
500 minlik körpü: Azərbaycan və Gürcüstan gəncləri regional gücə çevrilir
Yusif Nəzərli
08:47 06.08.2025
Sosial
507
Gürcüstanın təhsil, elm və gənclər naziri Givi Mikanadze bu ölkədə rəsmi səfərdə olan Azərbaycanın gənclər və idman nazirinin müavini Fərhad Hacıyevin başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirib. Bu barədə Gürcüstanın Təhsil, Elm və Gənclər Nazirliyindən bildirilib. Tərəflər iki ölkə arasında gənclər siyasətinin inkişafı sahəsində mövcud əməkdaşlığın möhkəmləndirilməsi perspektivlərini müzakirə ediblər. Görüşdə Gürcüstan və Azərbaycan gəncləri arasında əlaqələrin genişləndirilməsinin vacibliyi vurğulanıb, gənclərin birgə layihələrinin həyata keçirilməsi məsələsinə toxunulub. Müzakirələr zamanı qeyd olunub ki, Azərbaycan gənclərinin Anakliyada düşərgəyə cəlb edilməsi ölkələr arasında tərəfdaşlığın möhkəmləndirilməsi istiqamətində daha bir mühüm addımdır.
Sonda tərəflər gənclər arasında əlaqələrin möhkəmləndirilməsi məqsədilə birgə layihələrin həyata keçirilməsinə tam hazır olduqlarını bildiriblər.
Görüşdə Azərbaycanın Gürcüstandakı səfiri Faiq Quliyev, Azərbaycanın Gənclər və İdman Nazirliyinin Gənclər şöbəsinin müdiri Ramil Cabbarov, Azərbaycanın Gürcüstandakı səfirliyinin müşaviri Kamal Xəlilov iştirak ediblər.
Gürcüstan və Azərbaycan arasında gənclər siyasəti sahəsində əməkdaşlığın genişləndirilməsi istiqamətində aparılan son müzakirələri şərh edən diaspor üzrə araşdırmaçı-ekspert, Türk Ağsaqqalları İctimai Birliyinin (TAİB) sədr müavini Elnur Eltürk Sherg.az-a açıqlamasında Azərbaycanın Gürcüstanla əlaqələrin inkişafına xüsusi diqqət ayırdığını xatırladıb.
O, bildirib ki, hər iki dövlətin birgə maraqlarını birləşdirən cəhətlər çoxdur. Xüsusən də tarixi-siyasi, coğrafi və iqtisadi-mədəni amilləri münasibətlərimizin inkişafına xüsusi təkan verir:

“90-ci illərdə Gürcüstanın ərazi bütövlüyü uğrunda azərbaycanlı gənclər canlarından keçiblər. Gürcüstan həm də Avropaya açılan qapımızdır. Nəzərə alaq ki, 500 mindən çox soydaşımız orada yaşayır. Onlar Azərbaycan-Gürcüstan arasında körpü rolunu oynayırlar. Artıq soydaşlarımızın Gürcüstanın siyasi-ictimai və mədəni həyatında oynadıqları rolu nəzərdən qaça bilməz. Gürcüstanda keçirilən seçki prosesinə Gürcüstan azərbaycanlılarının böyük təsirləri var.
Əlaqələrdən danışarkən gənclərlə bağlı fəaliyyətləri qeyd etməliyik. Gürcüstanda azərbaycanlı gənclər fəallıqları ilə seçilirlər. Son illər azərbaycanlıların yaşadıqları kompakt bölgələrdə gənclərlə bağlı uğurlu layihələr həyata keçirilir. Bunlar təhsil, sosial və mədəni digər istiqamətli layihələri əhatə edir. Qarşıda hər iki ölkənin gənclərinin inkişafına töhfə verən fəaliyyətləri genişləndirmək və dinamik hala gətirilməlidir. Ortaq tədbirlərin keçirilməsi, qarşılıqlı təhsil proqramlarının reallaşdırılması uğurlu töhfə ola bilər. Bura idman yarışlarını qata bilərik. Hər iki ölkənin gənc idmançıları arasında ortaq təlim-məşq toplanışlarının keçirilməsi dostluq bağlarını gücləndirər. Bu həm də qarşılıqlı təcrübələrinin bölüşməsinə səbəb olar. Ortaq intellektual yarışlarının keçirilməsi və sosial-mədəni tədbirlərin təşkili hər iki ölkənin gənclərinin daha da yaxınlaşmasına dəstək olar”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi