
Elnur Rüstəmov: Cəmiyyətdə hələ də “oğlan şərəf, qız məsuliyyətdir” kimi zərərli stereotiplər qalıb
11:30 21.05.2025
Sosial
364
Dövlət Statistika Komitəsinin məlumatına əsasən, ötən il 102 310 nəfər doğulan körpələrin 54221-i oğlan, 48089-u isə qız uşaqlarıdır.
Bu, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin 2024-cü il üzrə məlumatında əksini tapıb.
Bildirilib ki, doğulan qız uşaqları ilə oğlan uşaqları arasındakı fərq 6132 nəfərdir. Doğulanda cins nisbəti hər 100 qıza 113 oğlan təşkil edib.
2023-cü il üzrə 112620 nəfər doğulan körpələrin 59814-ü oğlan, 52806-sı isə qız uşaqlarıdır. Doğulan qız uşaqları ilə oğlan uşaqları arasındakı fərq 7008 nəfər olub. Doğulanda cins nisbəti hər 100 qıza 113 oğlan təşkil edib.
2023-cü illə müqayisədə 2024-cü ildə doğulan qız uşaqları ilə oğlan uşaqları arasındakı fərq azalıb, 7008-dən 6132-ə düşüb.
Səhiyyə Nazirliyinin məlumatına əsasən, 2024-cü ildə ölkə üzrə 78245 abort qeydə alınıb. 15-49 yaşlı hər 1000 qadına düşən abortların sayı 29,4 olub.
İllik məlumat parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin bugünkü iclasında müzakirə olunub.
Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov Sherg.az-a bildirib ki, qeyd edilən rəqəmlər doğulan uşaqlar arasında oğlanların say üstünlüyünü bir daha təsdiqləyir:

"Bu tendensiya təkcə Azərbaycana deyil, bəzi Asiya və Şərq ölkələrinə də xas olan sosial və mədəni meyillərlə izah olunur. Yəni, ənənəvi olaraq, oğlan uşaqları ailənin soyadını davam etdirən, “ailənin dayağı”, gələcəkdə ata-anaya baxacaq şəxs kimi qəbul edilir. Bu düşüncə tərzi xüsusilə kənd yerlərində daha güclüdür və bu da qız uşaqlarına nisbətən oğlanlara üstünlük verilməsinə səbəb olur. Digər bir məqam selektiv abortlarla bağlıdır. Bəzi ailələrdə ultrasəs müayinələri nəticəsində körpənin cinsi müəyyən olunduqda, qız uşağı olduğu halda hamiləliyin süni şəkildə sonlandırılması halları müşahidə olunur. Bu isə etik və hüquqi baxımdan ciddi narahatlıq doğuran bir məsələdir. Tədqiqatlar göstərir ki, belə halların əsas motivi oğlan uşağına üstünlük verən sosial təzyiqlərdir”.
Ekspertin sözlərinə görə bir qism ailələr də düşünür ki, oğlan uşaqları böyüdükdən sonra daha çox iqtisadi dəstək ola bilər, halbuki bu artıq müasir cəmiyyətlərdə öz əhəmiyyətini itirməkdədir:
“Lakin bu düşüncə hələ də bəzi ailələrdə davam edir və bu da seçimlərə təsir göstərir. Eyni zamanda buraya psixoloji və gender stereotipləri də təsir göstərir. Cəmiyyətdə hələ də “oğlan güclüdür, qız zəifdir”, “oğlan şərəf, qız məsuliyyətdir” kimi yanlış və zərərli stereotiplər qalmaqdadır. Bu isə valideynlərin şüuraltı seçimlərinə təsir edərək oğlan uşağına meyli artırır. Nəticə olaraq, bu fərq təkcə təbiət qanunauyğunluğu ilə izah olunmur, eyni zamanda cəmiyyətin dərinliklərində kök salmış sosial, mədəni, psixoloji və iqtisadi faktorların məhsuludur. Bu məsələyə yanaşma yalnız statistik deyil, həm də humanist və maarifləndirici olmalıdır. Cəmiyyətin qadın və kişi arasında bərabər dəyər anlayışını qəbul etməsi üçün təhsil, media və psixoloji maarifləndirmə fəaliyyətləri vacibdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Azərbaycan XİN Pakistana başsağlığı verib
14:46 24.05.2026
Siyasət
İran millisi DÇ-2026 üçün düşərgəsini ABŞ-dan Meksikaya köçürdü
14:04 24.05.2026
Futbol
WUF13 şəhərlərin gələcəyi üçün mühüm qlobal platforma oldu -ŞƏRH
12:54 24.05.2026
Aktual
Sabah yağış yağacaq
12:39 24.05.2026
Ekologiya
ABŞ və İran arasında memorandum layihəsinin detalları məlum olub
12:24 24.05.2026
Siyasət
“Nəsiman Yaqublu” kitabının təqdimatı keçirildi -FOTO
12:10 24.05.2026
Ədəbiyyat
Mbappe ardıcıl ikinci dəfə La Liqanın bombardiri oldu
11:55 24.05.2026
Futbol
"Axios": ABŞ və İran razılaşma imzalamağa çox yaxındır - DETALLAR
11:26 24.05.2026
Aktual
Rusiya Ordusu Kiyevə raket zərbəsi endirib... - YENİLƏNİB
11:11 24.05.2026
Dünya
CHP-nin Ankaradakı qərargahında kütləvi dava baş verdi
10:56 24.05.2026
Dünya
İsraildə panika: Netanyahu təcili toplantı çağırdı
08:57 24.05.2026
Dünya
“Axios”: ABŞ və İran arasında saziş mayın 24-də açıqlana bilər
07:45 24.05.2026
Gündəm