Elçin Mirzəbəylidən çağırış: Ağsuda nə peşə məktəbi, nə də kollec var
Yusif Nəzərli
09:56 01.03.2025
Sosial
707
“Ümid edirəm, peşə və kollec təhsilinin inkişafı ilə bağlı təşəbbüslərə verilən reaksiya Ağsu aşırımını aşıb keçə biləcək"
"Peşə təhsili müəssisələri artdıqca, ölkəmizin inkişafı daha da sürətlənəcək, miqrasiya axınları azalacaq". Bunu Milli Məclisin iclasında “Təhsil haqqında” qanuna təklif edilən dəyişikliyin müzakirəsi zamanı parlamentin İnsan hüquqları komitəsinin sədri Zahid Oruc bildirib. Zahid Oruc deyib ki, gələcəkdə azad edilmiş torpaqlarda kiçik və orta sahibkarlıq, yaxud güclü sənaye müəssisələrinin kadr bazası kənardan deyil, məhz yerli əhali hesabına formalaşmalıdır: “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəsmi məlumatı bizi dərindən düşünməyə və ciddi addımlar atmağa vadar edir. Gələn ilin sonuna azad edilmiş torpaqlara qaytarılacaq əhalinin peşə və ali təhsil göstəricisi onların 80 faizə qədərinin ixtisaslarının olmaması o deməkdir ki, hazırda dövlətimizin qarşısında dayanan ən taleyüklü vəzifələrdən biri məhz məcburi köçkünlərin təhsil problemlərini həll etməkdir. Bütün zəif oxuyan öyrəncilərimizi peşə təhsili ilə əhatə etsək, o cümlədən, təqaüdləri artıra bilsək, o zaman gerçəkdən ixtisaslı kadrlar məsələsini Qarabağ problemi kimi həll edə bilərik. Peşə təhsili müəssisələri artdıqca, ölkəmizin inkişafı daha da sürətlənəcək, miqrasiya axınları azalacaq”.
Qeyd edək ki, “Təhsil haqqında” qanuna təklif edilən dəyişikliyə əsasən, işğaldan azad edilmiş ərazilərdə məskunlaşmış və 2025-2028-ci tədris illərində dövlət, bələdiyyə və özəl peşə təhsili müəssisələrinə qəbul olunmuş, habelə həmin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil almaqda olan şəxslərin təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödəniləcək.
Millət vəkili Elçin Mirzəbəyli də deyib ki, qanunvericilik bazasına motivasiya xarakterli, indiki halda isə peşə təhsilinin konkret regionda cazibədarlığının artırılmasına xidmət edən əlavə və dəyişikliklər nə qədər prioritet olsa da, təkcə işğaldan azad etdiyimiz ərazilərimizi əhatə etməməlidir. Daha geniş spektrdə, xüsusilə də əmək bazarı nəzərə alınmaqla, qeyri-enerji sektorunun inkişafına, yeni iş yerlərinin açılmasına xidmət etməlidir:
"Bu sıraya, qanunvericilik səviyyəsində olmasa da, digər hüquqi-normativ aktlar çərçivəsində peşə təhsili alan gənclərin, xüsusilə də fermer təsərrüfatları yaratmaları üçün kiçik biznes layihələrinin maliyyələşdirilməsinə, onlara təşkilati və hüquqi yardım göstərilməsi istiqamətində təşəbbüslər də daxil edilməlidir. Təmsil etdiyim Ağsu rayonu ilə bağlı bir mühüm məqama diqqət çəkmək istəyirəm. Ağsu rayonu onu əhatə edən inzibati ərazi subyektləri arasında yeganə rayondur ki, burada peşə təhsili verən təhsil müəssisəsi yoxdur. Ağsu rayonunun 81 min əhalisi var. Bəzi qonşu rayonlarla müqayisədə Ağsunun əhalisinin sayı heç də az deyil. Rayonda mövcud olan sənaye müəssisələri də, yenə də qonşu rayonlarla müqayisədə kifayət qədərdir. Xatırladım ki, Ağsu rayonunu əhatə edən Şamaxı, Göyçay, İsmayıllı və Kürdəmirdə peşə liseyləri var və bu liseylərdə tədris olunan ixtisasların da əhəmiyyətli hissəsi bir-birini təkrarlayır. Amma Ağsu da daxil olmaqla adlarını çəkdiyim rayonlarda ən böyük problem suvarma sistemləri ilə bağlı olduğu halda, yalnız Kürdəmirdə belə bir peşə tədris edilir. Və yaxud ərazidə yaşayan əhali əsasən kənd təsərrüfatı ilə məşğul olsa da, “Kənd təsərrüfatı məhsullarının istehsalı üzrə fermer” peşəsi, yalnız Göyçay peşə liseyində var. Bununla yanaşı, həm Şamaxıda, həm Göyçayda, həm də İsmayıllıda kollec var. Sözügedən kolleclərdə də bir xeyli ixtisas təkrarlanır. Amma Ağsuda nə peşə məktəbi, nə də kollec var və bu da şübhəsiz ki, rayonda təhsilin səviyyəsinə və elm və təhsillə bağlı ümumi atmosferə öz mənfi təsirini göstərir. Fürsətdən istifadə edib, buradan hökumətimizi Ağsu rayonunda kollec və ya peşə liseyinin yaradılması ilə bağlı təşəbbüsləri nəzərdən keçirməyə çağırıram. Ümid edirəm, peşə və kollec təhsilinin inkişafı ilə bağlı təşəbbüslərə verilən reaksiya Ağsu aşırımını aşıb keçə biləcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin "Şençjou-23" kosmik gəmisini kosmosa göndərib
22:40 24.05.2026
Dünya
Parlamentari: Azərbaycan WUF-13-ə böyük uğurla ev sahibliyi etdi
21:13 24.05.2026
Aktual
Lənkəranda sükan arxasında ürəktutması keçirən sürücü qəza törədib
20:27 24.05.2026
Dünya
Mourinyonun "Real Madrid"də alacağı maaş bilindi
20:09 24.05.2026
Futbol
"Qarabağ" Zakira Savonu transfer etdi
19:33 24.05.2026
Futbol
Trump: İranla razılaşma tamamilə məndən asılıdır
18:21 24.05.2026
Dünya
SEPAH Hörmüz boğazından 33 gəminin keçidinə icazə verdi
18:05 24.05.2026
Region
Makron və Lukaşenko telefon danışığı aparıblar
17:48 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında gərginlik: Polis binaya daxil oldu
17:16 24.05.2026
Dünya
İntensiv yağış yağacaq - XƏBƏRDARLIQ
16:59 24.05.2026
Ekologiya
KİV: İran Ordusu Hörmüzqan vilayətində kəşfiyyat PUA-sı vurub
16:38 24.05.2026
Dünya
ABŞ-İran danışıqları iyunun 5-də baş tuta bilər
16:02 24.05.2026
Gündəm
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət