
Qarabağda bərpa işləri sürətlənəcək
Yusif Nəzərli
09:46 14.07.2023
Gündəm
540
2026-cı ilədək Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasına ayrılan vəsait 20 milyard manatdan çox olacaq
Prezident İlham Əliyev bu ilin 6 ayının sosial-iqtisadi inkişafının yekunları ilə bağlı müşavirə keçirdi. Müşavirədə Azərbaycanın bundan sonrakı inkişafının əsas istiqamətləri bir daha vurğulandı. Əsas istiqamətlər ölkəmizin dayanıqlı inkişafının təmin edilməsi, qeyri-neft sektorunun inkişafı, Qarabağın və Şərqi Zəngəzurun bərpası işləri və iqtisadi və sosial sahələrdə islahatların davam etdirilməsidir. Dövlət başçısı qeyd etdi ki, qeyri-neft sektorunda 3 faizdən artıq, qeyri-neft sənayesində isə 6.5 faizlik bir artım qeydə alınıb. Prezident bəyan etdi ki, əsas hədəflərdən biri yüksək dövlət büdcəsi təmin etməkdir. Müstəqillik dövrü tariximizdə ilk dəfədir ki, dövlət büdcəmiz 33 milyard manata gəlib çatıb. Büdcədə aparılan əlavə tədbirlər nəticəsində faktiki olaraq büdcənin həcmi 36 milyard manata gəlib çatıb. 6 ayın yekunlarına görə, 60 milyard manatlıq ümumi daxili məhsul istehsal edilib. 10 milyard manatlıq profisitimiz əmələ gəlib. Yəni ixrac idxalı üstələyib. İlin sonuna qədər bu rəqəmin daha böyük olacağı da vurğulandı.
Millət vəkili Vüqar Bayramov "Sherg.az"adeyib ki, ilin ilk yarısında qeyri-neft sənayesinin 6,5 faiz, qeyri-neft sektoru 3 faizdən çox artması müsbət haldır. Deputatın sözlərinə görə, bu, enerjidən kənar sektorların artıq iqtisadi artımda drayverə çevrilməsindən xəbər verir. Həmçinin ÜDM-nin strukturunda da qeyri-neft sektorunun payının artması anlamına gəlir: "Qeyri-neft sektorunun inkişafı ilə bağlı islahatlar dövlət büdcəsi gəlirlərinin artmasında da özünü büruzə verir. 2023-cü ilin büdcəsi manat ifadəsində müstəqillik ilinin ən böyük büdcəsidir. Bu ilin ilk 4 ayında büdcəyə əlavə olaraq 2 milyard 400 milyon manatın daxil olması fiskal gəlir və xərclərimizə dürüstləşmənin edilməsinə imkan yaratdı. Bu büdcəyə əlavə 3 milyard 50 milyon manatın cəlb edilməsinə və bununla da Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulması, milli təhlükəsizliyimizin daha da gücləndirilməsi üzrə ayırmaların artırılmasına imkan yaratdı.

2023-cü ilin sonunadək işğaldan azad olunan ərazilərimizin bərpasına ayrılan vəsait 12 milyard manata çatacaq. Onun 5.5 milyard manata yaxını məhz 2023-cü ilin payına düşəcək. Bütövlükdə, 2026-cı ilədək Qarabağ və Şərqi Zəngəzurun yenidən qurulmasına ayrılan vəsait 20 milyard manatdan çox olacaq. Bütün bunlar "Böyük qayıdış" proqramının daha sürətlə icrasına imkan yaradır. İlin sonunadək Qarabağ və Şərqi Zəngəzura 2 min ailənin və ya 10 minə yaxın vətəndaşımızın qayıtması reallaşacaq. Bu isə o deməkdir ki, artıq işğaldan azad olunmuş ərazilərə əhalinin tədricən, mərhələli şəkildə qayıtması müşahidə olunur. Bütövlükdə, bu ilin birinci yarısında əldə edilən nəticələr növbəti 6 ayda da qeyri-neft sektorunda, fiskal gəlirlərimizdə artım tendensiyasının davam edəcəyindən və Qarabağda bərpa işlərinin sürətlənəcəyindən xəbər verir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
03:33 09.11.2026
Hadisə
Rusiya mediası Əliyevin bu çıxışından yazır
02:57 09.11.2026
Gündəm
Tramp: ABŞ-nin xüsusi qrupu İranda fəaliyyətə başlayıb
02:22 09.11.2026
Gündəm
İranın vitse-prezidenti Ermənistana səfər edəcək
01:15 09.11.2026
Region
Sumqayıtda kişi meyiti tapıldı
00:56 09.11.2026
Hadisə
Azərbaycanda Dövlət Bayrağı Günüdür
00:14 09.11.2026
Tarix
Şuşada Zəfər Günü atəşfəşanlıqla qeyd olundu
23:50 08.11.2026
Qarabağ
Arakçıdan ABŞ-a: Ya müharibəni bitirin, ya da...
22:48 08.11.2026
Region
Ərdoğanın Azərbaycana rəsmi səfəri başa çatdi
21:25 08.11.2026
Rəsmi
İlham Əliyev COP31 sammitində iştirak etmək üçün Antalyaya gedəcək
21:12 08.11.2026
Gündəm
Husilər "Saudi Aramko"ya zərbələr endirdi
20:37 08.11.2026
Aktual
Qəzzada çadır düşərgələrini su basdı - Humanitar böhran dərinləşir
20:37 08.11.2026
Dünya
Fazil Mustafa MEK-i ziyarət edib
20:34 08.11.2026
Elm və Təhsil
Zelenski: Rusiya Ukraynaya hücumları artırıb
20:31 08.11.2026
Dünya
“Sabah” “Şamaxı” ilə oyunda xal itirdi
19:51 08.11.2026
Futbol