Azər Həsrət: Uşaq bağçaları birmənalı ana dilində olmalıdır
07:20 04.07.2025
Sosial
376
Bakıdakı uşaq bağçalarının əksəriyyəti rusdillidir, onlar milliləşdirilməlidir
Rusiya ilə münasibətlərdə hər dəfə gərginlik yarandıqda rusdilli məktəblərin müzakirəsi gündəmə gəlir, mübahisələr qızışır, ana dili təəssübkeşləri ilə qarşı tərəfin ittihamları bir–birini əvəzləyir. Hər nə qədər ziyalılar rus dilinin SSRİ dönəmindəki qədər işlək və “vacib” olmamasını konkret dəlillər gətirərək əsaslandırsalar da, bəziləri iki ayağını bir başmağa dirəyib, “işəgötürənlər rus dili bilgisi tələb edir” deyərək özlərinə haqq qazandırmağa çalışırlar. Sadə bir aksioma var: rusdillilər olmasa, kimdən rus dili bilgisi tələb olunacaq? Millət olaraq milli təəssübkeşliyimizi qoruyaraq rus dilinə “yox” desək, Azəbaycanın balalarını öz əlimizlə ruscaya təslim etməsək, nəticədə rusdilli kadrlar tükənəcək və kimsə də gənclərin qarşısına belə bir tələb qoya bilməyəcək. Nə yazıq ki, içimizdəki manqurtlar bu həqiqəti anlamaq istəmir. Qeyri-rusların rusdilli məktəblərdə təhsil alması nə qədər normal, təbii görünürsə, azərbaycanlı uşaqların valideynləri tərəfindən rusdilli məktəblərə ötürülməsi bir o qədər eybəcər görünür. Bu, millətimizə, dilimizə və dövlət dilinə həqarətdir. Bu cür insanların “biz ölkəmizi, dövlətimizi, xalqımızı, dilimizi sevirik” sözü də riyaya bürünmüş yalançılıqdır. Rusdilli məktəblərin qapanacağı ilə bağlı cəmiyyətdə süni ajiotaj da yaradılır. Bu da zərərlidir. Hər nə qədər Elm və Təhsil Nazirliyi bu xəbərlərin həqiqətə uyğun olmadığını bildirsə də, rəsmi açıqlamanın olmaması gərginliyi azaltmır. Rusdilli məktəblər hansı halda qapana bilər?
Siyasi şərhçi Azər Həsrət Sherg.az-a açıqlamasında qeyd etdi ki, rusdilli məktəbləri bir dəfəyə silib atmaq mümkün deyil, amma bunun yolları vardır:
- Biz rusdilli məktəblərlə bağlı narahat olmuşuq, olmağa da davam edirik. Amma bu məsələni bir qələmlə silib atmaq olmaz. Çünki rusdilli məktəblərdə təhsil alan, təhsili davam edən şagirdlər var, onların tədrisini yarımçıq kəsmək olmaz. Düşünürəm ki, məsələn, ibtidai sinif səviyyəsində təhsil alanları milli məktəblərə transfer etmək çətin deyil, problem də yaranmaz. Orta və yuxarı siniflərdə təhsil alanlara isə anadilli təhsilə keçid etmələrini təklif etmək olar. İmkan varsa, milli məktəblərə keçsinlər. Keçə bilməyənlərə keçid dövrü üçün icazə verilsin, müəyyən müddət qoyulsun, 2-3 il və bu müddətdən sonra milli məktəblərə keçid reallaşdırılsın. Hesab etmirəm ki, rusdilli məktəblərdəki tədris proqramı ilə anadilli tədris proqramı arasında ciddi bir fərq var. Əgər rusdilli məktəblərdə təhsil alan şagirdlərin böyük faizi etnik azərbaycanlıdırsa, onların ana dilini anlamalarında çətinlik çəkəcəkləri və anadilli məktəblərə keçid etməklə təhsildən geri qalacaqlarını düşünmək yersizdir. Bu, elə də böyük çətinlik yaratmayacaq. Valideynlər üçün çətinlik olacaqsa, buyursunlar, onlar da nə qədər gec deyil, Azərbaycan dilini öyrənsinlər. Birinci sinfə qəbula gəlincə isə rus millətindən olmayanların ibtidai siniflərə qəbulu dayandırılsın. Qeyri-ruslara rusdilli məktəblərə qəbuluna icazə verilməsin. Kim oxumaq istəyirsə, ödəniş müəyyənləşsin, təhsil haqqını ödəyib oxusunlar. O zaman bilinəcək ki, kim kimdir. Kim nəyə nə üçün xidmət edir. Yoxsa ki Azərbaycan dövlətinin pulu ilə rusdilli məktəblərdə təhsil alırlar, iddia edirlər ki, rus dilini öyrənirlər və bu, guya ki ölkəmiz üçün faydalı olacaq. Hardadır o rusdillilər, niyə səsləri çıxmır? Rusdilli məktəblərdən savayı, müşahidələr göstərir ki, Bakıdakı uşaq bağçalarının da əksəriyyəti rusdillidir. Onlar milliləşdirilməlidir. Uşaq bağçaları birmənalı ana dilində olmalıdır. Çünki yad dildə təlim-tərbiyə körpə uşaqların beyninin pozulmasına gətirib çıxarır. Bu məsələ uzun illərdir çox ciddi təhlükəli xarakter alıb və nəhayət ki, həllini tapmalıdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Planetin ən çox istehlak olunan əti…
18:18 27.08.2026
Maraqlı
“Kərkinin Azərbaycana qaytarılması mümkündür” - Ədalət Verdiyev
17:49 27.08.2026
Aktual
Qazaxıstan Qəzzada qoşun yerləşdirəcək
17:47 27.08.2026
Aktual
600-dən çox bal toplayan 30 abituriyent qəbul olunmadı
17:40 27.08.2026
Elm və Təhsil
Ağ Ev: Hazırda İranla danışıqlar aparılmır
17:25 27.08.2026
Dünya
“Bosniya qəssabı” Ratko Mladiç ölüb
17:18 27.08.2026
Gündəm
“Qarabağ”- “Tvente” oyunundan əvvəl fan zona təşkil olunacaq
17:06 27.08.2026
Cəmiyyət
Qaluzin: ABŞ-nin Ukrayna ilə bağlı mövqeyi dəyişib
16:40 27.08.2026
Dünya
Paşinyan: Ermənilər SSRİ-ni unudurlar
16:30 27.08.2026
Gündəm
"Balıqçılıq haqqında" qanun qüvvəyə minib
16:07 27.08.2026
Futbol
Rusiya edam cəzası verilən Bəşər Əsədi Suriyaya qaytrarır?
16:01 27.08.2026
Dünya
Bəs dənizin ortasında yosun varsa?
15:53 27.08.2026
Cəmiyyət
Avropa İttifaqı və Qrenlandiya təhlükəsizlik sazişi imzalayacaq
15:45 27.08.2026
Gündəm
Hava Limanında sərnişində narkotik vasitə aşkarlanıb
15:35 27.08.2026
Hadisə
Köçəryan xəstəxanadan həbsxanaya köçürüldü
14:50 27.08.2026
Cənubi Qafqaz