
Avtomobil bazarında qiymətlər bahalaşacaq - EKSPERT
09:29 09.07.2024
Sosial
565
Bir müddət sonra işbazlar bazara yeni, istehsal ili təzə olan maşınlar çıxaracaqlar
Taksi xidməti ilə bağlı yeni qaydaların tətbiqi maşın bazarında avtomobil bolluğu yaradıb. Amma köhnə avtomobil bolluğu. Məlumdur ki, 01 iyul 2024-cü il tarixindən sonra taksi fəaliyyətinə icazə almaq üçün avtomobillərin yaşı 8 ildən az olmalıdır. Əgər avtomobil 2012-ci il istehsalıdırsa, yəni 12 yaşı varsa, taksi fəaliyyəti üçün 3 illik icazə alına bilər. İstehsal tarixi 15 ildən artıq olan avtomobillərə isə taksi fəaliyyəti göstərməyə icazə verilməyəcək. 10 yaşı olan avtomobillərə 5 il, 9 yaşa 6 il, 8 yaşa 7 illik icazə verilir. Buna görə də ili 2012-dən əvvələ aid avtomobillər taksi fəailyyəti üçün yararsız sayılır. İndiyədək maşın bazarında taksi xidməti üçün köhnə maşınlar daha çox alınırdı, müəyyən qədər təmir, hansısa hissələri yeniləndikdən sonra istifadəyə yararlı hala salınır və taksi xidməti göstərilirdi. Amma yeni qaydalar və tələblərin qüvvəyə minməsi ilə köhnə maşın bazarının, necə deyərlər, bazarı bağlandı. Bəs bu avtomobillərin taleyi necə olacaq?

İqtisadçı Əkrəm Həsənov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, hazırda avtomobil bazarında müvəqqəti ucuzlaşmadır. Bazara yeni avtomobillər daxil olduqdan sonra, qiymətlər bahalaşacaq.
- Hazırkı ucuzluq köhnə avtomobillərə görədir. Bazara xeyli sayda köhnə avtomobil daxil olub, ona görə də qiymət ucuzlaşması müşahidə edilir. Amma bu, müvəqqətidir. Bir müddət sonra işbazlar bazara yeni, istehsal ili təzə olan maşınlar çıxaracaqlar. Taksi fəaliyyəti göstərmək istəyənlər çalışacaqlar istehsal tarixi az olan, heç olmasa, 2015-dən bu yana olan maşınlar alsınlar ki, bir neçə il taksi xidməti göstərə bilsinlər. Məcburiyyət qarşısında diktə edilən qiymətə razı olacaqlar, bu da qiymət artımına səbəb olacaq. Köhnə avtomobillərsə bir müddət sonra kimsəyə lazım olmayacaq. Çünki onlardan istifadə, ümumiyyətlə, qadağan ediləcək. Həm ekologiyaya ziyan vurmaları, atmosferi çirkləndirmələri səbəbindən, həm də benzinin bahalaşması səbəbindən. Köhnə avtomobil almaq sərf etməyəcək heç. Aldı köhnə avtomobili, 3 il sürdü, sonra yenisini gərək alsın. Bu, əlbəttə, kimsəyə sərf etməz. Taksi fəaliyyətindəki tənzimləmələrdə məqsəd paytaxtda avtomobil sıxlığını azaltmaq, atmosferə atılan zəhərli qazların miqdarını azaltmaq, Avro-5 standartına keçiddir. Köhnə avtomobillərin taleyi utilizasiya ilə bitəcək. İnanmıram ki, utilizasiyaya görə vətəndaşa hər hansı məbləğdə ödəniş edilsin. Sadəcə, bir müddət əvvəldən elan ediləcək ki, filan vaxtdan etibarən köhnə avtomobillərin istifadəsi qadağandır. Bununla da, məsələyə nöqtə qoyulacaq.
İqtisadçı qeyd etdi ki, avtomobillə bağlı psixoloji amil də var:
- Azərbaycan xalqı avtomobilə meyillidir. Lazımdır, lazım deyil, fərq etmir. Əksəriyyət istəyir şəxsi avtomobili olsun, avtomobilə gərəkli nəqliyyat vasitəsi kimi yox, bir aktiv, dəyər kimi yanaşırlar. Sağlam düşünsək, görərik ki, avtomobil, əksinə, lazım deyil. Benzin bahadır, şəhərdə sıxlıqdır, tıxaclarda vaxt itiririk, əsəblərimiz pozulur. Amma bunu düşünənlər azdır, digər tərəfdən də ictimai nəqliyyat bərbad vəziyyətdə olduğundan insanlar fərdi avtomobil vasitələrindən istifadə etməyə məcburdur.
Məlahət Rzayeva
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu gün Türkiyədə Zəfər Bayramıdır
01:18 30.08.2026
Dünya
Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı - FOTO
01:11 30.08.2026
İqtisadiyyat
Könül Kərimovanın qızı boşanıb
00:31 30.08.2026
Şou
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
00:12 30.08.2026
Hadisə
"Manset.az" redaksiyasının ofisi yandı
00:08 30.08.2026
Hadisə
Dambrauskas "Sabah"ın rəqiblərindən danışdı - Video
00:00 30.08.2026
Futbol
Cem Yılmaz xəstəxanaya yerləşdirildi
23:07 29.08.2026
Mədəniyyət
İranda daha 28 nəfər edam edildi
22:44 29.08.2026
Region
Qrossi: Zaporojye AES-in tam sönməsinə 10 gün qaldı
22:29 29.08.2026
Dünya
Norveçin yeni kralı Haakon ilk dəfə çıxış edəcək
21:45 29.08.2026
Dünya
Bloomberg: Respublikaçılar Konqresdə çoxluğu itirə bilərlər
21:17 29.08.2026
Dünya
Tramp CNN telekanalını kəskin tənqid edib
20:42 29.08.2026
Gündəm
Moskvadan İrəvana sərt cavab: Bu, manipulyasiyadır
20:33 29.08.2026
Dünya
Yuxudan duran kimi su içmək təhlükəlidir - Həkimdən XƏBƏRDARLIQ
20:23 29.08.2026
Sağlamlıq
Xəstəxanada gizlənən HƏMAS komandiri vuruldu
20:05 29.08.2026
Dünya
Fidan misirli və qətərli həmkarı ilə danışdı
19:54 29.08.2026
Siyasət