
Bələdiyyə sisteminin formalaşması dövründə Türkiyə təcrübəsindən istifadə olunub -Vüqar Tofiqli
13:00 02.04.2024
Sosial
580
Bazar günü Türkiyədə bələdiyyə seçkilərinə bloksuz getmiş Cümhuriyyət Xalq Partiyası (CHP) 1977-ci il seçkilərindən sonra qeyri-rəsmi nəticələrə görə, birinci yerə çıxaraq özü üçün tarixi “qələbə” qazanıb.
Hakim Ədalət və İnkişaf Partiyası (AKP) seçki marafonunu ikinci yerdə başa vurdu və 22 illik iqtidarında ilk dəfə seçkilərdə məğlub olub.
Türkiyə Prezidenti Erdoğan bu seçkiləri şərh edərkən "31 mart bizim üçün son yox, dönüş nöqtəsidir" deyib.
Sual ortaya çıxır. Azərbaycan bələdiyyələri ilə Türkiyə bələdiyyələri arasında hansı fərqlər var? Azərbaycan bu sahədə Türkiyə sistemindən yararlanmalıdır?
Suallarımızı cavablandıran “Bələdiyyələrin fəaliyyətinin təbliği” İctimai Birliyinin sədri Vüqar Tofiqli “Sherg.az”a söyləyib ki, Türkiyədə keçirilən seçkilə "dərin dövlət" olaraq onun bir daha nüfuzunu yüksəltdi və bir çox ölkələrə demokratiya ənənələrinin necə qorumaq lazım olduğunu sübut etdi:
“Bu il ölkəmizdə də bələdiyyə seçkiləri keçiriləcək və bu artıq 6-cı dəfədir təşkil olunur. 25 yaşında olan Azərbaycan bələdiyyə sistemi müəyyən inkişaf yolu keçib. Sistemin formalaşması dövründə Türkiyə təcrübəsindən istifadə olunaraq müəyyən addımlar atılıb. Artıq uzun illərdir ki, Türk Dünyası Bələdiyyələr Birliyi (TDBB) təsis edilib və fəaliyyətdədir. Türk dövlətlərinin bələdiyyə qurumları TDBB üzvüdürlər. bu qurumun idarə heyətində Azərbaycan Şəhər Bələdiyyələrinin Milli Assosiyasının sədri qismində təmsil olunur. Günümüzdə Azərbaycan bələdiyyələri 25 illik inkişaf dövründə bir sıra çətinlik və problemlərlə üz-üzə qalsalar da, bir neçə ildə müvafiq orqanlar tərəfindən atılan addımlar sayəsində müəyyən mənada inkişafa nail olublar. Cari ilin seçkilər zamanı Türkiyə təcrübəsindən faydalanaraq addımlar atılması nəzərdə tutulur. O cümlədən bələdiyyələrin birləşdirilməsi təşəbbüsü reallaşmaq üzrədir".

V.Tofiqli vurğulayıb ki, birləşdirmə nəticəsində seçkilərdən sonra 1606 deyil, 800 yaxın bələdiyyənin formalaşdırılacağı gözlənilir:
“Bu da bələdiyyələrin nüfuzunun artmasına, maliyyənin mərkəzləşdirilməsinə və konkret layihələrin icrasına əlavə maliyyə vəsaitinin daxil olmasına imkan yaradacaq. Bununla yanaşı, büdcə imkanlarının artırılması üçün müəyyən tədbirlər görülməkdədir. 2023-cü ildə Adminstrasiyanın bələdiyyələrlə iş sektorunuv təşkilatçılığı və milli bələdiyyə assoisasiyalarının iştiakrıyla bələdiyyələrin avtomatlaşdırılmış sistemi Əmlak Məsələləri Dövlət Xidmətinin məlumat bazasına inteqrasiya edildi. Bu da bələdiyyələrin büdcə gəlirlərinin artmasına səbəb olacaq. Etiraf edilməlidir ki, Ədliyyə Nazirlinin Bələdiyyələrlə İş mərkəzi və regional ədliyyə idarələrinin də bələdiyyələrin üzləşdiyi prblemlərin həllinə, habelə metodiki tövsiyələrin verilməsində xusisi yeri və rolu var. Bundan sonra iki qardaş dövlət əlaqələri sayəsində Türkiyə təcrübəsindən yararlanmaq vacibdir və bu Azərbaycan bələdiyyəsinin üzləşdiyi çətinliklərin aradan qaldırılmasına öz dəstəyini göstərəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pivə qan damarları üçün faydalıdırmı?
08:20 27.05.2026
Sağlamlıq
“17 yaşımda striptiz-klubda işləyirdim”
07:51 27.05.2026
Şou
Avropaya səyahət edənlərin NƏZƏRİNƏ...
06:43 27.05.2026
Maraqlı
Çox yatmaq hansı xəstəliklərdən xəbər verir?
04:42 27.05.2026
Sağlamlıq
Cazın əfsanəsi dünyasını dəyişdi!
04:04 27.05.2026
Şou
Kütləvi işsizlik gözlənilir? - "OpenAI" rəhbəri danışdı
03:33 27.05.2026
Texnologiya
“Real Madrid”də prezident seçkilərinin vaxtı açıqlanıb
02:54 27.05.2026
Futbol
Netanyahu: İsrail 2 500-dən çox "Hizbullah" terrorçusunu məhv edib
00:40 27.05.2026
Dünya
Azərbaycanda Qurban bayramı qeyd olunur
00:17 27.05.2026
Cəmiyyət
İsrail HƏMAS-ın yeni liderini olduğu bazaya hücum etdi
23:59 26.05.2026
Dünya
İlham Əliyev Qurban bayramı ilə bağlı paylaşım edib
23:11 26.05.2026
Rəsmi
Mahmud Abbas İlham Əliyevi təbrik edib
22:38 26.05.2026
Rəsmi
Netanyahu: İsrail Livanda əməliyyatı genişləndirir
21:51 26.05.2026
Dünya
Şərif Ərdoğanla regional məsələləri müzakirə edib
21:38 26.05.2026
Region
Ceyhun Bayramov və İshaq Dar bu məsələləri müzakirə ediblər
21:26 26.05.2026
Siyasət