“Yardım şousu”nun müəllifi Qərb də ola bilər - ŞƏRH
19:18 29.07.2023
Siyasət
489
“Bakı isə yüklərin daşınması üçün Ağdam-Xankəndi yolundan istifadə edilməsi mövqeyində israrlıdır”
"Ermənistanda Azərbaycan sərhədində nümayiş olunan “yardım şousu” ilə bağlı suallar müzakirə olunur. Yardımı niyə əvvəl yox, indi göndərirlər? Ermənistan hakimiyyəti yüklərin keçidinə dair sülhməramlılardan dəqiq zəmanət almadan bu addımı niyə və hansı məqsədlə atıb?". Bu barədə siyasi şərhçi Asif Nərimanlı "Sherg.az"a deyib. Ekspert bildirib ki, bu suallar ətrafından birdən çox versiyalar mövcuddur: "Birinci versiya odur ki, Ermənistan diplomatik cəbhədə məğlub olduğunu anladıqdan sonra son variant kimi bu addımı atır. İkinci versiyaya görə, Qarabağda yaranmış vəziyyət Ermənistan hakimiyyətinə qarşı narazılığı artırdığı üçün Paşinyan əlindən gələni nümayiş etdirir. Daha sonra “hər şeyi etdim, amma qərar verən Azərbaycandır. Ona görə də təkliflərini qəbul etməliyik” deyəcək. Üçüncü versiya isə “yardım” əməliyyatının təşkilatçısının Qərb olması ilə bağlıdır. Bununla Rusiya sülhməramlılarının bölgədə problemləri həll edə bilmədiyini göstərmək, onları beynəlxalq vasitəçilərlə əvəzləmək ssenarisini aktuallaşdırmaq istəyirlər. Laçın postunun açılması çağırışlarının daha çox Qərbdən gəlməsi də bu kontekstdə diqqətçəkən məqamlardandır".
Analitikin fikrincə, digər bir varianta əsasən, “yardım şousu”nun təşkilatçısı Rusiyadır: "Moskva görüşündə nəzəri olaraq Bakının gündəliyini qəbul edən ruslar praktik müstəvidə bunun mümkünsüzlüyünü nümayiş etdirmək, beynəlxalq təzyiqlə Laçın postunun açılmasına, beləliklə reinteqrasiyanın önünün kəsilməsinə nail olmaq üçün İrəvanla birgə oyun qurur. Hər bir versiya ayrı-ayrılıqda mümkün görünür, lakin nəticəyə təsiri yoxdur. Bakı yüklərin daşınması üçün Ağdam-Xankəndi yolundan istifadə edilməsi mövqeyində israrlıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Salyanda çoban 85 baş qoyunla birlikdə itkin düşdü
00:49 23.07.2026
Hadisə
İran İordaniyanın şərqində ABŞ hərbi mövqelərini hədəfə alıb
00:28 23.07.2026
Dünya
BƏƏ Hörmüzə alternativ iki terminal tikəcək
22:59 22.07.2026
Dünya
UEFA Konfrans Liqası: “Neftçi” Bakıda “Dinamo Minsk”ə məğlub olub
22:46 22.07.2026
Futbol
Maduronun işi üzrə məhkəmə prosesi 1 iyun 2027-ci ildə başlayacaq
21:40 22.07.2026
Dünya
Konqoda Ebola qurbanlarının sayı artır
21:28 22.07.2026
Sağlamlıq
Bu ölkə Türkiyədən 10 ədəd antidron sistemi alır
21:19 22.07.2026
Dünya
HAMAS bütün fələstinli qruplaşmaları birləşməyə çağırıb
21:10 22.07.2026
Dünya
Ağdamda açıq ərazidə yanğın başladı
20:24 22.07.2026
Dünya
“Qarabağ”- “CSKA SOFIA” oyunundan əvvəl fan zona təşkil olunacaq
19:48 22.07.2026
Cəmiyyət
Konfrans Liqası: Neftçi" - "Dinamo" matçının heyətləri açıqlandı
19:25 22.07.2026
Futbol
Qəzet günün salnaməsidir və tarixi yazır - Media eksperti
19:09 22.07.2026
Media