Atalığından şikayət edən azyaşlı sığınacağa yerləşdirilib
12:00 08.07.2025
Sosial
408
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi azyaşlı bacısı və anası ilə bağlı müraciəti gündəmə gətirən 12 yaşlı uşaqla bağlı məsələyə aydınlıq gətirib.
Dövlət Komitəsindən APA-nın sorğusuna cavab olaraq bildirilib ki, məsələ ilə bağlı məlumat əldə edilən kimi dərhal AQUPDK tərəfindən uşaqların yaşadığı Şəki Rayon İcra Hakimiyyəti yanında Uşaq hüquqlarının müdafiəsi üzrə komissiya və Daxili İşlər Nazirliyi ilə əlaqə saxlanılıb: “Uşaq hazırda müvəqqəti olaraq sığınacağa yerləşdirilib. Ona psixo-sosial yardım göstərilir. Eyni zamanda, ananın valideynlik hüquqları məsələsinə baxılması və baş verən cinayət işi ilə bağlı hüquq mühafizə orqanları tərəfindən istintaq tədbirləri həyata keçilir”.
Qeyd edilib ki, digər uşağın da hüquqlarının müdafiəsi istiqamətində fəaliyyət davam etdirilir. İstintaq tədbirlərinin yekunundan sonra, ictimaiyyətə aidiyyəti üzrə müvafiq məlumatlar veriləcək.
Qeyd edək ki, ötən gün sosial şəbəkədə 12 yaşlı qızın 7 yaşlı bacısı və anası ilə bağlı müraciəti yayılıb. 12 yaşlı qız müraciətində “7 yaşlı bacımı anamın əlindən alın, mənə atalığımın yaşatdığını anamla bacıma da yaşadacaq” deyib.
Günay
Günay Elşən
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi