
Bələdiyyələrin mənzil fondu mövcud deyil - RƏY
Yusif Nəzərli
06:37 02.03.2025
Sosial
809
Olsa, aztəminatlı ailələrin mənzil problemi böyük ölçüdə həllini tapmış olar
Mənzil Məcəlləsinə sosial kirayə evlərlə bağlı dəyişiklik təklif edilir. Bununla bağlı məsələ Milli Məclisin dünən keçirilən iclasının gündəliyinə daxil edilib. Məcəllənin 48.1-ci maddəsinə edilən dəyişikliyə görə, sosial kirayə müqavilələri əsasında bu Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələrinə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara, o cümlədən sosial müdafiəyə ehtiyacı olan aztəminatlı gənclərə, habelə qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir.
Sənədə əlavə edilən 51.2-1-ci maddəyə əsasən, bu Məcəllənin 48.1-ci maddəsində nəzərdə tutulmuş qanunvericiliklə müəyyən edilən kateqoriyadan olan digər vətəndaşlar sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsini əldə etmək məqsədilə yalnız bir dəfə yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alına bilərlər. Müzakirələrdən sonra qanun layihəsi səsə qoyularaq üçüncü oxunuşda təsdiqlənib. Qanun layihəsi ortaya bir sıra suallar çıxarır. Sosial evlər dövlət mənzil fondu hesab edilir. Bəs bələdiyyələrin mənzil fondu varmı və MM-də qanun layihəsinin təsdiqlənməsi aztəminatlı ailələrə hansı üstünlüklər verəcək, onlara daha aşağı məbləğdə kirayə haqqı təyin ediləcəkmi?

Əmlak məsələləri üzrə ekspert Ramil Osmanlı “Sherg.az”aaçıqlamasında qeyd etdi ki, Azərbaycan Respublikasında mənzil fondu, mənzil idarəçiliyi, ümumilikdə mənzil münasibətlərinin tənzimlənməsi bu iki qanunvericiliklə yanaşı Mənzil Məcəlləsi ilə də tənzimlənir:
- Məcəllənin 17-ci maddəsi Mənzil Fondunun konkret istiqamətlərini müəyyən edir. Mənzil Fondu ölkəmizdə 3 istiqamətə bölünür. Özəl, yəni fiziki və hüquqi şəxslərin mülkiyyətində olan yaşayış sahələri, Dövlət Mənzil Fondu – mülkiyyət hüququ əsasında dövlətə məxsus olan yaşayış sahələri və bir də Bələdiyyə Mənzil Fondu - bələdiyyələrə mülkiyyət hüququ əsasında verilmiş, bələdiyyələrə məxsus olan yaşayış sahələrinin məcmusu. Bu fondların mülkiyyətçiləri arasında münasibətlərin tənzimlənməsi Mənzil Məcəlləsi ilə həyata keçirilir. Dövlət Mənzil Fondu 2 istiqamətdə ola bilər – xüsusi təyinatlı və sosial təyinatlı. Sosial təyinatlı fondlar bilavasitə sosial kirayələrin bağlanmasını təmin etməlidir. Təəssüf ki, 2009-cu ildə Mənzil Məcəlləsi qəbul olunsa da, xüsusən bələdiyyələrə məxsus mənzil fondunun yaradılması istiqamətində konkret əməli addımlar atılmayıb. Qəbul olunan qərarlara baxsaq, Mənzil Məcəlləsində sosial kirayə məsələlərinə kifayət qədər geniş bölüm ayrılıb. Orada qeyd olunur, sosial kirayə nədir, üstünlükləri nədir, necə tənzimlənir, aztəminatlı qruplar nədir və sair. Hesab edirəm ki, Nazirlər Kabinetinin qəbul etdiyi qərarlar və qanunvericiliyə edilən dəyişikliklər gələcəkdə sosial mənzil fondunun yaradılmasına ciddi təkan verəcək. Hazırda bələdiyyə mənzil fondu mövcud deyil. Bu Fond mövcud olsa, bələdiyyələrin mülkiyyətində olan torpaq sahələrində bələdiyyələr tərəfindən mənzillər tikilsə, o zaman aztəminatlı şəxslərin, ailələrin mənzil problemi böyük ölçüdə həllini tapmış olar.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin "Şençjou-23" kosmik gəmisini kosmosa göndərib
22:40 24.05.2026
Dünya
Parlamentari: Azərbaycan WUF-13-ə böyük uğurla ev sahibliyi etdi
21:13 24.05.2026
Aktual
Lənkəranda sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib
20:27 24.05.2026
Dünya
Mourinyonun "Real Madrid"də alacağı maaş bilindi
20:09 24.05.2026
Futbol
"Qarabağ" Zakira Savonu transfer etdi
19:33 24.05.2026
Futbol
Trump: İranla razılaşma tamamilə məndən asılıdır
18:21 24.05.2026
Dünya
SEPAH Hörmüz boğazından 33 gəminin keçidinə icazə verdi
18:05 24.05.2026
Region
Makron və Lukaşenko telefon danışığı aparıblar
17:48 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında gərginlik: Polis binaya daxil oldu
17:16 24.05.2026
Dünya
İntensiv yağış yağacaq - XƏBƏRDARLIQ
16:59 24.05.2026
Ekologiya
KİV: İran Ordusu Hörmüzqan vilayətində kəşfiyyat PUA-sı vurub
16:38 24.05.2026
Dünya
ABŞ-İran danışıqları iyunun 5-də baş tuta bilər
16:02 24.05.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət