İrəvanın "pənah" yeri: Ermənistan İrana emosional deyil, strateji bağlıdır
09:29 29.07.2025
Region
446
"İrana növbəti hücum daha ciddi olacaq, bu, birbaşa Ermənistana da təsir edəcək”.
Bunu Ermənistan parlamentinin deputatı Tiqran Abramyan deyib.
“ABŞ və İsraildən gələn bəyanatlar göstərir ki, İran ətrafında yaranmış geosiyasi problem nəinki həll olunmayıb, hətta yaxın gələcəkdə daha ciddi hadisələrin baş verəcəyi gözlənilir. Əlbəttə, İran bütün bunları yaxşı başa düşür, buna görə də, sıradan çıxmış hərbi hissələr və sistemlərin bərpası və modernləşdirilməsi üzərində işləyir. Bundan başqa, İran hava hücumundan müdafiə, xüsusilə aviasiya sahəsində böyük sövdələşmələr edir, raket və PUA donanmasının texniki və taktiki imkanlarını artırır”, - deputat bildirib.
Abramyan əlavə edib ki, İrana hücumun Ermənistana birbaşa və dolayısı ilə təsir edəcək ciddi nəticələri olacaq.
Politoloq Əhəd Məmmədli Sherg.az-a deyib ki, Ermənistanda da İrana böyük ümid və simpatiya ilə yanaşılır:
"Onlar İranı böyük və güclü dövlət sayır, Ermənistanın əsas müdafiəçisi kimi görürlər. İran, Ermənistanı Azərbaycan və Türkiyəyə qarşı müdafiə edən bir müttəfiq kimi çıxış edir. Guya Zəngəzur dəhlizinin reallaşmamasında da İranın rolu açıq şəkildə hiss olunur. İsraillə baş vermiş 12 günlük hərbi münaqişədə də ermənilər açıq-aşkar İranın tərəfində yer aldılar və onu qalib tərəf kimi qiymətləndirdilər. Bu münasibət, simpatiya, emosional bağlılıq və İran sevgisi Ermənistan cəmiyyətində real siyasi faktorlara əsaslanır. Ermənistanla İran arasında açıq və birmənalı şəkildə ittifaq münasibətləri mövcuddur. Əgər İran bu qədər aktiv rol oynamasa, Azərbaycan təkcə Zəngəzur məsələsini deyil, ümumiyyətlə bu problemin böyük bir hissəsini çoxdan həll edə bilərdi. Ancaq əsas əngəl məhz İrandır. Digər tərəfdən, Avropa da bu məsələdə maneələr yaradır. Avropa İttifaqının müşahidəçiləri Ermənistan-Azərbaycan sərhədində yerləşdirilib. Rusiya hərbi bazaları da bölgədə mövcuddur"
Analitik qeyd edib ki, hazırda Ermənistanın arxasında duran təkcə xristian dünyası və ABŞ deyil:
"Ən böyük dəstək məhz İslam dünyasının əsas ölkələrindən biri sayılan, özünü müsəlmanların "rəsulu və müdafiəçisi" hesab edən İran tərəfindən gəlir. İranın Azərbaycana qarşı bu siyasəti, ölkədə kimin hakimiyyətdə olmasından asılı deyil. İstər indiki rejim, istərsə də şah rejimi geri qayıtsa, həmin siyasətin dəyişəcəyi real görünmür. İranın Azərbaycana münasibəti yalnız o halda dəyişə bilər ki, ölkədə milliyyətcə və düşüncə etibarilə türk olan bir lider, məsələn, Nadir Şah Əfşar kimi bir şəxs hakimiyyətə gəlsin. Əks halda, nə qədər istər Bakıda, istərsə də Qarabağda – İrana qardaşlıq mesajları verilsə də, bu, İranın Azərbaycana qarşı apardığı real siyasəti dəyişməyəcək.
Çünki İranın əsas siyasi və hərbi elitası ayətullahlar, inqilab keşikçiləri, kəşfiyyat orqanları azərbaycanofobiya və türkofobiya ilə formalaşıb. Bu yanaşma onların Ermənistanı hər zaman Azərbaycandan daha yaxın görməsinə səbəb olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zəfər Günü 200 illik əsarətin sona çatdığı gündür - İlham Tumas
19:43 06.11.2026
Gündəm
SEPAH daha bir ABŞ PUA-sını məhv etdi
19:32 06.11.2026
Aktual
Britaniya telekanalı təhlükəsizlik təhdidi ilə üzləşib
19:24 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
19:16 06.11.2026
Dünya
Litvada NATO təlimləri başladı
18:44 06.11.2026
Dünya
Şuşanın azad edilməsi dünya hərb tarixində görünməmiş hadisədir
17:53 06.11.2026
Gündəm
Bloomberg: ABŞ və İran yekun razılaşmaya yaxınlaşır
17:47 06.11.2026
Gündəm
Avropa bir həftədə qaz ehtiyatlarının 2,5%-ni istifadə edib
17:39 06.11.2026
Dünya
Ağstafada bir ailənin üç üzvü zəhərlənib
17:22 06.11.2026
Hadisə
Ceyhun Bayramov BMT Baş katibinin müavini ilə görüşdü - FOTO
17:14 06.11.2026
Gündəm
İrandan dəhliz açıqlaması: Xamenei Putinə mesaj göndərdi
17:02 06.11.2026
Dünya
Daha 2 təqsirləndirilən şəxs ölkəmizə ekstradisiya edildi
16:59 06.11.2026
Hadisə
“Tramp qalib gəlir və o, İran məsələsində haqlıdır”
16:38 06.11.2026
Gündəm
Elçin Əmirbəyov Litva XİN rəhbəri ilə görüşüb
15:35 06.11.2026
Gündəm