
Yeni Cənubi Qafqaz geosiyasi sistemi: Rəsmi Bakı Çinlə münasibətlərə böyük önəm verir -ŞƏRH
09:39 23.07.2024
Siyasət
505
Milli Müdafiə Universitetində ölkəmizdə səfərdə olan Çin Xalq Azadlıq Ordusunun Hərbi Elmlər Akademiyasının nümayəndə heyəti ilə görüş keçirilib.
Bu barədə MN-dən bildirilib.
Qonaqlara Milli Müdafiə Universitetinin tarixi və əsas fəaliyyət istiqamətləri ilə bağlı brifinq təqdim olunub.
Görüş zamanı Azərbaycan və Çin arasında hərbi təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə olunub. Azərbaycan Ordusunun hərbi qulluqçularının Çin Xalq Respublikasında təşkil olunan kurslarda müvəffəqiyyətlə iştirakı yüksək qiymətləndirilib. Qarşılıqlı əlaqələrin inkişafı və təcrübə mübadiləsi məqsədilə bu cür görüşlərin keçirilməsinin vacibliyi xüsusi vurğulanıb.
Çin Xalq Azadlıq Ordusunun nümayəndə heyətinin rəhbəri universitetin Şərəf kitabına ürək sözlərini yazıb.
Səfər çərçivəsində qonaqlar, həmçinin Hərbi İdarəetmə İnstitutunun Xarici Dil Mərkəzində olub. Mərkəzlə tanışlıqdan sonra tədris prosesində müasir texnologiyaların tətbiqi imkanları və Azərbaycan Ordusunun hərbi qulluqçuları üçün Çin dilinin tədrisi məsələləri müzakirə edilib.
Çin və Azərbaycan əlaqələrini “Sherg.az”a dəyərləndirən "Müstəqil Mətbuat Mərkəzi" İctimai Birliyinin sədri, politoloq Elçin Xalidbəyli söyləyib ki, düyna nizamı böyük sürətlə dəyişir:
“Son 3-4 ilə qədər mövcud olan beynəlxalq, siyasi və hərbi təhlükəsizlik sistemləri, artıq transformasiyaya uğrayır. Bu baxımdan Cənubi Qafqazda da bir çox şeylər dəyişməyə doğru yönəlir. Böyük ehtimalla yaxın gələcəkdə yeni Cənubi Qafqaz geosiyasi sistemini müşahidə etməyə başlayacayıq. Ona görə də belə bir situasiyada gələcəyi hesablamağı bacaran dövlətlər yeni münasibətlər, fərqli təhlükəsizlik sistemləri, siyasi və iqtisadi əməkdaşlıqlar axtarır. Gələcək hədəflərini hesablayan dövlətlərin sırasında Azərbaycan da yer alır. Ümumiyyətlə rəsmi Bakı Qərb və Şərq arasında balans siyasətini mümkün qədər qorumağa çalışır”.

Analitik vurğulayıb ki, rəsmi Bakı Çinlə münasibətlərə böyük önəm verir:
“Çin dünyanın super gücləri sırasına daxildir və Asiya qitəsinin lideridir. Eyni zamanda hərbi və siyasi çəkisi olan ölkədir. Çin ilə Azərbaycanın strateji tərəfdaşlıq əlaqələri qurması yaxın gələcəkdə rəsmi Bakının geopolitik maraqları baxımından faydalı addımdır. Çinlə hərbi sahədə əməkdaşlıq Azərbaycan ordusun daha da güclənməsinə, hərbi-texniki və strateji hazırlıq prosesində böyük önəm daşıyacaq. Azərbaycan dövləti tamamilə doğru yoldadır. Çin kimi dövlətlərlə bütün sahələrdə əməkdaşlıq Azərbaycanın hərbi qüdrətinin və siyasi gücünün gələcəkdə də artmasına müsbət təsir göstərəcək. Azərbaycanla Çin arasında strateji tərəfdaşlıq barədə sənəd imzalanıb. Eyni zamanda rəsmi Pekin Azərbaycana böyük maraq göstərir. Çünki Azərbaycan Çinin iqtisadi, ticari maraqlarının əsas arealına daxildir. Azərbaycan üzərindən dünya, xüsusilə də Qərb bazarlarına ticarət marşrutun əldə olunması Çin üçün vacibdir. Ona görə də Çin ilə Azərbaycan arasında münasibətlərin gələcəkdə daha da inkişaf etməsi mümkündür və iki tərəf üçün çox faydalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Niki Minaj Miçiqanda Trampı müşayiət etdi
22:53 26.10.2026
Gündəm
Xarkov raketlə vuruldu: ölənlər var
22:15 26.10.2026
Son dəqiqə
Təhlükəsizliklə bağlı Türkiyə ilə danışıqlar aparırıq - Rusiya
21:27 26.10.2026
Region
Ərdoğan: Regionumuzda yeni münaqişə istəmirik
21:06 26.10.2026
Gündəm
Hizbullah İsrailə qarşı İrandan on milyonlarla dollar alıb
20:42 26.10.2026
Aktual
Dövlət müəssisələri ilə bağlı vacib qərar
20:10 26.10.2026
Ölkə
Millimiz Haitiyə böyük hesabla uduzdu
19:53 26.10.2026
Futbol
Azərbaycan Avropanın yeni bazarlara çıxışının açarıdır - RƏY
19:37 26.10.2026
Gündəm
Pezeşkian: İran nüvə proqramını inkişaf etdirəcək
19:31 26.10.2026
Region
Ermənistanın ilk prezidenti tibbi müayinədən keçib
19:25 26.10.2026
Gündəm
Paşinyan: Ermənistanda yeni müxalifət formalaşmalıdır
19:18 26.10.2026
Cənubi Qafqaz
Misir parlamenti Səudiyyə Ərəbistanına hərbi dəstəyi təsdiqləyib
19:10 26.10.2026
Dünya
Ceyhunun qətlinə görə daha iki nəfər barədə qərar
19:02 26.10.2026
Hadisə
İsrail 27 oktyabr seçkilərinə qədər İrana hücum etməyəcək
18:56 26.10.2026
Siyasət
Ceyhun Bayramov İƏT-in Baş katibi ilə görüşüb
18:49 26.10.2026
Siyasət