
İqtisadçı: Yerli kartofun baha olması qısamüddətli bir prosesdir
Yusif Nəzərli
09:49 25.03.2025
İqtisadiyyat
495
Bazarlarda 1 kiloqramı 6-7 manata kartof satılır.
Axar.az xəbər verir ki, söhbət bu xırda kartoflardan gedir. Satıcıların sözlərinə görə, məhsul həm yeni, həm də keyfiyyətlidir. Ona görə də yerli bazarlarda bu qiymətə təklif olunur.
Alıcılar deyir ki, bu xırda kartoflar çox dadlıdır. Lakin qiymətləri xeyli yüksəkdir.
Satıcılar onu da bildiriblər ki, yaxın vaxtlarda bu kartofun qiymətinin enəcəyi gözlənilmir. Lakin məhsul bol olarsa, növbəti aylarda ucuzlaşa bilər.
Tanınmış iqtisadçı-ekspert Razi Abbasbəyli “Sherg.az”a söyləyib ki, İlin bu fəslində əsasən Azərbaycanda yerli kartof demək olar ki, olmur:

“Ölkənin daxili bazarı məhz 100 faiz xarici idxal hesabına formalaşıb. Bu baxımdan da hesab edirəm ki, yerli kartofun hazırda bazarlarda baha olması normaldır və bu, çox qısamüddətli olan bir prosesdir. Çünki qısa müddət keçdikdən sonra tədarük genişlənəcək, artacaq və nəticə etibarilə qiymətlər yavaş yavaş normallaşmağa doğru gedəcək. Hər bir kənd təsərrüfatı məhsulu ilk bazarlara çıxdığı və yeni mövsüm başladığı anda baha satılır. Lakin bu uzunmüddətli olmur və nəticə etibarilə qısa müddətdən sonra biz bu qiymətlərin normallaşdığının şahidi oluruq. Digər mövsümü məhsullarda da bu, gözlənilən haldır. Məsələn, alçanın qiyməti və yaxud da çiyələyin qiyməti ilk günlərdə bazara çıxanda baha olur. Amma bu qısamüddətli olur. Yəni bu normal bir hal kimi qəbul edilməlidir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi