Cahil kişilər öz zehinlərində fiziki gücü kişiliklə eyniləşdirirlər -Açıqlama
10:25 21.05.2025
Sosial
376
Sabirabadda qadını öldürərək Kürə atan şəxs barədə cinayət işi başlanıb.
Baş Prokurorluğun Mətbuat Xidmətindən Teleqraf-a bildirilib ki, mayın 20-də Kür çayının Sabirabad rayonu ərazisindən keçən hissəsində qadın cinsli şəxsin meyitinin aşkar olunması barədə rayon prokurorluğuna məlumat daxil olub.
İlkin araşdırmalarla 2004-cü il təvəllüdlü Seyidrəsul Talıbzadənin mayın 18-də rayonun Güdəcühür kəndi yaxınlığında yerləşən meşəlik ərazisində aralarında yaranmış mübahisə zamanı tanışı 2009-cu il təvəllüdlü Nuranə Ələkbərovanı qəsdən öldürməsi və meyitini suya atmasına əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı rayon prokurorluğunda Cinayət Məcəlləsinin üzrə 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
Seyidrəsul Talıbzadə prokurorluq tərəfindən şübhəli şəxs qismində tutulub.
Hazırda istintaq davam edir.
Sosioloq Yusif Nəbiyev “Sherg.az”a bildirib ki, bu cür dəhşətli hadisələr cəmiyyətin sosial teksturasında dərin çatların və institusional boşluqların göstəricisidir:
“Fikir verirsinizsə, Sabirabaddakı bu faciə, sadəcə bir cinayət yox, eyni zamanda bir çox sosial problemin – uşaq nikahlarının, hüquqi boşluqların, zorakılıq və fiziki şiddət "mədəniyyətinin" - təzahür formasıdır. İlk olaraq, bu yaşda qeyri-rəsmi nikahların yayılmasının əsas səbəbləri arasında sosial-iqtisadi gerilik və təhsil imkanlarının məhdudluğunu qeyd etməliyik. Bu fundamental problemlər fonunda bir çox yeniyetmə və gənc (hətta bəzən azyaşlılar) erkən yaşda ailə qurmağı bir növ "qurtuluş", "evdən qaçış" kimi görürlər. Belə şəraitdə cəmiyyət fərdləri "tez-bazar" müəyyən sosial rollara uyğunlaşdırmağa çalışır. Bu cəhdin patoloji forması isə haqqında danışdığımız nümunədə aydın görünür. Qızlar tez ailə qurmalı, tez "ana" olmalı, oğlanlar isə erkən "kişi" olmalıdır. Ev saxlamalı, ailə yükü dartmalıdır. Nəticə isə məlumdur: Travma! Bu cür halların qarşısını almaq üçün müdaxilə sadəcə fərd yox, ailə, məktəb, dini institutlar və hüquq sistemi səviyyəsində həyata keçirilməlidir. Maarifləndirmə kampaniyaları, məktəb proqramlarında sosial və hüquqi tədrisin gücləndirilməsi, yerli icmalarla birbaşa iş və əlbəttə ki, qanunvericilikdə real tətbiq mexanizmlərinin qurulması vacibdir. Niyə real? Çünki kağız üzərində qanun varsa belə, kəndin ortasında 14 yaşlı uşaq evləndirilirsə, bu "toy"lara yüzlərlə həmkəndli axın edib "xeyir-dua" verirsə, ortada dövlətin görünməzliyi problemi var. Dövlət burada özünü göstərməlidir”.
Ekspertin sözlərinə görə ailədaxili zorakılıq və qətl hadisələrinin kökündə də yenə təhsil imkanlarının qıtlığı dayanır:
“Cahil kişilər öz zehinlərində fiziki gücü kişiliklə eyniləşdirirlər. Nəticədə isə adına "kişilik" deyilən, amma əslində bir zorakılıq mədəniyyəti formalaşır. Oğlan uşağı kiçik yaşdan qadına şiddət hesabına nəzarət etmək, onun taleyini müəyyən etmək fikri ilə böyüyürsə, bu tip acı sonluqlara təəccüblənməmək lazımdır. Problem isə bundadır ki, bu hadisələr sadəcə fərdi faciə miqyasında qalmır. Bunun mənfi sosial nəticələri ortaya çıxır. Belə hadisələr cəmiyyətin ailə institutuna olan inamını zəiflədir, gənclərin emosional və sosial inkişafına zərbə vurur. Qısası, gələcək nəslin təhlükəsizliyini şübhə altına qoyur. Cəmiyyətin ailə anlayışı "filankəsin qızını alıb gətirmək" məntiqində qalacaqsa, bu, ailə yox, sadəcə sənəd-sünədi, kağız-kuğuzu olan şiddət ittifaqı olmuş olacaq. Sistematik və ciddi həllər tətbiq olunmazsa, təəssüf ki, sabah oxşar xəbərləri başqa bir rayonun adı ilə oxuyacağıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət
İran millisi DÇ-2026 üçün düşərgəsini ABŞ-dan Meksikaya köçürdü
14:04 24.05.2026
Futbol
WUF13 şəhərlərin gələcəyi üçün mühüm qlobal platforma oldu -ŞƏRH
12:54 24.05.2026
Aktual
Sabah yağış yağacaq
12:39 24.05.2026
Ekologiya
ABŞ və İran arasında memorandum layihəsinin detalları məlum olub
12:24 24.05.2026
Siyasət
“Nəsiman Yaqublu” kitabının təqdimatı keçirildi -FOTO
12:10 24.05.2026
Ədəbiyyat
Mbappe ardıcıl ikinci dəfə La Liqanın bombardiri oldu
11:55 24.05.2026
Futbol
"Axios": ABŞ və İran razılaşma imzalamağa çox yaxındır - DETALLAR
11:26 24.05.2026
Aktual
Rusiya Ordusu Kiyevə raket zərbəsi endirib... - YENİLƏNİB
11:11 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi
10:56 24.05.2026
Dünya
İsraildə panika: Netanyahu təcili toplantı çağırdı
08:57 24.05.2026
Dünya
“Axios”: ABŞ və İran arasında saziş mayın 24-də açıqlana bilər
07:45 24.05.2026
Gündəm