
Ekspert: Sosial yardımı elə müəyyənləşdiriblər ki, əlçatanlığı azdır
12:38 02.04.2024
Sosial
386
Bu gün ünvanlı sosial yardımın orta məbləği təxminən 450 manatdır. APA xəbər verir ki, bunu DOST TV-nin canlı yayımında əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev deyib. Nazir deyib ki, ünvanlı sosial yardımla bağlı qaydalar sadələşdirilib. “Nəzərə almalıyıq ki, ünvanlı sosial yardım passiv alətdir. Lakin tələb əhalini aktiv əlatlərlə təmin etməkdir”- deyə o qeyd edib.
Nazir vətəndaşlara çağırış edərək bildirib ki, ünvanlı sosial yardımın düzəldilməsi tamamilə elektron qaydada həyata keçirilir, buna görə kimlərinsə onlara yardım adı ilə aldatmasına imkan verməsinlər.
Məsələ ilə bağlı danışan "Sherg.az"a danışan iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, elektronlaşma faydalı prossesdir və şəffaflığın artmasına gətirib çıxarır:

"Sosial yardımın verilməsinin elektronlaşdırılması insanların obyektiv qiymətləndirilməsinə, sənədlərin verilməsində artıq xərclərin yaranmamasına, dəllalların ortadan çıxmasına səbəb olur. Ancaq sosial yardımı elə müəyyənləşdiriblər ki, əlçatanlığı azdır. Ünvanlı sosial yardımın ehtiyacı olan ailələrə çatdırılması üçün şərtlər yumşaldılmalıdır. Məsələn, bir şəxsin 70-ci illərdə mülkiyyətində maşını varsa, sosial yardım verilmir. Heç olmasa, bu şərt yeni avtomobil sahibləri üçün keçərli olsun. Bu cür kəskin məsələlər yardımın çox ailəyə verilməsinin qarşısını alır. Ünvanlı sosial yardım isə ehtiyac meyarına görə hesablanır. Ölkəmizdə 2024-cü il üçün ehtiyac meyarı olaraq 270 manat təsdiq olunub. Belə ki, ailənin gəlirləri toplanaraq ailə üzvlərinin ehtiyacı çıxılır. 270 manatın bir insanın dolanışığı üçün yetərli olub-olmamasını müzakirə etmək olar. Qeyd edilən 450 manat isə ehtiyac meyarı ilə müəyyənləşən rəqəmdir. İndiki şərtlər daxilində bu statistika real görsənmir. Lakin Nazirlər Kabinetinin metodologiyası əsaslanan göstəricidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Pivə qan damarları üçün faydalıdırmı?
08:20 27.05.2026
Sağlamlıq
“17 yaşımda striptiz-klubda işləyirdim”
07:51 27.05.2026
Şou
Avropaya səyahət edənlərin NƏZƏRİNƏ...
06:43 27.05.2026
Maraqlı
Çox yatmaq hansı xəstəliklərdən xəbər verir?
04:42 27.05.2026
Sağlamlıq
Cazın əfsanəsi dünyasını dəyişdi!
04:04 27.05.2026
Şou
Kütləvi işsizlik gözlənilir? - "OpenAI" rəhbəri danışdı
03:33 27.05.2026
Texnologiya
“Real Madrid”də prezident seçkilərinin vaxtı açıqlanıb
02:54 27.05.2026
Futbol
Netanyahu: İsrail 2 500-dən çox "Hizbullah" terrorçusunu məhv edib
00:40 27.05.2026
Dünya
Azərbaycanda Qurban bayramı qeyd olunur
00:17 27.05.2026
Cəmiyyət
İsrail HƏMAS-ın yeni liderini olduğu bazaya hücum etdi
23:59 26.05.2026
Dünya
İlham Əliyev Qurban bayramı ilə bağlı paylaşım edib
23:11 26.05.2026
Rəsmi
Mahmud Abbas İlham Əliyevi təbrik edib
22:38 26.05.2026
Rəsmi
Netanyahu: İsrail Livanda əməliyyatı genişləndirir
21:51 26.05.2026
Dünya
Şərif Ərdoğanla regional məsələləri müzakirə edib
21:38 26.05.2026
Region
Ceyhun Bayramov və İshaq Dar bu məsələləri müzakirə ediblər
21:26 26.05.2026
Siyasət