İsveçdə iki italiyalı turist qar uçqunu nəticəsində həlak olub
Yusif Nəzərli
16:36 21.03.2025
Hadisə
413
İsveçin Kiruna bələdiyyəsində yerləşən Abisku Milli Parkında faciəli hadisə baş verib: turistlərin olduğu helikopter qar uçqunu altında qalıb.
AZƏRTAC xəbər verir ki, hadisə nəticəsində 7 nəfər zərər çəkib, İtaliya vətəndaşları olan iki nəfər həlak olub.
Polis ehtiyatsızlıqdan ölümə və bədənə xəsarət yetirmə hadisələri ilə bağlı ilkin araşdırmalara başlayıb. Şübhəli şəxslərlə yanaşı, tur təşkil edən turizm şirkəti də araşdırmaya cəlb olunub.
Bundan əvvəl İsveçin “Naturvardsverket” Təbiəti Mühafizə Agentliyi ərazidə yüksək uçqun təhlükəsi ilə bağlı xəbərdarlıq etmişdi. Faciədən cəmi bir gün əvvəl Abisku və Riksqrensen ətrafında altı qar uçqunu qeydə alınıb.
Ekspertlər vurğulayırlar ki, qar örtüyü son dərəcə qeyri-sabit olaraq qalır. Hətta bir qrup xizəkçinin və ya tək qar arabasının hərəkəti kimi minimal yük də qar uçqununa səbəb ola bilər.
Turistlərə yamac bucağını və yığılmış qarın həcmini diqqətlə izləmək, ən kiçik bir şübhə olduqda isə hava şəraiti sabitləşənə qədər səfəri təxirə salmaq tövsiyə olunur.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bərdədə iki avtomobil toqquşdu - Yaralılar var
21:17 24.08.2026
Hadisə
İran 20 nəsil döyüşə bilər - Hatəmi
21:08 24.08.2026
Region
Cəmi 3 yaşındadır dağ, təpə demədən dırmaşır
20:59 24.08.2026
Maraqlı
Tokayev Ermənistana səfər edəcək
20:16 24.08.2026
Gündəm
İlham Əliyevin Özbəkistana dövlət səfəri başa çatıb
19:50 24.08.2026
Rəsmi
Ağ bayraq qaldırmaq istəməyən İran daha da sərtləşəcək - Ali Satan
19:36 24.08.2026
Gündəm
Bu şəxslər də hərbi xidmətə çağırılacaq
18:45 24.08.2026
Aktual
Universitetlərə qəbul imtahanlarının nəticələri - Açıqlandı
18:44 24.08.2026
Elm və Təhsil
Bakının bir sıra yollarında sıxlıq var - SİYAHI
18:41 24.08.2026
İnfrastruktur
Rusiya və Ermənistanı sərt ayrılıq gözləyir - Politoloq Atayev
18:38 24.08.2026
Gündəm
Bu il 44 min uşaq bağçalara qəbul olunub
18:14 24.08.2026
Elm və Təhsil
Dövlət Statistika Komitəsində struktur və kadr dəyişiklikləri olub
18:12 24.08.2026
Aktual
Rusiyadan açıq hədə: Növbədə bu ölkələrdir
18:10 24.08.2026
Dünya
Baş nazir: Ermənistan bundan sonra diaspordan yardım istəməyəcək
18:01 24.08.2026
Region