
21:52 06.05.2026
Dünya
Avtobus sürücüsü jurnalistə hücum edib
21:20 06.05.2026
Hadisə
Qərbdə Zelenskinin yeni planı təəccüb doğurdu: “Asan olmayacaq”
20:48 06.05.2026
Dünya
Qazaxıstanın Baş naziri Azərbaycana səfər edəcək
20:39 06.05.2026
Siyasət
Zelenski Azərbaycan Prezidentinə zəng etdi
20:27 06.05.2026
Siyasət
Tramp: İranla razılaşma 14 maya qədər mümkündür
20:14 06.05.2026
Gündəm
Gəncədə davada 4 nəfər xəsarət alıb
20:02 06.05.2026
Hadisə
Tramp: Razılaşmasa, İranı yenidən amansızcasına bombalayacağıq
19:51 06.05.2026
Gündəm
Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında viza rejimi ləğv edildi
18:58 06.05.2026
Dünya
Bu dəfə müharibə Ermənistanın sonu ola bilər - ŞƏRH
18:49 06.05.2026
Gündəm
Abşeronda 19 yaşlı oğlan öldürülüb, saxlanılan var
18:41 06.05.2026
Hadisə
Ukrayna Rusiyanın 9 May atəşkəsini qəbul etmir
18:28 06.05.2026
Gündəm