Zelenskidən yeni açıqlamalar - VİDEO
Yusif Nəzərli
09:15 01.11.2022
Siyasət
323
Volodimir Zelenski Çexiyanın Baş nazirini Petr Fialanın səfəri çərçivəsində Kiyevdə Rusiya tərəfindən dağıdılan yaşayış və infrastrukturdan danışaraq, baş verənləri Avropada əsrin faciəsi adlandırıb.
O bildirib ki, Çexiya Ukraynaya yeni yardım paketləri hazırlayır. Zelenski oktyabrın 31-də Rusiyanın paytaxt Kiyev də daxil olmaqla, bütün Ukrayna vilayətlərinə yeni raket zərbələrindən danışıb.
Onun sözlərinə görə, Rusiya gün ərzində Ukraynaya 50-dən çox raket atıb.
Zelenski Rusiyanın Ukraynadan taxıl ixracı ilə bağlı danışıqlardan çıxmasına da toxunub.
O qeyd edib ki, bu, Rusiyanın məkrli siyasətidir və əmindir ki, sazişin imzalandığı məkan və tərəflərdən biri olan Türkiyə bu sazişin pozulmasını istəmir.
Ukrayna prezidenti ölkədən gedən ukraynalılarla bağlı da maraqlı açıqlama verib.
“Rusiyanın başlatdığı müharibəyə görə Ukraynanı tərk edən bütün ukraynalıların vətənə qayıtmalarını istəyirəm, lakin hamının təhlükəsizliyinə təminat vermək mümkün olmadığı üçün onlardan bunu tələb edə bilmərik. Bəli, biz insanlarımızın vətənə qayıtmasında çox maraqlıyıq. Mən bu gün müharibə səbəbindən müvəqqəti olaraq xaricə gedən Ukrayna vətəndaşlarından geri qayıtmalarını xahiş edə bilmərəm”, - deyə o bildirib.
Zelenski son günlər artan Rusiya raket və dron zərbələrinə qarşı hava hücumunun gücləndirilməsinə də toxunub:
“Biz tərəfdaşlarımızla birlikdə Ukrayna səmasının 100% mühafizəsini təmin etdikdə bu, yeni Avropa təhlükəsizlik sisteminin əsas təminatlarından birinə çevriləcək, çünki bu, Rusiyanı eskalasiya imkanlarının əhəmiyyətli bir hissəsindən məhrum edəcək”.
Qeyd edək ki, Çexiya baş naziri ilə Ukrayna prezidenti arasında tərəfdaşlıqla bağlı yeni sənədlər imzalanıb.
Ətraflı Baku TV-nin videosunu təqdim edirik:
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bankların adından kiberdələduzluq edən şəxslər saxlanılıb - VİDEO
16:23 01.05.2026
Hadisə
Qarabağ və ətrafında 1,5 milyondan çox mina təhlükəsi qalır
16:22 01.05.2026
Gündəm
Kartlardan ardıcıl pul çıxılması niyə baş verir? - İZAH GECİKMƏDİ
15:04 01.05.2026
Aktual
İlham Haqverdiyevə hökm oxunub
14:39 01.05.2026
Cəmiyyət
Vətəndaşların müraciətlərinə dair yeni tələblər müəyyənləşir
14:14 01.05.2026
Sosial
Azərbaycanda səyyar gömrük yoxlanışı aparılacaq - Yeni qanun
14:00 01.05.2026
Gündəm
Dünya bu görüntünü danışır: “Bu adamla əl sıxmaram”
13:49 01.05.2026
Dünya
Əraqçi: ABŞ İranda 100 milyard dollar xərcləyib
13:39 01.05.2026
Gündəm
"Barselona" Fliklə bağlı qərar verdi
13:32 01.05.2026
Futbol