
Ekspert: Aprel ayından avqust ayının sonunadək torpaq bazarında...
10:00 16.04.2024
Sosial
381
2024-cü ilin I rübündə Azərbaycanda mənzil bazarında qiymətlər 2023-ci ilin son rübünə nisbətən, 8.1% bahalaşıb. Cari ilin I rübündə ilkin mənzil bazarında qiymətlər, ötən ilin müvafiq dövrü ilə müqayisədə 7.5%, təkrar mənzil bazarında qiymətlər isə 8.1% artıb.
Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin I rübündə mənzil bazarında qiymət indeksi əvvəlki rüb ilə müqayisədə 2,2%, o cümlədən ilkin mənzil bazarı üzrə 3.1%, təkrar mənzil bazarı üzrə 2,2% bahalaşıb. Bəs qiymət artımı tendensiyasının başlıca səbəbləri nədir? Hazırda bina, yoxsa həyət evlərində daha çox bahalaşma müşahidə olunur?
Suallarımızı cavablandıran daşınmaz əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev "Sherg.az"a açıqlamasında qeyd edib ki, ölkəmizin daşınmaz əmlak bazarında xüsusən Bakı, Sumqayıt və Abşeron ərazilərində hər il qiymətlərdə kəskin artım müşahidə edilir:

"Ən çox bahalaşma isə 2023-cü ildə baş verdi. Hətta, bəzi əmlaklarda təqribi 20-25 faizə qədər yüksəliş qeydə alındı. Həmin ilin oktyabrından başlayaraq, əmlak bazarında ciddi sakitlik hökm sürdü. Əvvəlki aylarla müqayisədə alıcı qismi azaldı. Lakin bu il yanvar-fevral ayından etibarən ipoteka kreditlərinə görə, yenidən Bakı, Sumqayıt, Xırdalan ərazilərində müştəri kütləsi artdı. Hazırda çoxmənzili yaşayış binalarının qiyməti daha çox bahalaşıb. Əlavə olaraq ənənəyə uyğun aprel ayından avqust ayının sonunadək torpaq bazarında, fərdi həyət və bağ evlərinə tələbat çoxalır. Son vaxtlar isə bina evlərinə maraq çoxalıb. Bu da yatırım baxımından sərfəlidir. Belə ki, vətəndaşlar bina mənzillərini alıb kirayə verərək gəlir əldə edirlər. Bu evlərin aybaay dəyər vahidi yüksəldiyinə görə vətəndaşlar istənilən vaxt əmlakı rahat sata bilirlər. Ona görə də bölgələrdə torpaq və həyət evləri daha çox alınsa da, bu nüans böyük şəhərlərdə dəyişir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ancelina Coli Ukraynaya səfər etdi
16:25 30.08.2026
Şou
“Qalatasaray” Rafael Leaonu transfer etdiyini açıqlayıb
15:52 30.08.2026
Futbol
Şimali Kipr sahillərində sərnişin gəmisi batıb
15:06 30.08.2026
Son dəqiqə
Putinin bütün hədəfləri uğursuz oldu - Stubb
14:52 30.08.2026
Gündəm
Heyvanlara qayğı kütləvi maniyaya çevrilirsə... -ŞƏRH
14:04 30.08.2026
Sosial
Makronun reytinqi 21 faizə düşüb
13:30 30.08.2026
Dünya
Politoloq: Hindistan Rusiyanın enerji xilasına çevrilir
13:21 30.08.2026
Aktual
Tramp Salmanın Yəmənlə bağlı xahişini rədd etdi
13:13 30.08.2026
Dünya
İsrail İrana xəbərdarlıq etdi...
12:56 30.08.2026
Gündəm
Sabah yağış yağacaq, leysan olacaq
12:40 30.08.2026
Ekologiya
Ərdoğan: Türkiyə qarşıya qoyduğu hədəflərə doğru inamla irəliləyir
12:23 30.08.2026
Region
Böyük fəlakət: Trilyonlarla dollarlıq ziyan vurulacaq
12:05 30.08.2026
Maraqlı
Finlyandiya Prezidenti: Rusiyanın NATO-ya hücum edəcəyinə inanmıram
11:32 30.08.2026
Dünya
Qadınlarda ağciyər xərçəngi artır
10:57 30.08.2026
Sağlamlıq
İsrail ordusu Qəzzada HƏMAS-ın komandirini məhv edib
10:36 30.08.2026
Dünya
Səhərlər sizə yaxşı təsir edəcək 4 fəaliyyət
10:11 30.08.2026
Maraqlı