Dünyada elektromobil erası başlamamış bitib -RƏY
Dünyada elektromobil erası başlamamış bitib -RƏY
09:16 04.07.2024
Sosial
522
Məlum olub ki, elektromobillər ekologiyaya daha çox zərər vurur
“Elektrik avtobusların ictimai nəqliyyatda tələbatı ödəmək imkanı olmayacaq, çox baha başa gəlir”
“Batareyalar güclü maqnit sahəsi yaradır, mənfi tərəfləri insan sağlamlığına ziyandır. Hazırda dünyada hidrogenlə işləyən maşınların istehsalı prioritetdir”
Azərbaycanda gələn il elektrik mühərrikli avtobusların istehsalı zavodu tikiləcək. Bu barədə İqtisadiyyat Nazirliyindən bildirilib. Məlumata görə, Baş nazirin müavini Şahin Mustafayevin iştirakı ilə keçirilən görüşdə ölkəmizdə avtobus parkının yerli istehsal hesabına təmin edilməsi məqsədilə Çinin “BYD Company Limited” (BYD) şirkəti ilə Çərçivə sazişi imzalanıb. İşbirliyinə dair imzalanmış sazişi iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev, rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümmətov, BYD şirkətinin Kommersiya avtomobilləri üzrə icraçı direktoru Tien Çunlon və “Electrify Azerbaijan” MMC-nin direktoru Tariyel Rüstəmov imzalayıblar. Çərçivə sazişi elektrik mühərrikli avtobusların alınmasını, onlara xidmətin göstərilməsini, ölkəmizdə istehsalın qurulmasını və lokallaşlaşdırılmasını nəzərdə tutur. Sazişin məqsədi ölkəmizdə elektrik nəqliyyatı infrastrukturunun inkişafı, sərnişinlərin rahatlığının təmin edilməsi və ətraf mühitə zərərli təsirin azaldılması, habelə ölkənin ekoloji vəziyyətinin yaxşılaşdırılmasıdır. Çərçivə sazişinə əsasən yaradılacaq birgə müəssisə tərəfindən Sumqayıt Kimya Sənaye Parkında 2025-ci ildə elektrik mühərrikli avtobusların istehsalı zavodu tikiləcək. İnvestisiya həcmi 34 mln. dollar olan layihə çərçivəsində 800 yeni iş yerinin yaradılması planlaşdırılır. Bununla yanaşı, ehtiyat hissələrinin mərhələli şəkildə lokallaşdırılması nəzərdə tutulur. Azərbaycanda avtobus istehsalı müəssisəsi fəaliyyətə başlayanadək şirkətdən elektrik avtobusları alınacaq.
Sosioloq Elçin Bayramlı “Sherg.az”a açıqlamasında qeyd etdi ki, elektrik avtobuslarının istehsalı çox baha başa gəlir, üstəlik, ətraf mühitə və insanlara zərərləri çoxdur:
- Birincisi, bu, istehsal deyil, sadəcə, yığımdır. Yəni elektrikli avtobuslar ölkəmizdə istehsal olunmayacaq, yalnız yığılacaq. Bu da çox baha başa gəlir. Onlara xidmət, servis xərcləri də çox bahadır. Elektrik mühərriklərini çalışdıran batareyalar da çox bahadır. Üstəlik, bu batareyalar xarab olub tullandıqda ətraf mühitə də böyük ziyan vurur. İnsan sağlamlığına da ziyandır. Bir neçə ölkədə vətəndaşlar dəymiş zərərin qarşılanması - kompensasiya tələbi ilə məhkəməyə müraciət ediblər. Elektrik avtobuslarının ekologiyaya ilk dövrdə müsbət təsiri ola bilər. Amma sonra bunun zərərli olduğunu görəcəklər. Ümumiyyətlə, dünyada elektromobil erası başlamamış bitib. Məlum olub ki, elektromobillər ekologiyaya daha çox zərər vurur. Elektrik avtobusların ictimai nəqliyyatda tələbatı ödəmək imkanı olmayacaq, həm çox baha başa gəlir. Batareyalar güclü maqnit sahəsi yaradır, mənfi tərəfləri insan sağlamlığına ziyandır. Hazırda dünyada hidrogenlə işləyən maşınların istehsalı prioritetdir. Bu avtomobillərin potensialı güclüdür. Elektromobillərə bu qədər vəsait qoymaqdansa daha çox sərnişin daşıya bilən, tutumu daha geniş, sərfəli nəqliyyat vasitələri - tramvay, trolleybus, elektrik qatarlarına üstünlük verilməlidir. Təəssüf ki, tramvay, trolleybusları ictimai nəqliyyatdan çıxardılar, bununla da ölkə iqtisadiyyatına və nəqliyyat sektoruna böyük zərər vurdular. Hesab edirəm ki, ictimai nəqliyyat problemini elektrik avtobusları olmadan da həll edə bilərik. Bakıətrafı qəsəbələrə elektrik qatarlarının sayını artırmaq lazımdır. Əgər istəyiriksə ekologiyaya faydası olsun, elektrik qatarlarına üstünlük verilməlidir. Bir neçə elektrik avtobusu gətirilib ölkəyə. Ancaq bu, problemi həll etməyəcək. Onların ekologiyaya faydası zənn edildiyi kimi böyük deyil. Faydası az, zərəri, vəsaiti isə böyükdür.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Krasnodar hava limanı bağlandı
01:53 30.08.2026
Dünya
Kiyevdə hava hücumundan sonra anbarlarda yanğın baş verib
01:20 30.08.2026
Dünya
Bu gün Türkiyədə Zəfər Bayramıdır
01:18 30.08.2026
Dünya
Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı - FOTO
01:11 30.08.2026
İqtisadiyyat
Könül Kərimovanın qızı boşanıb
00:31 30.08.2026
Şou
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
00:12 30.08.2026
Hadisə
"Manset.az" redaksiyasının ofisi yandı
00:08 30.08.2026
Hadisə
Dambrauskas "Sabah"ın rəqiblərindən danışdı - Video
00:00 30.08.2026
Futbol
Cem Yılmaz xəstəxanaya yerləşdirildi
23:07 29.08.2026
Mədəniyyət
İranda daha 28 nəfər edam edildi
22:44 29.08.2026
Region
Qrossi: Zaporojye AES-in tam sönməsinə 10 gün qaldı
22:29 29.08.2026
Dünya
Norveçin yeni kralı Haakon ilk dəfə çıxış edəcək
21:45 29.08.2026
Dünya
Bloomberg: Respublikaçılar Konqresdə çoxluğu itirə bilərlər
21:17 29.08.2026
Dünya
Tramp CNN telekanalını kəskin tənqid edib
20:42 29.08.2026
Gündəm
Moskvadan İrəvana sərt cavab: Bu, manipulyasiyadır
20:33 29.08.2026
Dünya
Yuxudan duran kimi su içmək təhlükəlidir - Həkimdən XƏBƏRDARLIQ
20:23 29.08.2026
Sağlamlıq