Yüksək səviyyəli rəsmilərin görüşü başlayır
10:07 12.01.2021
Siyasət
577
"Hazırkı müsbət dinamika Azərbaycan-Pakistan münasibətlərinin yaxşı perspektivi olduğunu deməyə əsas verir"
Bu ilin 13-14 yanvar tarixlərində Azərbaycan Respublikasının Xarici işlər naziri Ceyhun Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Pakistan İslam Respublikasına rəsmi səfərlə yola düşəcək. Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən "Şərq"ə verilən məlumata görə, səfər çərçivəsində 13 yanvar tarixində Azərbaycan Respublikası, Türkiyə Respublikası və Pakistan İslam Respublikasının xarici işlər nazirlərinin 2-ci üçtərəfli görüşünün keçirilməsi nəzərdə tutulur.
Qeyd edilib ki, 14 yanvar tarixində isə AR xarici işlər nazirinin Pakistanın yüksək səviyyəli rəsmiləri ilə ikitərəfli görüşlərinin keçirilməsi planlaşdırılır.
Mövzu ilə bağlı "Şərq"ə açıqlama verən siyasi-şərhçi Nurlan Qələndərli bildirib ki, dünya siyasətində nüfuzlu aktor kimi tanınan, müasir beynəlxalq münasibətlər sisteminin güc iyerarxiyasında mütəmadi yüksəlişə malik Azərbaycan ikitərəfli və çoxtərəfli münasibətlərin inkişafını strateji prioritet kimi müəyyənləşdirib. Politoloq qeyd edib ki, bu kontekstdə dost, qardaş və strateji tərəfdaş olan Pakistanla müxtəlif sahələri əhatə edən çoxşaxəli əlaqələrin inkişafı xüsusi əhəmiyyət kəsb edir:
"Azərbaycan-Pakistan münasibətləri qlobal önəm daşıyır. Qarşılıqlı etimad mühiti münasibətlərin inkişafına xidmət edən strateji faktor kimi çıxış edir. İki dövlətin əlaqələlərinin inkişafına, xalqlararası inteqrasiyanın intensiv xarakter daşımasına təsir edən digər bir sıra amillər də mövcuddur. Məsələn, Azərbaycan və Pakistan terrorizmə, islamofobiyaya qarşı qətiyyətli mübarizə aparırlar. Multikulturalizmin, tolerantlığın təbliği, sivilizasiyalararası dialoqun təşviqi tərəflərin strateji kursunun mühüm tərkib hissəsini təşkil edir”.
Onun sözlərinə görə, ən mühüm məqamlardan biri budur ki, hər iki ölkə beynəlxalq arenada bir-birinə ciddi dəstək göstərir ki, bu da münasibətlərin yeni keyfiyyət çalarları ilə zənginləşməsi, regional, qlobal xarakterli proseslərə təsir baxımından əhəmiyyətlidir:
“44 günlük müharibə çərçivəsində Pakistanın Azərbaycana qətiyyətli siyasi və mənəvi dəstək göstərməsi isə bu kontekstdə xüsusi vurğulanmalıdır. Hazırkı müsbət dinamika Azərbaycan-Pakistan münasibətlərinin yaxşı perspektivi olduğunu deməyə əsas verir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ İran tankerinə atəş açıb
22:36 06.05.2026
Gündəm
Sarkozi azadlığa buraxıldı
22:03 06.05.2026
Dünya
Tramp İran rəhbərliyi ilə razılaşmaya hazırdır
21:52 06.05.2026
Dünya
Avtobus sürücüsü jurnalistə hücum edib
21:20 06.05.2026
Hadisə
Qərbdə Zelenskinin yeni planı təəccüb doğurdu: “Asan olmayacaq”
20:48 06.05.2026
Dünya
Qazaxıstanın Baş naziri Azərbaycana səfər edəcək
20:39 06.05.2026
Siyasət
Zelenski Azərbaycan Prezidentinə zəng etdi
20:27 06.05.2026
Siyasət
Tramp: İranla razılaşma 14 maya qədər mümkündür
20:14 06.05.2026
Gündəm
Gəncədə davada 4 nəfər xəsarət alıb
20:02 06.05.2026
Hadisə
Tramp: Razılaşmasa, İranı yenidən amansızcasına bombalayacağıq
19:51 06.05.2026
Gündəm
Türkiyə ilə Səudiyyə Ərəbistanı arasında viza rejimi ləğv edildi
18:58 06.05.2026
Dünya
Bu dəfə müharibə Ermənistanın sonu ola bilər - ŞƏRH
18:49 06.05.2026
Gündəm
Abşeronda 19 yaşlı oğlan öldürülüb, saxlanılan var
18:41 06.05.2026
Hadisə
Ukrayna Rusiyanın 9 May atəşkəsini qəbul etmir
18:28 06.05.2026
Gündəm
Ukrayna Rusiyanın 9 May atəşkəsini qəbul etmir
18:22 06.05.2026
Dünya