
Almaniya ilə Azərbaycan arasında münasibətlər inkişaf mərhələsinə qədəm qoyub -Politoloq
09:40 02.04.2025
Siyasət
661
Aprelin 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Almaniya Federativ Respublikasının Prezidenti Frank-Valter Ştaynmayer ilə geniş tərkibdə görüşü keçirilib. Görüşdə “Petersberq İqlim Dialoqu”nun əhəmiyyəti və Prezident İlham Əliyevin bu tədbirdə çıxışı qeyd olunub. Dövlətimizin başçısı tədbirə dəvətə görə təşəkkürünü bildirib.
Söhbət zamanı COP29-la əlaqədar Almaniya ilə Azərbaycan arasında uğurlu əməkdaşlıq və heyətlər arasında görüşlərin önəmi xüsusi vurğulanıb. COP29-la bağlı yaradılan “üçlük” mexanizminin əhəmiyyətinə toxunuldu, Almaniyanın COP29-la əlaqədar Azərbaycana bundan sonra da dəstək göstərəcəyi diqqətə çatdırılıb. Söhbət zamanı sərhədlərin delimitasiyası və demarkasiyası istiqamətində iki ölkə arasında birbaşa danışıqlarda əldə edilmiş nəticələr qeyd olunub. Həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
Politoloq Tural İrfan "Sherg.az"a deyib ki, Almaniya ilə Azərbaycan arasında müstəqillik illərindən bəri əlaqələr mövcud olub, indi isə münasibətlər inkişaf mərhələsinə qədəm qoyub:

"Doğrudur, Ermənistan - Azərbaycan arasındakı keçmiş münaqişə ərəfəsində problemin həlli yolunda Almaniyanın nəzərəçarpacaq dərəcədə rolu olmasa da, Fransa kimi problemi dərinləşdirmək cəhdləri də olmayıb. Hazırda isə Azərbaycanın qələbəsindən sonra regionda və dünyada artan siyasi nüfuzu Almaniyanı da məcbur edir ki, rəsmi Bakı ilə əlaqələri yenidən sıxlaşdırsın. Hazırda Almaniya prezidenti Frank - Valter Ştaynmayer Azərbaycandadır və Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev ilə müzakirələr keçirilir. Əsasən Ermənistanla Azərbaycan arasındakı sülh prosesindən danışılacağı, bu sülhün regiona və digər ölkələrə yönəlik əhəmiyyətindən danışılacağı gözlənilir. Hər bir halda iki ölkə arasında yeniləşən siyasi proseslər davam etməli və inkişaf mərhələsinə qədəm qoymalıdır".
Politoloq əlavə edib ki, Almaniya və Azərbaycan arasında mümkün olan sahələrdə bütün əlaqələrin davam etməsi, hətta inkişaf etməsi mümkündür".
"Ümid edirəm ki, bu əlaqələrin səmərəli istirahətdəki inkişafı da bu müzakirələrdə mövzu olacaqdır. Əsasən Ermənistan - Azərbaycan arasındakı normallaşmağa doğru gedən proseslər və sülh müqaviləsinə doğru atılan addımların gedişatı və nəticələri, baş tutduğu təqdirdə verəcəyi töhfələr barədə dialoqun da olması labüd görünür".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Nike-dan yenilik – Toy üçün idman ayaqqabısı, baha qiymətə - FOTO
08:20 11.11.2026
İdman
"Kurtlar Vadisi" geri dönür
07:51 11.11.2026
Şou
Neslihan Atagül kitab çıxardı
04:50 11.11.2026
Şou
Süd verən analar, diqqət! - "Skuşonka”, “mürəbbəli çay”...
04:14 11.11.2026
Sosial
Ümid edirik ki, bu ölkə TDT-yə üzv olacaq
02:57 11.11.2026
Aktual
Kenan Yıldız Lamin Yamalla müqayisə olundu
01:30 11.11.2026
Futbol
Qalibaf: Müctəba Xamenei Çinlə əlaqələrə dair tapşırıqlar verib
01:11 11.11.2026
Region
Hegseth impiçment cəhdini “siyasi tamaşa” adlandırıb
00:53 11.11.2026
Aktual
Moldova səfiri Rusiya XİN-ə çağırıldı
00:31 11.11.2026
Son dəqiqə
Rusiyaya təklifləri çatdırdıq, gözləyirik - Sibiqa
23:33 10.11.2026
Gündəm
ABŞ istehsalı olan 4 raketi vurduq – Rusiya ilk dəfə açıqladı
23:18 10.11.2026
Dünya
Rubio: İran tezliklə neft ixrac etmək qabiliyyətini itirəcək
23:00 10.11.2026
Dünya
"Sabah" "Trabzonspor"u məğlub etdi
22:07 10.11.2026
İdman
Oman sahillərində tanker vuruldu
21:34 10.11.2026
Gündəm
Rezai: İranla ABŞ arasında danışıqlar aparılmır
21:17 10.11.2026
Region
İsraildə 120 deputat and içdi
21:01 10.11.2026
Dünya