Doktorantura və dissertantura imtahanlarına qoyulan tələblər açıqlanıb
12:35 08.07.2024
Sosial
414
Doktorantura və dissertantura səviyyəsində xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanlarının yazı blokuna qoyulan tələblər açıqlanıb.
“Sherg.az"xəbər verir ki, bu barədə Təhsil İnstitutu məlumat yayıb.
Məlumata görə, Dövlət İmtahan Mərkəzindən bildirilib ki, xarici dil üzrə qəbul və fəlsəfə doktoru imtahanı vermək istəyən namizəd (doktoranturaya qəbul olmaq istəyən şəxslər) və iddiaçılar (artıq doktoranturaya qəbul olmuş şəxslər) xarici dil imtahanında çoxpilləli təhsil sistemi çərçivəsində mənimsədikləri bilik və bacarıqları, söz ehtiyatını, praktik qrammatikanın əsaslarını nitq fəaliyyətinin bütün növləri üzrə kompleks şəkildə, yəni dinləyib-anlama, oxuyub-anlama, yazı və danışıq vərdişləri əhatə olunmaqla nümayiş etdirməlidirlər.
Yazı bloku üzrə tapşırıq nümunəsi imtahanın istiqamətindən asılı olaraq dəyişir. Belə ki, xarici dil üzrə qəbul imtahanı üçün qeydiyyatdan keçmiş namizədlərdən esse (fikir bildirmə, mühakimə xarakterli və s.) yazmaq tələb olunur.
Esse yazarkən namizədlərə qoyulan tələblər bunlardır:
Esse seçilmiş xarici dildə olub verilmiş mövzuya uyğun işlənməli;
Tərkib hissələri (giriş, əsas hissə (bir neçə abzasdan ibarət ola bilər) və nəticə) abzaslarla fərqləndirilməli;
Həcmi 200-250 söz olmalı;
Tərkib hissələri arasındakı məntiqi rabitə gözlənilməli;
Publisistik üslubda olmalı;
Essenin mövzusu dolğun şəkildə şərh edilib, əhatə olunmalı;
Neytrallıq qorunmaqla mövzu ilə bağlı müstəqil fikir yürüdülməli;
Fikirlərin əsaslandırılması üçün müxtəlif sübutedici mənbələrdən yerli-yerində istifadə edilməli;
Akademik yazı qaydalarına əməl edilməlidir.
Xarici dil üzrə fəlsəfə doktoru imtahanında isə iddiaçılardan vizual məlumatın (məsələn, cədvəl, diaqram (xətti, dairəvi diaqram) və s.) təsvirini vermək tələb olunur.
Vizual məlumatı təsvir edən zaman iddiaçılara qoyulan tələblər bunlardır:
Vizual məlumatın təsviri seçilmiş xarici dildə olub, vizual məlumata uyğun olmalı;
Tərkib hissələri (giriş, əsas hissə (xülasə və detalları əhatə etməklə bir neçə abzasdan ibarət ola bilər) və nəticə) abzaslarla fərqləndirilməli;
Həcmi 150-180 söz olmalı;
Tərkib hissələri arasındakı məntiqi rabitə gözlənilməli;
Elmi-publisistik üslubda olmalı;
Vizual təsvir əsas məqamlara toxunulmaqla əhatəli olunmalı;
Vizual məlumat analiz olunaraq düzgün şərh edilməli və müqayisələr aparılmalı;
Neytrallıq qorunmalı, şəxsi fikirlərə yol verilməməli;
Vizual məlumatın təsvirində tərkib hissələri və fikirlər arasında məntiqi rabitə gözlənilməli;
Vizual məlumat mövzuya uyğun zəngin söz ehtiyatı ilə təsvir olunmalı;
Akademik yazı qaydalarına əməl edilməlidir.
Qeyd 1: Yerinə yetirilməmiş, yazı müəllifini tanıtmaq məqsədilə hər hansı işarə vurulmuş, namizədin özü və ya yaxınları, müəllimləri və s. barəsində məlumat yazılmış və ya təqdim olunan mövzulardan biri əvəzinə, hər hansı digər mövzuda və ya seçilmiş xarici dil əvəzinə digər dildə yazılmış, həmçinin oxunulması mümkün olmayan yazı işləri “0” balla qiymətləndirilir.
Qeyd 2: Yazı işi DİM tərəfindən təqdim olunan diyircəkli qələm vasitəsilə yerinə yetirilməlidir.
Qeyd 3: Xarici dil üzrə həm esse, həm də vizual məlumatın təsviri üzrə yazı işini yerinə yetirmək üçün namizəd və iddiaçılara təqdim olunan A3 ölçülü vərəqlərin son səhifəsi qaralama kimi istifadə oluna bilər. Qaralama hissədə aparılan qeydlər qiymətləndirmədə nəzərə alınmır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu gün Türkiyədə Zəfər Bayramıdır
01:18 30.08.2026
Dünya
Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı - FOTO
01:11 30.08.2026
İqtisadiyyat
Könül Kərimovanın qızı boşanıb
00:31 30.08.2026
Şou
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
00:12 30.08.2026
Hadisə
"Manset.az" redaksiyasının ofisi yandı
00:08 30.08.2026
Hadisə
Dambrauskas "Sabah"ın rəqiblərindən danışdı - Video
00:00 30.08.2026
Futbol
Cem Yılmaz xəstəxanaya yerləşdirildi
23:07 29.08.2026
Mədəniyyət
İranda daha 28 nəfər edam edildi
22:44 29.08.2026
Region
Qrossi: Zaporojye AES-in tam sönməsinə 10 gün qaldı
22:29 29.08.2026
Dünya
Norveçin yeni kralı Haakon ilk dəfə çıxış edəcək
21:45 29.08.2026
Dünya
Bloomberg: Respublikaçılar Konqresdə çoxluğu itirə bilərlər
21:17 29.08.2026
Dünya
Tramp CNN telekanalını kəskin tənqid edib
20:42 29.08.2026
Gündəm
Moskvadan İrəvana sərt cavab: Bu, manipulyasiyadır
20:33 29.08.2026
Dünya
Yuxudan duran kimi su içmək təhlükəlidir - Həkimdən XƏBƏRDARLIQ
20:23 29.08.2026
Sağlamlıq
Xəstəxanada gizlənən HƏMAS komandiri vuruldu
20:05 29.08.2026
Dünya
Fidan misirli və qətərli həmkarı ilə danışdı
19:54 29.08.2026
Siyasət