Yan Vanminin: Çin Azərbaycanın "vahid Çin" siyasətini dəstəkləməsini yüksək qiymətləndirir
Yan Vanminin: Çin Azərbaycanın "vahid Çin" siyasətini dəstəkləməsini yüksək qiymətləndirir
Yusif Sultanoğlu
13:03 30.04.2024
Siyasət
476
Milli Məclisin sədri Sahibə Qafarova ölkəmizdə səfərdə olan Çin Xalq Respublikasının Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri Yan Vanminin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən xəbər verilib.
Görüşdə qeyd olunub ki, Azərbaycan ilə Çin Xalq Respublikası arasında münasibətlər yüksək inkişaf dinamikası ilə səciyyələnir və çox yüksək səviyyədədir. Xüsusilə son zamanlarda münasibətlərimizin inkişafında böyük intensivlik müşahidə olunur.
Milli Məclisin sədri deyib ki, Azərbaycan ilə Çin arasında münasibətlər strateji tərəfdaşlıq xarakteri daşıyır və ölkələrimiz bir çox sahələrdə uğurla əməkdaşlıq edirlər. Azərbaycan hər zaman birmənalı olaraq “vahid Çin” siyasətini, onun ərazi bütövlüyünü və suverenliyini dəstəkləyib. Spiker Sahibə Qafarova Çinin ölkəmizin ərazi bütövlüyü və suverenliyinə verdiyi dəstəyi yüksək qiymətləndirib. Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də bir-birini dəstəklədiyi diqqətə çatdırılıb. Prezident İlham Əliyevin Çinə səfərləri, Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşləri münasibətlərimizin inkişafına böyük stimul verib.
Söhbət zamanı, iki ölkə arasında münasibətlərin dərinləşməsində parlamentlərin də vacib rolu qeyd edilib.
Yan Vanmin də öz növbəsində qeyd edib ki, ölkələrimiz arasında əlaqələr dövlət başçılarımızın rəhbərliyi altında sağlam, sabit inkişaf yolu keçib. Onun sözlərinə görə, prezidentlərimiz arasında mövcud olan şəxsi dostluq əlaqələri münasibətlərimizə təkan verir. Hazırda ölkələrimiz arasında münasibətlərin ən yüksək səviyyədə olduğunu söyləyən Yan Vanmin vurğulayıb ki, onun ölkəsi Azərbaycanla əlaqələrə böyük dəyər verir və Azərbaycanın inkişaf yoluna böyük hörmət göstərir. Vurğulanıb ki, Çin ölkəmizin ərazi bütövlüyü və suverenliyini dəstəkləyir, o cümlədən, Azərbaycanın da "vahid Çin" siyasətini dəstəkləməsini yüksək qiymətləndirir.
Parlamentlərarası əlaqələrin əhəmiyyətini qeyd edən qonaq məlumat verib ki, Çin Xalq Assosiasiyası xarici ölkə parlamentləri ilə əlaqələrin inkişafına töhfə verir. Assosiasiya bu istiqamətdə müxtəlif tədbirlər həyata keçirir. Parlamentin üzvü kimi dostluq qruplarında təmsil olunduğunu deyən Yan Vanmin bu sahədə işə böyük əhəmiyyət verdiyini, Azərbaycan parlamenti ilə daha sıx əməkdaşlıq əlaqələri qurmaq niyyətində olduğunu qeyd edib. O, qeyd edib ki, parlamentlər arasında əməkdaşlığın daha da genişləndirilməsi ölkə başçılarının əsasını qoyduğu strateji tərəfdaşlıq xarakterli əlaqələrin inkişafına daha çox töhfə verir.
Diqqətə çatdırılıb ki, mədəni və humanitar mübadilənin əsas hərəkətverici qüvvəsi Heydər Əliyev Fondu və Çin Xalq Assosiasiyası arasında münasibətlərdir. Onların birgə həyata keçirdiyini layihələr xalqlarımızın yaxınlaşmasına, əlaqələrin güclənməsinə töhfə verir.
Yan Vanmin rəhbərlik etdiyi Assosiasiyanın 150 ölkədən 500-dən çox qurumla əməkdaşlıq etdiyini bildirərək, vurğulayıb ki, Heydər Əliyev Fondu bu regionda Assosiasiyanın ən yaxın tərəfdaşıdır.
Milli Məclisin sədri Sahibə Qafarova deyib ki, Heydər Əliyev Fondu Azərbaycan Respublikasının Birinci Vitse-prezidenti Mehriban xanın Əliyevanın rəhbərliyi ilə nəinki ölkəmizdə çox mühüm əhəmiyyət kəsb edən layihələr həyata keçirir, eyni zamanda, dünyanın bir çox ölkələrində vacib işlərə imza atır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qarabağ" Avstriya komandasını darmadağın etdi
22:30 27.06.2026
Futbol
İsveçrədə buzlaqların əriməsi rekord səviyyəyə çatıb
22:15 27.06.2026
Ekologiya
UFC: Nazim Sadıxov nakautla məğlub olub
22:05 27.06.2026
İdman
Ukraynaya "yaşıl işıq": Tramp bu razılaşmalardan imtina edir
21:47 27.06.2026
Dünya
UFC: Qazaxıstanlı Asu Almabayev inamlı qələbə qazanıb
21:44 27.06.2026
İdman
Ermənistan və İran 7,2 kilometrlik tunelin tikintisinə başladılar
20:43 27.06.2026
Region
Fransada dəhşətli istilər: 109 nəfər öldü..
20:14 27.06.2026
Dünya
Ukraynada daha iki gürcü könüllü həlak olub
19:53 27.06.2026
Dünya
CHP-dən 86 deputat başqa partiyaya keçəcək? - İDDİA
19:49 27.06.2026
Siyasət
Şəkidə sel nəticəsində bir neçə kəndin yolu bağlanıb
19:32 27.06.2026
Hadisə
Göyçayda çaya yıxılan 57 yaşlı kişi xilas edilib
18:45 27.06.2026
Hadisə
Əfqanıstanda 6,2 bal gücündə zəlzələ olub
18:32 27.06.2026
Dünya
Qanunsuz saxlanılan 9 tüfəng, 2 avtomat aşkarlandı
18:17 27.06.2026
Hadisə
Nəriman Həsənzadənin vəziyyəti ağır stabil olaraq qalır
17:50 27.06.2026
Mədəniyyət
Hörmüz boğazında tanker vurulub
17:48 27.06.2026
Gündəm