
Zəngəzur Pezeşkianın şansı, Vilayətinin qırmızı xəttidir - TƏHLİL
Yusif Nəzərli
07:32 30.07.2025
Siyasət
474
İranın daxili savaşı Cənubi Qafqazı silkələyir
Rusif Məmmədsoy: “İran Zəngəzurdan qorxmur, Türk birliyindən çəkinir”
“Şimal-Cənub dəhlizi tamamlanarsa, bizə sanksiya tətbiq edə bilməyəcəklər”. Bunu İran Prezidenti Məsud Pezeşkian deyib. İran rəhbəri bildirib ki, əgər mövcud üsullardan istifadə edərək İranın Şimal-Cənub dəhlizini aça bilsələr, Özbəkistan, Türkmənistan, Rusiya və Azərbaycan arasında yarana biləcək nəqliyyat sensasiya olacaq: "O zaman bizi sanksiyalara məruz qoymaq mümkün olmayacaq".
Şimal-Cənub Dəhlizi Hindistandan başlayaraq İran üzərindən Azərbaycan, Rusiya və Avropaya qədər uzanan alternativ ticarət və nəqliyyat marşrutudur. Bu layihə reallaşarsa, İran üçün əhəmiyyətli tranzit gəliri təmin ediləcək. Yəni Qərb sanksiyalarının təsirini azaltmaq mümkün olacaq və İran beynəlxalq iqtisadi sistemdən tam təcrid edilə bilməyəcək. Tərəfdaş ölkələr İranla əməkdaşlığa daha çox maraq göstərə bilər, çünki iqtisadi faydalar siyasi təzyiqlərdən daha üstün tutulacaq. O cümlədən, region ölkələri - Azərbaycan, Rusiya, Özbəkistan, Türkmənistan və s. dövlətlər üçün daha qısa və səmərəli ticarət yolları açılacaq. Azərbaycan bu layihədə mərkəzi tranzit ölkə rolunu oynayır. Bu baxımdan Bakı-Astara dəmir yolu xətti və digər infrastruktur layihələri önə çıxır. Bu həm iqtisadi, həm də siyasi baxımdan ölkə üçün mühüm fürsətlər yaradır. İranın ali rəhbəri Əli Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti Zəngəzur dəhlizi layihəsi ilə bağlı sərt mövqe bildirib. Vilayəti bu layihəni "İranın milli birliyi və ərazi bütövlüyünə qarşı yönəlmiş bir təhdid" kimi qiymətləndirib. Vilayətinin cəfəng sözlərinə görə, "düşmənlər" iqtisadi inkişaf bəhanəsi ilə bölgədə öz planlarını həyata keçirmək istəyirlər. O, iddia edib ki, bölgədə bəzi dövlətlər, xüsusilə də Qərb dairələri və pantürkist çevrələr "iqtisadi dəhliz" adı altında İranın şimalında NATO-nun təsir zonasını genişləndirmək istəyir.

Politoloq Rusif Məmmədsoy Sherg.az-a deyib ki, əslində, Məsud Pezeşkianın haqqında danışdığı dəhliz həm də Zəngəzur məsələsini özündə ehtiva edir. Ekspertin sözlərinə görə, bu layihə reallığa çevriləcəyi təqdirdə yaxın və ya orta perspektivdə bu yolların kəsişməsi, yüklərin həm də Zəngəzur dəhlizi üzərindən daşınacağına işarədir:
"İranda iki xətt mövcuddur. Biri Pezeşkian və tərəfdarları, digəri isə mühafizəkarların təmsil olunduğu qanaddır. Xameneinin müşaviri Əli Əkbər Vilayəti isə tamamilə fərqli düşünür. O hesab edir ki, Zəngəzur dəhlizi İranın milli və təhlükəsizlik maraqlarına zidd projedir. Təbii ki, bu, başdan-ayağa cəfəngiyatdan başqa bir şey deyil. İran burdan sadəcə qazana bilər, nəinki nəsə itirər. İranı narahat edən əsas məqam ideoloji məsələdir ki, türk dünyası arasında kommunikasiya olmasın. Şübhəsiz ki, iqtisadi maraqlar da var, lakin Zəngəzur dəhlizi bu maraqlara heç bir halda zərbə vurmur, əksinə, daşınmanı daha da sürətləndirir".
Siyasi şərhçinin qənaətincə, İranda islahatçılarla mühafizəkarlar arasında mübarizə dərinləşir:
"Nə qədər də mühafizəkarlar güclü görünsə də, nəzərə almaq lazımdır ki, xalqın əsas hissəsi islahatçıların nümayəndəsini prezident görmək istədi. Sual oluna bilər ki, axı İran demokratik dövlət deyil, səsvermə əsasdırmı? Düşünürəm ki, seçki zamanı insanları öz istədikləri seçim arasında qoysalar belə, böyük əksəriyyət alternativlər arasında islahatlara səs verdi. İslahatlar əsasən daxili siyasət, sosial məsələlərlə bağlı olsa da, onlar həm də mollalardan fərqli olaraq danışıqlara, qonşularla normal münasibətlərə səs verdi. Bu fakt özü də molla rejimi üçün ciddi siqnal olmalıdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Seldə itkin düşən Türkmənistan vətəndaşının meyiti tapılıb
15:17 18.10.2026
Hadisə
Miranda Kerr: “Yumurta üçün darıxıram”
14:51 18.10.2026
Şou
25-30 ildən sonra dünyada ölüm halları artacaq
14:18 18.10.2026
Sağlamlıq
“Uzak şehir”də rol alacaq
13:45 18.10.2026
Şou
Erlinq Holann İngiltərə Premyer Liqasında yeni uğura imza atıb
13:39 18.10.2026
Futbol
İranın yeni müdafiə naziri ABŞ-a xəbərdarlıq edib
13:36 18.10.2026
Dünya
Bolqarıstan sərhədində 30 kilometrlik TIR növbəsi yaranıb
13:31 18.10.2026
Hadisə
İranda yeni müdafiə naziri təyin olundu
13:20 18.10.2026
Region
Noyabrda ağacın dibinə 1 stəkan tökün: Yayda bol məhsul əldə edin
12:57 18.10.2026
Maraqlı
Müstəqilliyi əldə etmək qədər onu qorumaq da çətindir - ŞƏRH
12:43 18.10.2026
Gündəm
"Barselona" "Real"ın rekordunu təkrarlayıb
12:27 18.10.2026
Futbol
Lökbatanda anbarda yanğın olub - FOTO
12:17 18.10.2026
Hadisə
Fransada etirazlar zamanı 855 nəfər saxlanılıb
11:45 18.10.2026
Dünya
Litvada PUA səbəbindən hava həyəcanı elan edildi
11:39 18.10.2026
Dünya
Bakı metrosu ilə bağlı MÜJDƏ - Hər kəs bunu gözləyirdi
11:34 18.10.2026
İnfrastruktur