
Yücel Karauz: TDT-nin mülki müdafiə sisteminin avtomatik mexanizmə çevrilməsi önəmlidir
09:15 13.06.2025
Siyasət
535
Türk Dövlətləri Təşkilatının mülki müdafiə mexanizmi təsis ediləcək. Bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan “Türk Dövlətləri Təşkilatının mülki müdafiə mexanizminin təsis edilməsi haqqında Saziş”in təsdiq edilməsi barədə” qanun layihəsində əksini tapıb. Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev bildirib ki, “Türk Dövlətləri Təşkilatının mülki müdafiə mexanizminin təsis edilməsi haqqında Saziş” Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə və Özbəkistan Hökumətlərinin təmsilçiləri tərəfindən 06 noyabr 2024-cü il tarixində Bişkek şəhərində imzalanıb: “Türk Dövlətləri Təşkilatının Mülki Müdafiə Mexanizminin məqsədi Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlərin, eləcə də digər dövlətlərin ərazilərində baş verə biləcək fəlakətlər və fövqəladə hallar zamanı fövqəladə ehtiyacları dəstəkləmək üçün fəlakətlərə cavab tədbirləri üzrə ortaq potensialın yaradılmasıdır. Sazişin həyata keçirilməsinə məsul olan səlahiyyətli qurumlar kimi Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Özbəkistan dövlətləri tərəfindən həmin dövlətlərin Fövqəladə Hallar Nazirlikləri, Türkiyə Respublikası tərəfindən isə Daxili İşlər Nazirliyi müəyyən edilib. Sazişə əsasən, Tərəflər Türk Dövlətləri Təşkilatının Mülki Müdafiə Mexanizmini hüquqi şəxs statusuna malik olan beynəlxalq təşkilat formasında təsis edirlər. Mexanizmin inzibati strukturlarına fəlakət və fövqəladə halların idarə edilməsinə məsul olan Nazirlər Şurası və Katibliyi aid edilir. Nazirlər Şurasının tərkibi tərəflərin fəlakət və fövqəladə halların idarə edilməsinə məsul nazirlərindən ibarət olur. TDT-yə sədrlik edən tərəfi təmsil edən nazir həm də Şuraya sədrlik edir. TDTMMM-in Katibliyi isə məqsəd və vəzifələrin icrasına, iş fəaliyyətinin həyata keçirilməsinə və əlaqələndirilməsinə yardım göstərir. Katibliyə tərəflərin rəsmi adlarının ingilis əlifbası sırasına uyğun olaraq rotasiya əsasında Nazirlər Şurası tərəfindən təyin edilən Baş katib rəhbərlik edir. Baş katibin səlahiyyət müddəti üç ildir və bu müddət maksimum iki il uzadıla bilər. Katibliyin qərargahı isə İstanbul şəhərində yerləşir”.
Türkiyənin Azərbaycandakı keçmiş hərbi attaşesi, ehtiyatda olan general Yücel Karauz Sherg.az-a bildirib ki, bu mövzuda geniş əməkdaşlığa başlanılıb:

“2024-cü ilin noyabr ayında keçirilən toplantıda Türk Dövlətləri Təşkilatının mülki müdafiə sisteminin qurulması, bunun çərçivəsində müasir dövrün yarana biləcək təhdidləri – sel, yanğın, zəlzələ, ictimai qarışıqlıqlar kimi hallara müdaxilə ilə bağlı Türkiyədə Daxili İşlər Nazirliyinin (DİN) və digər ölkələrdə Fövqəladə Hallar Nazirliyinin (FHN) iştirak etdiyi aktiv bir təşkilat sistemi qurulub. Şuranın sədri isə Türk Dövlətləri Təşkilatına sədrlik edən ölkənin müvafiq naziri olacaq şəkildə müəyyənləşdirilib. Bu, çox uğurlu bir addım və fəaliyyətdir. Həm ortaq məqsəd və hədəf üçün birgə çalışma, həm də yaxşı və pis gündə də bir araya gələ bilmək baxımından bunun avtomatik bir mexanizmə çevrilməsi önəmlidir. Eyni zamanda, ümumi mənada təhlükəsizlik siyasətləri və tətbiqləri baxımından da bir irəliləyiş deməkdir. Bu baxımdan mən Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin mülkü müdafiə mövzularında, xüsusilə də hibrid müharibənin yaratdığı yeni təhdidlər nəzərə alınmaqla əməkdaşlıq etməsini, koordinasiyalı şəkildə fəaliyyət göstərməsini, zəruri təlimlərin və qərargah işlərinin həyata keçirilməsini mühüm bir mərhələ olaraq qiymətləndirirəm”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
“Daha 17”nin ulduzları eşq yaşayır?
04:50 19.08.2026
Şou
Gündə beş fincan qəhvə içməyin təəccüblü faydası
04:14 19.08.2026
Sağlamlıq
Bu, Moskva üçün qəbuledilməzdir - Uşakov
02:57 19.08.2026
Region
Bununla müharibə yenidən başlayacaq - Arakçı
01:26 19.08.2026
Aktual
İranla bütün ticarət və maliyyə əməliyyatlarını dayandırıb
01:04 19.08.2026
Aktual
ABŞ Yaxın Şərqdə hərbi mövcudluğunu azalda bilər
00:43 19.08.2026
Dünya
İsrail HƏMAS komandirlərinin görüş yerini vurdu
23:42 18.08.2026
Gündəm
Azərbaycan əleyhinə çıxışlar edən Çadayev istefa verdi
23:03 18.08.2026
Gündəm
Türkiyə İsrailin Suriyaya hücumlarını pislədi
21:57 18.08.2026
Dünya
Vəkil Elşad Məmmədov həbs edilib
21:43 18.08.2026
Hadisə
Türkiyəli deputat keçmiş partiyadaşı tərəfindən bıçaqlanıb
21:30 18.08.2026
Gündəm
İsrail ordusu HƏMAS-ın dörd komandirini öldürdüyünü açıqlayıb
21:03 18.08.2026
Dünya
“Neftçi” serbiyalı futbolçunu transfer etdi
20:50 18.08.2026
Futbol
İsrail ordusu HƏMAS-ın dörd komandirini öldürdüyünü açıqlayıb
20:35 18.08.2026
Dünya
Tramp BƏƏ Prezidenti ilə Yaxın Şərqdəki vəziyyəti müzakirə etdi
20:26 18.08.2026
Gündəm