Tramp Ərdoğanı tərifləyib: “Yaxşı ölkədir, lideri də yaxşıdır”
Yusif Nəzərli
22:12 25.03.2025
Gündəm
479
ABŞ prezidenti Donald Tramp Ankara səfirliyinə namizədliyini irəli sürdüyü Tom Barakı Ağ Evdə qəbul edib. Tramp Türkiyə və prezident Rəcəb Tayyib Ərdoğan haqqında “Yaxşı ölkədir, lideri də yaxşıdır” sözlərini işlədib.
Sherg.az xəbər verir ki, ABŞ prezidenti Tramp Senatdan razılıq aldıqdan sonra dünyanın müxtəlif ölkələrinə səfər edəcək bəzi səfirlərlə Ağ Evdə görüşüb.
ABŞ-ın Ankara səfirliyinə namizədliyi irəli sürülən Barak digər səfirliyə namizədlərlə birlikdə mətbuata qısa açıqlama verib.
Trampla işləməkdən məmnun olduğunu və ona təşəkkürünü bildirən səfirliyə namizəd Barak Türkiyəni “ən qədim sivilizasiyalardan biri” adlandırıb.
ABŞ prezidenti Tramp Barakın sözlərinə “Bu, yaxşı ölkədir, lideri də yaxşıdır” deyə cavab verib.
TOM BARRAK KİMDİR?
ABŞ-ın Kaliforniya ştatında doğulub böyüyən 77 yaşlı Barak Cənubi Kaliforniya Universitetində bakalavr təhsilini, San Dieqo Universitetində isə hüquq fakültəsini bitirib.
1900-cü ildə Livanın Zahle şəhərindən ABŞ-a mühacirət edən livanlı xristian mühacir valideynlərinin nəvəsi Barak, atasının baqqal, anası isə katibə olduğu Los-Ancelesin Kalver Siti şəhərində böyüyüb.
Tələbəlik illərində reqbi komandasına qatılaraq idmana maraq göstərən Barak Səudiyyə Ərəbistanında hüquqşünas kimi çalışıb.
1980-ci illərdə Reyqan administrasiyasında daxili işlər nazirinin köməkçisinin müavini vəzifəsində çalışmış Barak Kaliforniyanın Rancho del Cielo şəhərində 40-cı prezident Ronald Reyqanın qonşusu idi.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: “Şimal axını”nı Ukrayna partlatmayıb
22:02 23.08.2026
Aktual
Cəlilabadda tapılmış daş kürənin analiz nəticələri məlum oldu
21:21 23.08.2026
Tarix
“Mançester Siti”dən 18 ildən sonra ilk...
20:27 23.08.2026
Futbol
ABŞ-ın sanksiyaları təkrarlanan film kimidir - Arakçı
18:39 23.08.2026
Region
Özbəkistan Prezidenti Azərbaycana dövlət səfərinə dəvət edilib
18:06 23.08.2026
Rəsmi
ABŞ nümayəndələrinin Rusiya və Ukraynaya səfəri təxirə salınır
17:19 23.08.2026
Dünya
Azərbaycan və Özbəkistan prezidentlərinin təkbətək görüşü olub
16:28 23.08.2026
Rəsmi
Şavkat Mirziyoyev “Heydər Əliyev” ordeni ilə təltif edildi
16:03 23.08.2026
Rəsmi
Daşkənddə İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub
15:55 23.08.2026
Rəsmi