
Elnur Rüstəmov: 30 iyun təkcə romantik gün deyil, həm də milli yaddaş və vətənə sevginin rəmzidir
13:07 30.06.2025
Sosial
497
İlham və Fərizənin sevgi hekayəsi Azərbaycan gəncləri üçün örnək olmalıdır
Həyat sevgilərdən yaranan sevinc və kədərlərlə doludur. Saf sevgi çox müqəddəs hissdir. Təəssüf ki, sevgi insanı xoşbəxt də edir, bədbəxt də. Elə sevgilər də var ki, həyat onları bir ömür yaşadır. Elə sonsuz eşqlə hüznün vəhdətini özündə birləşdirən Fərizə və İlhamın sevgisi də unudulmayan sevgilərdəndir.
30 iyun tarixinin Azərbaycanda Milli Sevgililər Günü kimi qeyd olunması da məhz Fərizə və İlham Allahverdiyevlərin sevgilərini 1989-cu ilin bu günündə rəsmiləşdirmələri ilə bağlıdır.
Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov “Sherg.az”a bildirib ki, 30 iyunun “Milli Sevgililər Günü” kimi qeyd olunması cəmiyyətimiz üçün sadəcə bir romantik tarix deyil, həm də ailə institutunun və milli-mənəvi dəyərlərimizin qorunması baxımından önəmli bir simvoldur:

“Bu gününü qeyd edilməsi İlham və Fərizənin sevgi hekayəsi ilə bağlıdır. Onların sevgisi, vətənə və bir-birinə sədaqətləri Azərbaycan gəncləri üçün örnək olmalıdır. Bu tarixin qeyd olunması, əslində, sevgi anlayışının təkcə emosional deyil, həm də mənəvi və əxlaqi dayaqlara söykəndiyini vurğulayır. Müasir dövrdə sevgi daha çox sosial mediada nümayişə çıxarılan, bəzən isə ticariləşdirilmiş bir anlayışa çevrilib. Bu, xüsusilə gənclər arasında münasibətlərin daha səthi yaşanmasına gətirib çıxarır. Halbuki milli sevgililər günündə qeyd edilən sevgi sədaqət, fədakarlıq və vəfa ilə yoğrulmuş dəyərlərə əsaslanır. Azərbaycan cəmiyyətində son illərdə sevgi və münasibətlər mədəniyyətində müşahidə olunan əsas dəyişikliklərdən biri də emosional bağlılığın yerini daha çox maddi və zahiri meyarlara transfer olmasıdır. Bu isə ailə münasibətlərinə və evlilik qərarlarına da mənfi təsir edə bilir. Belə bir vaxtda, 30 iyunun “Milli Sevgililər Günü” kimi qeyd olunması, gənc nəslə sevginin mahiyyətini, onun dərin və məsuliyyətli tərəflərini xatırlatmaq baxımından mühüm əhəmiyyət daşıyır. Azərbaycanda Sevgililər Günü 14 fevralda da qeyd olunur. Bu tarix daha çox qlobal mədəniyyətin təsiri ilə populyarlaşıb. Ancaq milli-mənəvi kimliyimizin formalaşmasında və qorunmasında öz tariximizi və öz qəhrəmanlarımızı xatırladığımız günlərə önəm verməyimiz daha məqsədəuyğundur. 30 iyun təkcə bir romantik gün deyil, həm də milli yaddaş və vətənə sevginin rəmzidir. Əslində, hər iki gün qeyd oluna bilər, lakin Azərbaycan üçün örnək və milli ruhu yaşadan tarix 30 iyundur. Bu tarixin ictimai səviyyədə daha geniş tanıdılması, ailə dəyərlərinin möhkəmləndirilməsi və gənclərin sağlam münasibətlər qurmasına müsbət təsir edəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qarabağ" "Tvente" ilə oyuna bu heyətlə çıxır
19:20 27.08.2026
Futbol
Lukaşenko Rusiyaya səfər etdi
19:10 27.08.2026
Dünya
Ərdoğan Tokayevlə danışdı
18:59 27.08.2026
Gündəm
Skott Bessent İranı maliyyə resurslarını xalqa ayırmağa çağırıb
18:35 27.08.2026
Dünya
Planetin ən çox istehlak olunan əti…
18:18 27.08.2026
Maraqlı
“Kərkinin Azərbaycana qaytarılması mümkündür” - Ədalət Verdiyev
17:49 27.08.2026
Aktual
Qazaxıstan Qəzzada qoşun yerləşdirəcək
17:47 27.08.2026
Aktual
600-dən çox bal toplayan 30 abituriyent qəbul olunmadı
17:40 27.08.2026
Elm və Təhsil
Ağ Ev: Hazırda İranla danışıqlar aparılmır
17:25 27.08.2026
Dünya
“Bosniya qəssabı” Ratko Mladiç ölüb
17:18 27.08.2026
Gündəm
“Qarabağ”- “Tvente” oyunundan əvvəl fan zona təşkil olunacaq
17:06 27.08.2026
Cəmiyyət
Qaluzin: ABŞ-nin Ukrayna ilə bağlı mövqeyi dəyişib
16:40 27.08.2026
Dünya
Paşinyan: Ermənilər SSRİ-ni unudurlar
16:30 27.08.2026
Gündəm
"Balıqçılıq haqqında" qanun qüvvəyə minib
16:07 27.08.2026
Futbol
Rusiya edam cəzası verilən Bəşər Əsədi Suriyaya qaytrarır?
16:01 27.08.2026
Dünya