YAP siyasi Şurasının üzvü aydınlıq gətirdi: “Partiyamız bir dairədən yalnız bir namizəd verir”
Yusif Nəzərli
11:41 16.01.2020
Siyasət
933
Aydın Mirzəzadə: “Bizim namizədlərlə razılaşmayan, namizədliyini öz təşəbbüsü ilə verib, geri götürməyən adam partiya sıralarından xaric edilir”
Öz təşəbbüsü ilə deputatlığa namizədliyini irəli sürmüş Yeni Azərbaycan Partiyasının (YAP) üzvü Topçuyev Azər Yusif oğlunun namizədliyi qeydə alınmayıb. Məlumata görə, Mərkəzi Seçki Komissiyasının dünən keçirilən iclasında bildirilib ki, 96 saylı Goranboy-Naftalan seçki dairəsindən öz təşəbbüsü ilə namizədliyini irəli sürmüş Topçuyev Azər Yusif oğlu sənədlərini dairə seçki komissiyasına təqdim etməkdən imtina edib. O, DSK-ya inamının olmadığını əsas gətirərək, sənədlərini DSK-ya təqdim etməkdən imtina edib, daha sonra valideynlərinin iştirakı ilə sənədlərini təqdim edəcəyini bildirib.
Lakin valideyinləri gəlsə də, namizəd sonradan sənədlərini təqdim etməyib. Belə olan halda dairə seçki komissiyası onun namzədliyi qeydə alınmayıb. Lakin namizəd sonradan Mərkəzi Seçki Komissiyasına müraciət edərək namizədliyinin qeydə alınmamasından şikayət edib. MSK müraciətə baxaraq, namizədin müraciətinin əsassız olduğunu bildirib və DSK-nın qərarını qüvvədə saxlayıb.
Maraqlıdır, görəsən adı YAP-ın namizədləri siyahısında açıqlanmayan partiya üzvlərinin öz təşəbbüsləri ilə, müstəqil şəkildə namizədliklərini irəli sürmələri mümkündürmü? Və ümumiyyətlə, bir dairədən YAP neçə namizəd irəli sürə bilər ?
Suallarımızı cavablandıran millət vəkili, YAP siyasi Şurasının üzvü Aydın Mirzəzadə “Sherg.az”a söyləyib ki, bir dairədə partiyanın 2 və daha çox namizədi olmur:
“YAP yalnız bir namizəd verir. Partiya üzvlərindən həmin namizədə dəstək göstərməyi xahiş edir. Kimsə partiya ilə razılaşmırsa, partiyadan çıxmalıdır. Yox əgər təkid edirsə, o adam partiyadan çıxarılır. Bu, bütün dünyada belədir. YAP da bu nümünəni göstərir. Bizim namizədlərlə razılaşmayan, namizədliyini müstəqil şəkildə verib, geri götürməyən adam partiya sıralarından xaric edilir. Artıq onun partiya ilə heç bir bağlılığı qalmır və belə olan halda o gedib öz təşəbbüsü ilə müstəıqil bir fərd kimi namizədliyini verib, təbliğatını apara bilər. Amma həmin adamın yenidən partiya sıralarına qayıtması mümkün olan məsələ deyil.”
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Husilər Ər-Riyada hücum etdilər
13:42 20.10.2026
Dünya
“Barselona” “Mançester Yunayted”in müdafiəçisi ilə maraqlanır
13:28 20.10.2026
Futbol
Kallas Qara dənizdə hücumlara moratorium qoyulmasını tələb etdi
13:23 20.10.2026
Gündəm
Bağçalı: Türk dünyasının birliyini dosta-düşmənə göstərəcəyik
13:15 20.10.2026
Gündəm
Paşinyan ölkə vətəndaşlarını etirazlara çağırdı
12:35 20.10.2026
Region
Vens: Ukrayna NATO-ya üzv olmamalıdır
12:09 20.10.2026
Dünya
İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alınıb - FOTO
11:57 20.10.2026
Hadisə
Azərbaycanda bu şəxslər pensiyaya 20 il tez çıxa bilər
11:39 20.10.2026
Sosial
ABŞ-nin müharibə naziri Netanyahu ilə gizli görüş keçirib
11:13 20.10.2026
Dünya
Qəzzada 500 min fələstinliyə ərzaq yardımı dayandırılır
10:48 20.10.2026
Dünya
Kim Çen Inin səhhəti ilə bağlı şayiələr yayılıb
10:35 20.10.2026
Dünya
Məşhur meyxanaçı vəfat etdi - Foto
10:20 20.10.2026
Hadisə
Rusiya ayıları NATO ölkələrinə “hücum”a keçdilər
10:17 20.10.2026
Dünya
Ağ Ev sözçüsü vəzifəsində cəmi 5 gün qaldı
10:02 20.10.2026
Dünya
Qripdən sonra infarkt riski 16 dəfə arta bilər
09:54 20.10.2026
Sağlamlıq