
Türk dövlətləri gücünü birləşdirir - Polkovnik
00:05 23.10.2025
Aktual
635
Hərbi təlimlər siyasi mesajdır
Özbəkistanda keçirilən "Birlik - 2025" adlı birgə hərbi təlim yekunlaşıb. Təlimdə Azərbaycan, Qazaxıstan, Tacikistan, Qırğızıstan və Özbəkistan respublikalarından komando və PUA heyətləri iştirak ediblər. Birgə regional təlimin məqsədi iştirakçı ölkələrin hərbi qulluqçularının antiterror əməliyyatlarında peşəkarlıqlarının daha da artırılması, regionda dayanıqlı sülhün qorunması və qarşılıqlı təcrübə mübadiləsinin aparılmasıdır.

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov Sherg.az-a deyib ki, türk dövlətləri arasında hərbi təlimlərin keçirilməsi həm hərbi, həm də siyasi baxımdan mühüm əhəmiyyətə malikdir. Hərbi ekspert vurğulayıb ki, istənilən hərbi əməkdaşlıq eyni zamanda siyasi mahiyyət kəsb edir:
"Bu gün dünyanın ən böyük və güclü hərbi alyansı olan NATO hərbi-siyasi blok kimi xarakterizə olunur. Bu baxımdan Səmərqənd vilayətində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Tacikistan hərbçilərinin iştirakı ilə "Birlik-2025" birgə təlimin keçirilməsi önəm kəsb edir. Bu təlim hər şeydən öncə türk dövlətlərinin öz təhlükəsizliklərini bir yerdə gördüklərini, hər cür təhdidə qarşı birgə mübarizə aparmağa hazır olduqlarını göstərir. Digər yandan, birgə təlimlər mesaj verir ki, türk dövlətləri qlobal siyasi arenada baş verən dəyişiklikləri diqqətlə izləyir, bu dəyişikliklərin əsl mahiyyətini aydın şəkildə başa düşür, buna adekvat reaksiya verirlər. Müasir dünyamızda gücün beynəlxalq qanunvericiliyi üstələdiyi, bütün hadisə və proseslərə açıq şəkildə diktə etdiyi heç kimə sirr deyil. Kim daha güclüdürsə, öz təhlükəsizliyini təmin edə bilir. Belə olan halda türk dövlətlərinin öz hərbi imkanlarını artırması, birgə hərbi təlimlər fonunda inkişaf etdirməsi təqdirəlayiqdir".
Polkovnik bəyan edib ki, "Birlik-2025" birgə təlimləri türk dünyasının hərbi-siyasi birliyi istiqamətində atılan mühüm addım hesab edilə bilər:
"Prezident İlham Əliyev bir müddət öncə türk dövlətləri arasında birgə hərbi təlimlərin keçirilməsini təklif etmişdi. Səmərqənd vilayətindəki təlimlər, əslində, bu istiqamətdə atılan ilk irimiqyaslı addım sayıla bilər. Türk dövlətləri arasındakı hərbi əməkdaşlıq mahiyyətcə yeni mərhələyə qədəm qoymaqdadır. Türk dünyasının hərbi-siyasi müstəvidə öz fəaliyyətini koordinasiya etməsi, beynəlxalq platformalarda vahid güc mərkəzi kimi çıxış etməsi hər bir türk dövlətinə öz təhlükəsizliyini uğurla təmin etməyə, qlobal münasibətlər sistemində layiqli yer tutmağa imkan verəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
FIFA Bakıda keçirilən U-15 Dünya Çempionatı ilə bağlı paylaşım etdi
12:11 30.10.2026
İdman
Oyuncaq avtomobilini götürmək istəyən 7 yaşlı uşaq həyatını itirdi
11:58 30.10.2026
Hadisə
Küləkli hava şəraitində bu işçilərə fasilə veriləcək
11:21 30.10.2026
Hadisə
Narkotik aludəçisi olan avtobus sürücüsü həbs olundu
11:07 30.10.2026
Hadisə
Milli Məclis bu gün 11 məsələyə baxacaq
11:05 30.10.2026
Gündəm
Lavrov ABŞ-a gedib
11:02 30.10.2026
Dünya
Peskov: Putin Makron və Mertslə danışıqlara hazırdır
10:56 30.10.2026
Dünya
Peskov: Zelenski Putinə hələ zəng etməyib
10:45 30.10.2026
Dünya
Deputat Səyyad Aran Ombudsmanı təriflədi
10:42 30.10.2026
Cəmiyyət
Biləcəridə hotelin fəaliyyəti dayandırıldı
09:55 30.10.2026
Hadisə
Azərbaycan nefti 122 dollardan yuxarı ticarət olunub
09:41 30.10.2026
İqtisadiyyat
Ombudsman vəzifəsinə 3 namizəd irəli sürülüb
09:31 30.10.2026
Gündəm
Bitkoinin qiyməti 79 min dollardan aşağı düşüb
09:19 30.10.2026
İqtisadiyyat
"Milan" və "İnter"in yeni stadionunun adı müəyyənləşdi
08:48 30.10.2026
Futbol
Kişilərdə bu əlamət varsa, xərçəngdən yoxlansın
07:50 30.10.2026
Sağlamlıq