“Qızların evdən qaçması çoxluq təşkil edir”
Yusif Nəzərli
17:34 08.07.2023
Cəmiyyət
896
“Son zamanlar gənc qızların itkin düşməsi kimi hallarla bağlı çox xəbərlər alırıq. İtkin düşən qızların xronoloji yaşlarını təhlil etsək, 13-19 yaş aralığı daha çox üstünlük təşkil edir. Bu da ən çox yeniyetməlik dövrünə təsadüf edir”.
Bunu “Sherg.az”a psixoloq Səbinə Cəbrayılova Bakıda gənc qızların itkin düşməsindən danışarkən deyib. Onun sözlərinə görə, yeniyetməlik dövrü hisslərin, emosiyaların davranış üzərində hakim olduğu zamandır və bu vaxtda yeniyetmələr təfəkkürün formalarından düzgün şəkildə istifadə etmirlər:
“Davranışların səbəb ola biləcəyi nəticələri təhlil etmək qabiliyyətində olmurlar. Həmçinin cins baxımından araşdırdıqda, əsasən, qızların evdən qaçması çoxluq təşkil edir. Milli mentaliteti, dəyərləri nəzərə alaraq, demək olar ki, ailələrdə qızlar üzərində basqı var, "olmazlar" onlara daha çox deyilir, həmçinin susdurulmağa çalışılırlar. Valideynlər gündəlik iş yorğunluğu, problemlər səbəbindən övladlarına zaman ayıra bilmirlər. İşə gedir-gəlir, qalan vaxtı isə istirahət etməyə çalışırlar. Analar isə işdən sonra ev işləri ilə məşğul olur və günü bitkin şəkildə sonlandırırlar. Eyni zamanda geri qalan zamanı sosial şəbəkələrdə keçirir, nəticədə övladlarının problemləri ilə maraqlanmırlar. Diqqətdən kənarda qalan uşaqlar ehtiyac duyduqları ünsiyyəti sosial şəbəkələrdə tanış olduqları insanlarla ödəyirlər. Onlarla söhbətləşərək, tənhalıq hissini üzərilərindən atmağa çalışırlar və həmin şəxslərə qarşı asılılıq yaranır. Onların hər dediklərinə inanır, sanki ən yaxın dostu, ailəsi imiş kimi qəbul edirlər. Səbəb isə əslində bu yeniyetmələrin emosional yalnızlıq içində olmalarıdır. Ailədə lazımi ünsiyyəti, münasibəti görmürlər, bu emosiyaların təmin olunması üçün kənar obyektləri axtarmağa başlayırlar. Valideynlər zamanında övladları ilə maraqlansalar, hər axşam onların günləri necə keçib, gün ərzində nələr baş verib, hansı problemlərlə qarşılaşıblar və bunun öhdəsindən necə gəliblər kimi suallarla övladları ilə maraqlansalar, onlarla doğru şəkildə zaman keçirsələr, analoji halların qarşısı alınar. Həmçinin ailədaxili narazılıq, valideynlərin uşaqlarının yanında daim biri-birini ittiham etməsi, problemləri qabardaraq, yaratdıqları mübahisələr də övladların onlardan ayrılmasına səbəb olur. Nəticədə yeniyetmələr çarə kimi onların "bezdiyi", övladlarını "anlamayan" ailələrdən qaçırlar. Bunu da öncədən planlayır və ona uyğun şəkildə həyata keçirirlər. Ya eyni emosiyaları, yalnızlığı yaşadığını iddia edən rəfiqələri ilə birlikdə bu addımı atırlar, ya da sosial şəbəkə üzərindən tanış olduqları şəxslərlə qaçırlar. Həyatlarının ən gözəl dövründə əslində özlərini necə məhv etdiklərinin fərqinə varmırlar. Çünki məntiqlə deyil, hislərlə hərəkət edirlər. Hər valideyn səhv edə bilər. Lakin qaçmaq məmnun olmadıqları həyat tərzindən çıxış yolu deyil. Özlərini inkişaf etdirərək, ali təhsil alaraq, iş quraraq, bunu etməyin daha doğru yol olduğunu yeniyetmələrə valideynlərlə yanaşı, pedaqoqlar, müəllimlər daim izah etməli, bu istiqamətdə böyüməkdə olan nəslə öz məsləhətlərini verməlidirlər. Həmçinin ana-atalar övladlarının istifadə etdikləri telefon, kompüter kimi vasitələri uşaqlarına bəlli etmədən nəzarətdə saxlasalar, daha məqsədəuyğun olar”.
Qeyd edək ki, Bakıda gənc qızlar itkin düşüblər. Hadisə iyulun 5-də paytaxtın Xətai rayonu ərazisində qeydə alınıb.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Mətbəx süngəri tarixə qovuşur
05:25 09.11.2026
Maraqlı
“Halef” final edir
04:50 09.11.2026
Şou
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya