
Abonent nəyə görə ödəniş etdiyini bilməlidir - İqtisadçı
04:33 05.08.2025
Sosial
502
Suya, qaza, işığa görə ödəniş edirsə, niyə suyu, işığı kəsilməlidir
Günəşin yerə od yağdırması bəs deyilmiş, bir tərəfdən su qıtlığı əhalinin "hərarətini" artırıb. Paytaxtın əksər bölgələrində içməli su qıtlığı yaşanır. "Su qıtlığı olacaq", deyilirdi, amma məhz bu qızmar istilərdə insanların su ilə imtahana çəkilməsi dözülməzdir. Məsələ burasındadır ki, su problemi yaşayanlar bunun nədən baş verdiyini bilmir. Su sərfiyyatına görə borcu olmayan abonent "suyun pulunu hər ay ödəyirik, amma su qıtdır. Əziyyət çəkirik", deyirlər.
Borcu olanlarasa şad xəbər verilib. Yeni qərarla su sərfiyyatı ilə bağlı borcunu birdəfəyə ödəməyə maddi imkanı olmayan abunəçilər borclarını hissəli qaydada ödəyə biləcəklər. Bu barədə İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin məlumatında deyilir. Bildirilir ki, bunun üçün vətəndaşlar yerli su-kanal idarələrinə yaxınlaşaraq şəxsiyyət vəsiqələrini və abonent kodunu təqdim etməlidirlər. Bu zaman borcun müəyyən hissəsini ödəməklə razılaşma protokolu imzalanır. Protokola əsasən, borcun aylar üzrə bölünmüş ödəniş qrafiki abonentə təqdim olunur və bu halda su təchizatı dayandırılmır:
"Yığılmış debitor borcların silinməsi və ya müəyyən hissəsinin azaldılması ilə bağlı ayrı-ayrı şəxslər tərəfindən verilən vədlər əsassızdır. Borcla bağlı məlumatlar abonent bazasında əks olunur, borcun azaldılması və silinməsi hər hansı bir şəxsin iradəsi və imkanı xaricindədir. Borcun azaldılması yalnız qanuni və əsaslandırıldığı halda həyata keçirilə bilər".
Qeyd edək ki, ölkədə su tarifləri 2021-ci ildə yenilənib. Həmin vaxta qədər Bakı, Abşeron üzrə 1 kub-metr suyun qiyməti 35 qəpik olub. 2021-ci ildə su tarifləri dəyişdirilərək 70 qəpik olub. Qiymət dəyişikliyi su tariflərinin faktiki xərcləri tam qarşılamadığı ilə əsaslandırılıb. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətinin məlumatına görə, 1 kubmetr suyun istehlakçıya çatdırılması 1 manat 91 qəpiyə başa gəlsə də, mövcud tarif 70 qəpik təşkil edir. Bu da su təchizatı sahəsində sürətli inkişafı çətinləşdirir. Bu səbəbdən tarif sisteminin diferensiallaşdırılması məsələsi gündəmə gələ bilər. Lakin hələ ki bu istiqamətdə konkret təkliflər müzakirə olunmur.
İqtisadçı Fuad İbrahimov Sherg.az-a açıqlamasında abonentlərin su sərfiyyatına görə borclarının hissə-hissə ödənilməsinə şərait yaradılmasını müsbət hal adlandırdı:

- Əlbəttə, bu, müsbət haldır. Ola bilər, elə abonent var, su sərfiyyatına görə borcu yüksək məbləğ təşkil edir, birdəfəyə ödəməkdə çətinlik çəkir. Ona imkan yaradılır ki, borcunu hissə-hissə ödəsin. Bu, yaxşıdır. Amma kommunal, təchizat sektorundakı idarə və müəssisələr, agentliklər istehsal və xidmətə görə xərclərin şəffaflığını təmin etməlidir. Bir çoxları məhz bunu əsas gətirir ki, xərcləri borclarını ödəmir. Təbii qaz, elektrik enerjisi, su təchizatı, məsələn, metropoliten də, daim şikayət edirlər ki, xidmət haqqı guya əslində bahadır, amma onlar aşağı qiymət tətbiq edirlər. Bu açıq və qapalı cəmiyyətlər xərclərini, bir sərnişinə, yaxud bir abonentə göstərdikləri xidmətin dəqiq dəyərini açıqlamalıdırlar. Dövlətdən bu sahələrin hər birinə dotasiya ayrılır. Bu dotasiya hara və necə xərclənir, bilinməlidir. Abonent nəyə görə ödəniş etdiyini bilməlidir. Abonent suya, qaza, işığa və s. görə ödəniş edirsə, niyə suyu, işığı kəsilməlidir, əgər hansısa qəza, fövqəladə hal baş verməyibsə.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi