XİN başçılarının görüşü nəticəsiz qalacaq: Rəsmi İrəvanın mövqeyində dəyişiklik yoxdur - ŞƏRH
Fidan Həmişəyeva
14:02 27.01.2020
Siyasət
550
Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan arasında növbəti görüş yanvarın 29-30-u tarixlərində İsveçrənin Cenevrə şəhərində keçiriləcək.
Nazirlərin ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə görüşəcəyi, bundan sonra Qarabağ münaqişəsi ilə bağlı ikitərəfli danışıqlar aparacağı gözlənilir.
Görüş barədə fikirlərini Sherg.az-la bölüşən "Atlas" Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu bildirib ki, 2019-cu ildə Dağlıq Qarabağla bağlı danışıqlarda heç bir irəliləyiş əldə olunmadı.
Analitik qeyd edib ki, bu ilki danışıqların da nəticəsiz qalacağı güman edilir:
“Dövlət başçısı İlham Əliyev də vurğulamışdı ki, 2019-cu il danışıqlar baxımından itirilmiş il oldu. Bəli, həqiqətən də bu belədir. Çünki Paşinyanın mövqeyində heç bir dəyişiklik olmadı. O, həmçinin deyir ki, “Qarabağ Ermənistandır”. Düzdür, sonrakı açıqlamasında maraqlı fikir səsləndirdi ki, “keçmiş hakimiyyət Dağlıq Qarabağ ətrafındakı rayonları Azərbaycana təhvil vermək istəyib”. Paşinyan bununla sübut etmək istəyirdi ki, guya belə bir plan var. Lakin mövqedə heç bir dəyişiklik yoxdur.
2020-ci ildə danışıqlarda ciddi irəliləyişlərin olacağını düşünmürəm. Amma müəyyən görüşlər olacaq. Hətta fevral ayında Münhendə təhlükəsizlik konfransında Prezident İlham Əliyevlə baş nazir Nikol Paşinyan arasında qısa bir təmas ola bilər. Buna baxmayaraq Ermənistan hakimiyyətinin mövqeyində dəyişiklik yoxdursa, bu təmasların münaqişənin həllinə də ciddi təsiri olmayacaq. Elmar Məmmədyarov dekabr ayındakı sonuncu görüşdən çox narazı qalıb və bunu açıq ifadə etdi. Belə olan halda biz hansı irəliləyişdən danışa bilərik? Ermənistan hakimiyyətinin Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltmağı düşünməsinə dair hansısa işarə olmalıdır. Amma ermənilər buna açıq-aşkar hazır deyil. Hətta ən adi bir məqamı qeyd edim: xoş niyyət göstərmək istəsəydilər, ilk növbədə iki girovumuzu azad edə bilərdilər. Düşmən bu addımı atmağa razı deyil, o ki qaldı Dağlıq Qarabağ ətrafındakı rayonları boşaltsın. Ona görə də bu gedişlə danışıqlar yerində sayacaq. Azərbaycanın yeganə strategiyası hərbi qüdrətini gücləndirmək və orduya ayrılan vəsaiti artırmaqdır ki, Ermənistan da pullarını hərb sahəsinə xərcləsin nəticədə vəziyyətləri daha da ağırlaşsın”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Avropa Komissiyasının Prezidenti Azərbaycana səfərə gəlib
16:58 01.07.2026
Gündəm
Azərbaycanda 53 yaşlı həkim göldə batdı
16:20 01.07.2026
Hadisə
27 ölkədən biri "yox" desə, Türkiyənin yolu bağlanır - ŞƏRH
15:45 01.07.2026
Dünya
Hakan Fidan: Rusiya-Ukrayna danışıqları birbaşa aparılmalıdır
15:27 01.07.2026
Gündəm
“Xəyali statistika ilə pensiya yaşını artırıblar” - Tural Abbaslı
14:31 01.07.2026
Sosial
At ətini dana əti adı ilə satırlar - İstehlakçılara XƏBƏRDARLIQ
14:20 01.07.2026
Cəmiyyət
AZAL Bakı-Brüssel-Bakı reyslərinə bilet satışına başladı
13:49 01.07.2026
Gündəm
YAP Qadınlar Şurasının keçmiş sədri vəfat edib
13:47 01.07.2026
Cəmiyyət
Çap mediasına dövlət dəstəyi: Müsabiqənin qalibləri məlum oldu
13:45 01.07.2026
Media
İran və ABŞ arasında dolayı danışıqlar Dohada keçirilir
13:03 01.07.2026
Dünya
Bakıda uşaq 5-ci mərtəbədən yıxılıb, vəziyyəti ağırdır
12:52 01.07.2026
Hadisə
Bu şəxslər dövlətdən ömürlük müavinət ala bilər
12:50 01.07.2026
Sosial