“Azərpoçt” və Mediasiya Şurası arasında müqavilə imzalandı
Yusif Sultanoğlu
08:56 07.07.2023
Cəmiyyət
430
"Azərpoçt” MMC Mediasiya Şurasına korporativ xidmət göstərəcək.
Bakupost.az Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin yaydığı məlumata istinadən xəbər verir ki, bununla bağlı qurumlar arasında “Azərpoçt” MMC-nin İdarə Heyətinin sədri Əfqan Cəlilov və Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov tərəfindən əməkdaşlıq müqaviləsi imzalanıb.
Əməkdaşlıq nəticəsində mediasiya proseslərinin yekun nəticəsi olan sənədlərin dəqiq uçotunun aparılması, sənədlərin, sazişlərin mötəbərliliyinin artırılması üçün “Azərpoçt”un istehsal etdiyi holoqramların Mediasiya Şurası tərəfindən istifadəsinə başlanılacaq.
Holoqram mediasiya proseslərində iştirak edən tərəflərə təqdim ediləcək yekun sənədlərdə (İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə arayış, Mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış, Barışıq sazişi və digər sənədlər) istifadə ediləcək. Xüsusi kodlarla nömrələnmiş holoqramın fərqliliyi bu holoqramların təkrarlana bilməməsindədir.
Qeyd edək ki, “Azərpoçt” MMC yazılı poçt göndərişlərinin mötəbərliliyinin qorunmasının təmini məqsədilə digər qurumlara da bu kimi xüsusi buraxılışlı holoqram və ya nömrəli markaların istehsalı ilə bağlı xidmət göstərir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qüds patriarxı Ukraynaya səfər edəcək
06:42 09.11.2026
Dünya
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil