Yaxın Şərqdə sabitlik üçün yeni risk - ŞƏRH
13:05 14.04.2024
Siyasət
628
İran dronları hər il dünyada münaqişələrin gedişatına daha çox təsir edir.
Bu barədə “Blumberq” məlumat yayıb.
“İranın PUA-lardan istifadə edərək aşağı texnoloji döyüşlərə yiyələnməsi Yaxın Şərqdə sabitlik üçün yeni riskdir. Ölkə ayrıca müdafiə sənayesini maliyyələşdirmək üçün valyuta qazanır və satış yolu ilə strateji ittifaqlar qurur. Dronlar Tehranı bütün dünyada münaqişələrin xarakterini dəyişə bilən nəhəng silah satıcısı edir. İranlı mütəxəssislər Ukraynadakı Rusiya təcrübəsinə əsaslanaraq dronlarını daim modernləşdirirlər”, - məlumatda bildirilib.
Pentaqonun kəşfiyyat zabiti Metyu Makinnis bildirib ki, son iki il İranın PUA aparatlardan istifadəsinə dair yeni taktika və texnikalarda hiper-sürətlənmə dövrü oldu:
“Rusiya və İran bir-birindən öyrənirlər. Bu, texnologiya mübadiləsinin özü qədər vacibdir”.
Mövzu ilə bağlı “Sherg.az”a danışan Orta Doğu Araşdırmalar Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltan bildirib ki, İranı hərbi-polis rejimi idarə edir:
“İran İslam Respubilikası müharibə nəticəsində yaranıb. 1980-ci ildə İraqla müharibə Tehran hakimiyyətinin hərbi sanaye kompleksinə marağının artmasına səbəb olub. İran regionda daha çox hərbi sistemdən ibarət olan dövlətdir. İran hökumətinin bütün sahələrinə Silahlı Qüvvələrin tərkib hissəsində olan İran İnqilab keşikçiləri Ordusunun nəzarət etməsi bunu təsdiqləyir. Eyni zamanda hakimiyyətə və digər məsələlərə hərbi-polis rejiminin nəzarət etməsi İranı regionun hərbi xuntasına çevirib. Tehran hakimiyyətindən regiondakı bütün ölkələr ehtiyyat edir. Çünki İran hamıyla ən çox hərb dili ilə danışır. “Amerikaya ölüm” və “İsrailə ölüm” şüarları ilə çıxış edən hakimiyyət yalnız hərbi dillə danışmağı bacarır.
Ekspert qeyd edib ki, İranın istehsal etdiyi müxtəlif hərbi-texnikalar, dronlar keçmiş Sovet Sosialist Respublikaları İttifaqından qalma və Çin, Şimali Koreya, Amerika, hətta İsrailin istehsal etdiyi texnikalara uyğunlaşdırılıb:
“Rusiyanın Ukraynada apardığı müharibədə İranın istehsal etdiyi dronlar bir növ sınaqdan çıxdı. Amma həmin hərbi-texniki avadanlıqların savaşın gedişatına təsir edib-etmədiyni gələcək zamanda bəlli olacaq məsələdir. Çünki Rusiyaya İran dronlar satırsa, Ukraynada başqa ölkələrdən dronlar alır. Məsələn, NATO-nun Baş katibi Yens Stoltenberq ötən ay bəyan etdi ki, 2024-cü ildə Ukraynaya bir milyon PUA-lar veriləcək.
İran bu istiqamətdə fəaliyyəti dünyada hərbiləşmə və hərbi avadanlıq alma istiqamətində rəqabətə təsir göstərib. İsrailə edilən hücumdan sonra region ölkələri, xüsusilə də Ərəb dövlətləri dronlar almaqda daha maraqlı olacaqlar. Yəni beynəlxalq silah bazarında PUA-ların müxtəlif formalarına təlabat artacaq. Bu dronların savaşların gedişatına nə qədər təsir etməsi ölkələrin döyüş qabiliyyətindən asılıdır. Ona görə də İran dronlarını əldə edən tərəflərin qalib gəlməsi onlardan necə istifafə etməsinə bağlıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Oktyabrın sonu beş BÜRC üçün çox maraqlı olacaq
08:30 29.10.2026
Sosial
"Axios": ABŞ və İsrail İran rəhbərliyinə zərbələr endirə bilər
08:07 29.10.2026
Son dəqiqə
ABŞ-da nüvə obyektində yanğın və radiasiya sızması baş verib
07:15 29.10.2026
Gündəm
Kiçik pomidorlarda böyük təhlükə!
06:10 29.10.2026
Sağlamlıq
“Yaprak Dökümü”nün “Aslı”sı illər sonra
05:35 29.10.2026
Şou
Evdən çıxanda telefonun bu funksiyalarını söndürün
04:24 29.10.2026
Relaks
Hər Cola şüşəsi ömrünüzdən 9 dəqiqə azaldır - Alimlər
03:53 29.10.2026
Sağlamlıq
CENTCOM: Hörmüz boğazı minalardan tamamilə təmizlənib
02:46 29.10.2026
Aktual
2026-cı ilin sözü elan edildi
01:51 29.10.2026
Maraqlı
Serbiya Radio və Televiziyasının baş direktoru istefa verib
00:57 29.10.2026
Dünya
KİV: ABŞ və İsrail İrana genişmiqyaslı zərbələri bərpa edə bilər
00:39 29.10.2026
Aktual
Ərdoğanla Tramp arasında telefon danışığı oldu
23:43 28.10.2026
Gündəm
Ərdoğan Ankarada Tokayevlə görüşüb
23:13 28.10.2026
Region
Mənim dəstəyim Netanyahuya kömək edib - Tramp
22:47 28.10.2026
Dünya
Ukrayna ilə bunu müzakirə edəcəyik - Peskov
21:43 28.10.2026
Aktual