Azərbaycanda 58 kişi qadın zorakılığına məruz qalıb

Ötən il Azərbaycanda gender əsaslı zorakılıqla bağlı 860 müraciət qeydə alınıb.

Bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə məlumatında əksini tapıb.

Zorakılığa məruz qalmaları ilə bağlı müraciət edənlərdən 272 nəfəri qadın, 58 nəfəri isə kişilərdir. Onlar Dövlət Komitəsindən dəstək istəyiblər.

Müraciətlərin 205-i Bakıdan, 125-i isə regionlardan daxil olub. Müraciət edənlərin 137-si evli, 140 nəfəri subay, 53 nəfər isə boşanmışdır. Yaş statistikasına görə, müraciət edənlərdən 77 nəfər 0-18 yaş, 145 nəfər 19-35, 80 nəfər 36-55, 28 nəfər isə 56 yaşdan yuxarı şəxslər olub.

Ümumi müraciət edənlərin 86 nəfəri məşğul, 244 nəfəri isə işsiz, 64 nəfər ali təhsilli, 177 nəfər orta təhsilli, 89 nəfər isə təhsilsizdir.