Amandı, uşaqları qoruyun!: “Boğazsıxma” oyunu artıq çox təhlükəli hal almaqdadır
Yusif Nəzərli
07:59 27.08.2025
Sosial
525
“Uşaqların oyunları ölüm gətirə bilər. Valideynlər və məktəblər niyə görmür?”
Sosial mediada əyləncə olaraq başlayan “Boğazsıxma” oyunu artıq çox təhlükəli hal almaqdadır. Mütəxəssislər valideynlərə xəbərdarlıq edir ki, uşaqlarını bu oyundan çəkindirsinlər. Medicina.az-da yer alan məlumata görə, sürətlə yayılan bu oyunda uşaqlar bir-birinin boğazına basaraq huşunu itirmə həddinə çatdırır. Bununla bağlı türkiyəli Uşaq kardiologiyası mütəxəssisi professor Yılmaz Yozqat və Uşaq Sağlamlığı və Xəstəlikləri mütəxəssisi həkim Reyhan Tamer əhəmiyyətli açıqlamalar veriblər. Professor Yılmaz Yozqat deyib: "Uşaqlar bu çıxış nöqtələrinə basdıqda beyinə qan axını azalır. Bu, təkcə qan axınının azalması ilə məhdudlaşmır. Boyundan çıxan damarların köklərində karotid sinuslar adlanan xüsusi reseptorlar yerləşir. Bu nahiyələrə basıldıqda ürək yavaşlayır, damarlar genişlənir, qan təzyiqi aşağı düşür. Uşaqlar boyunlarına basdıqda beyinə qan axını azalır və bu reseptorların stimullaşdırılması beyində ağır zədələnmə ehtimalını artırır”. Yılmaz Yozqat sosial mediada dostlar arasında populyarlıq qazanmağa çalışılan bu oyunların zərər vermək məqsədi daşımasa da, ciddi risklər yaratdığını bildirib.
Həkim Reyhan Tamer isə əlavə edib: "Bu cür oyunlar getdikcə reallıq qavrayışının itməsinə gətirib çıxarır və həmyaşıd zorakılığına çevrilə bilir. Uşaqlar bir müddət sonra dostlarına zərər verə biləcəklərini və ya gələcəkdə özlərinə zərər verə biləcəklərini düşünmədən bu davranışları davam etdirirlər. Bu, həm şəxsiyyətlərinə, həm də gələcək həyatlarına mənfi təsir göstərir". R.Tamer bu cür davranışların qarşısının alınmasında ailələrin və məktəblərin böyük rolu olduğunu vurğulayıb. O, uşaqların təhlükəli sosial media meyillərindən uzaq tutulması lazım olduğunu bildirib. Doktor Tamer uşaqları idman, incəsənət və oyun kimi sağlam fəaliyyətlərə yönəltməyin vacibliyini də bildirib: “Sevgi dolu bir ailə mühiti, dostlarla oynamaq, akademik müvəffəqiyyət və idmanla dolu bir həyat olduqda, uşaqlar asanlıqla sağlam seçimlər edə bilərlər”.
Sosioloq Yusif Nəbiyev Sherg.az-a açıqlamasında qeyd etdi ki,“boğazsıxma” kimi oyunların populyarlaşması ilk baxışdan sadəcə yeniyetmələrin “əyləncəsi” kimi görünə bilər, amma əslində, burada sosial psixologiyanın ən qaranlıq tərəflərini görmək mümkündür:
- Bu bir faktdır ki, cəmiyyətdə normativ boşluq olduqda fərdlər təhlükəli və məntiqsiz davranışlara meyl edə bilirlər. Yəni uşaqlar bu oyunu sadəcə maraq xatirinə yox, həm də sosial qəbul qazanmaq, “cəsarətli” görünmək üçün oynayırlar. Təəssüf ki, sosial qəbul üçün atılan düşünülməmiş addımların "qiyməti" bu kimi məqamlarda çox baha - hətta, həyat belə ola bilir. Qeyd edim ki, bu tip oyunların təhlükəsi fiziki zədədən qat-qat böyükdür. Çünki bir tərəfdən bioloji risk var - beynin oksigensiz qalması, uzunmüddətli nevroloji problemlər, hətta ölüm halı kifayət qədər real nəticədir. Digər tərəfdən isə uşaqların şüurunda zorakılığın əyləncə forması kimi legitimləşməsi görünür ki, bu sosial baxış bucağından baxdıqda bir fərdin ölümündən belə daha təhlükəli problemdir. Zorakılıq bəzən oyun, zarafat, əyləncə adı altında normallaşdırıla bilir və gələcəkdə bu tip davranış modellərinə yol aça bilir. Bu tip təhlükəli deviant davranışların qarşısını almaq üçün sadəcə “etməyin, olmaz!” demək kifayət deyil. Çünki qadağalar, bilirik ki, uşaqlar üçün daha cazibədar olur.
Sosioloq bildirdi ki, məktəblərdə və ailələrdə bu mövzularla bağlı açıq söhbətlər aparılmalı, risklər vizual və real hekayələrlə göstərilməlidir:
- Sosial medianın təsirini nəzərə alsaq, alternativ təhlükəsiz oyun və əyləncə modelləri təqdim olunmalıdır. Uşaqlar və yeniyetmələr üçün sosial qəbulu əldə etməyin yolları dəyişməsə, belə təhlükəli oyunların qarşısı da alınmayacaq. Ayrı bir problem isə budur ki, valideynlər övladlarının telefonda nə qədər vaxt keçirdiklərini (bəzən) izləyirlər, amma bu vaxt ərzində necə təhlükəli “trendlərə” məruz qaldıqlarını çox vaxt görmürlər. Nəzarət etmirlər. Halbuki məsələ, sadəcə vaxtın miqdarı deyil, həm də istehlak olunan məzmunun keyfiyyətidir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu: ABŞ və Livan İsrailin bu hüququnu tanıyıb
23:50 27.06.2026
Dünya
UFC: Rafael Fiziyev rəqibini nokautla məğlub edib
23:46 27.06.2026
İdman
Kral saraydan gedir
23:32 27.06.2026
Dünya
Pakistanda terror hücumu nəticəsində azı 6 nəfər ölüb
22:49 27.06.2026
Dünya
"Qarabağ" Avstriya komandasını darmadağın etdi
22:30 27.06.2026
Futbol
İsveçrədə buzlaqların əriməsi rekord səviyyəyə çatıb
22:15 27.06.2026
Ekologiya
UFC: Nazim Sadıxov nakautla məğlub olub
22:05 27.06.2026
İdman
Ukraynaya "yaşıl işıq": Tramp bu razılaşmalardan imtina edir
21:47 27.06.2026
Dünya
UFC: Qazaxıstanlı Asu Almabayev inamlı qələbə qazanıb
21:44 27.06.2026
İdman
Ermənistan və İran 7,2 kilometrlik tunelin tikintisinə başladılar
20:43 27.06.2026
Region
Fransada dəhşətli istilər: 109 nəfər öldü..
20:14 27.06.2026
Dünya
Ukraynada daha iki gürcü könüllü həlak olub
19:53 27.06.2026
Dünya
CHP-dən 86 deputat başqa partiyaya keçəcək? - İDDİA
19:49 27.06.2026
Siyasət
Şəkidə sel nəticəsində bir neçə kəndin yolu bağlanıb
19:32 27.06.2026
Hadisə
Göyçayda çaya yıxılan 57 yaşlı kişi xilas edilib
18:45 27.06.2026
Hadisə