XİN başçılarının Vaşinqton görüşü! – “ABŞ Rusiyaya mesaj göndərir ki...”
Yusif Nəzərli
10:58 04.11.2022
Siyasət
445
“Cənubi Qafqaz artıq Rusiyanın arxa bağçası deyil. Burada Kremldən Əlavə Amerika, Aİ, Türkiyəyə kimi dövlətlər var”
“Rusiya isə Ukrayna bataqlığının içindədir və ətraf bölgələrə nəzarət edə bilmir”
Dünən Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə mətbuata mühüm açıqlama verib. O qeyd edib ki, yaxın günlərdə Vaşinqtonda Amerika dövlət katibi Entoni Blinkenin təşəbbüsü və iştirakı ilə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla erməni həmkarı Ararat Mirzoyan arasında görüşün keçirilməsi planlaşdırılır.
XİN rəsmisinin sözlərinə görə, Azərbaycan tərəfinin bu kimi görüşlərin keçirilməsi ilə əlaqədar açıqlamanın verilməsinə dair yanaşması ondan ibarətdir ki, bu barədə ilk elan bir qayda olaraq görüşə ev sahibliyi edən ölkə tərəfindən verilməlidir.
Qeyd edək ki, dünən Ermənistan xarici işlər naziri Ararat Mirzoyan parlamentdə çıxışı zamanı yaxın günlərdə Vaşinqton şəhərində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Amerika Birləşmiş Ştatlarının dövlət katibi Entoni Blinken ilə üçtərəfli görüşün keçiriləcəyini deyib.
ABŞ-ın da bu məsələdə xeyli fəallıq nümayiş etdirdiyini vurğulayan "Atlas” Araşdırmalar Mərkəzinin sədri, politoloq Elxan Şahinoğlu “Sherg.az”a bildirib ki, Vaşinqtonun XİN başçılarının görüşünü öz ərazisində keçirməsi, Soçi sammitinə cavabdır:
“Avropa İttifaqının rəhbəri Şarl Mişelin vasitəçiliyi ilə, Brüsseldə Azərbaycanla Ermənistan liderləri arasında 4 görüş keçirilib. Beşincisi isə bu ay planlaşdırırlır. Aİ ilə paralel olaraq, ABŞ da bu məsələdə xeyli fəallıq nümayiş etdirir. Sentyabr ayının əvvəlində Azərbaycan və Ermənistan XİN rəhbərləri BMT sammiti çərçivəsində Blinkenin vasitəçiliyi ilə görüşmüşdü.
Bunun nəticəsi olmasa da, ortada fikir mübadiləsi aparıldı. Müzakirələr yenə də davam edəcək. Bununla Vaşinqton Moskvaya mesaj göndərir ki, Cənubi Qafqaz artıq Rusiyanın arxa bağçası deyil. Burada Kremldən Əlavə Amerika, Aİ, Türkiyəyə kimi dövlətlər var.
Rusiya isə Ukrayna bataqlığının içindədir və ətraf bölgələrə nəzarət edə bilmir. Digər tərəfdən Vaşinqtonun XİN başçılarının görüşünü öz ərazisində keçirməsi Soçi sammitinə cavabdır.
Bu o demək deyil ki, ciddi nəticələr olacaq. Ancaq vacib olan danışıqlar prosesində Rusiyanın inhisarının zəifləməsidir. Çünki Rusiya yenə pozuculuqla məşğuldur və separatçılara dəstək verir.
Doğrudur, ABŞ-ın təkliflərinin hamısı da Azərbaycanın maraqları ilə üst-üstə düşmür. Amma diqqətlə baxsaq görərik ki, Amerika və Avropa Cənubi Qafqazdakı münaqişədə maraqlı deyil. Onlar Azərbaycan və Ermənistan arasında real sülh və regional layihələrin işə düşməsini istəyirlər. Bu baxımdan da Vaşinqton görüşünü müsbət qiymətləndirmək olar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kartlardan ardıcıl pul çıxılması niyə baş verir? - İZAH GECİKMƏDİ
15:04 01.05.2026
Aktual
İlham Haqverdiyevə hökm oxunub
14:39 01.05.2026
Cəmiyyət
Vətəndaşların müraciətlərinə dair yeni tələblər müəyyənləşir
14:14 01.05.2026
Sosial
Azərbaycanda səyyar gömrük yoxlanışı aparılacaq - Yeni qanun
14:00 01.05.2026
Gündəm
Dünya bu görüntünü danışır: “Bu adamla əl sıxmaram”
13:49 01.05.2026
Dünya
Əraqçi: ABŞ İranda 100 milyard dollar xərcləyib
13:39 01.05.2026
Gündəm
"Barselona" Fliklə bağlı qərar verdi
13:32 01.05.2026
Futbol
Əraqçi və Kallas regional məsələləri müzakirə edib
13:17 01.05.2026
Dünya
Milli-mənəvi dəyərlər cəmiyyətin əsas sütunudur
13:07 01.05.2026
Cəmiyyət
Operativ nəqliyyat vasitələrinin əhatə dairəsi genişləndirilir
13:02 01.05.2026
Gündəm
Vəkillər Kollegiyasının 4 üzvü cəzalandırıldı
12:57 01.05.2026
Gündəm
Ədalət Fərəcov 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edildi
12:52 01.05.2026
Gündəm
Milli Məclis bir neçə beynəlxalq sənədi ratifikasiya etdi
12:46 01.05.2026
Gündəm
Sabah 26 dərəcə isti olacaq
12:43 01.05.2026
Ekologiya
Bakıda 5 yaşlı uşaq 12-ci mərtəbədən yıxılaraq ölüb
12:24 01.05.2026
Hadisə