Elnur Rüstəmov: Münasibətin uğuru bürclərdən çox insanın şəxsi keyfiyyətləriylə müəyyən olunur
13:14 29.08.2025
Sosial
473
Elmi baxımdan bürclərin insanın xarakterini, taleyini və münasibət uğurunu birbaşa müəyyən etdiyinə dair sübut yoxdur
Bürclərdən ilham almaq mümkündür, amma həyat yoldaşı seçməkdə yeganə və ya həlledici meyar kimi qəbul olunmamalıdır
Hər kəs ailə qurarkən xoşbəxt və davamlı münasibət arzulayır. Bəzi insanlar bunun sirrini qarşı tərəfin xarakterində, ailə tərbiyəsində və dünyagörüşündə görür, bəzisi isə uyğunluğu bürclərlə ölçməyə üstünlük verir.
Baku TV paytaxt sakinlərinə "Bürcə görə həyat yoldaşı seçmək doğrudur?" sualını ünvanlayıb.
Sakinlərdən biri bildirib ki, ailənin əsasını qarşılıqlı məsuliyyət və anlayış təşkil etməlidir:
"İki tərəf də ailənin nə olduğunu anlamalıdır. Xüsusən kişilər maddi, mənəvi, fiziki məsuliyyətli olmalıdırlar. Bürclərin buna heç bir aidiyyəti yoxdur. Mənə görə, belə düşüncə cahillikdir".
Digər sakin isə bürclərə görə seçim edə biləcəyini qeyd edib:
"Bürcə görə həyat yoldaşı seçərdim. Çünki bəzi bürcləri artıq tanımışam və xoşuma gəlməyənlər var".
Psixologiya Elmi Tədqiqat İnstitutunun sədri, psixoloq Elnur Rüstəmov “Sherg.az”a bildirib ki, insanlar ailə qurarkən təbii olaraq xoşbəxtlik, qarşılıqlı anlaşma və uzunömürlü münasibət arzulayırlar:
“Bu harmoniya çox vaxt bir neçə əsas məqamlardan asılı olur. Tərəflərin xarakter uyğunluğu, ailədən aldıqları tərbiyə, həyat dəyərləri və dünyagörüşləri prosesdə mühüm rol oynayır. Eyni zamanda, qarşılıqlı hörmət, emosional dəstək və adaptasiya bacarığı da münasibətin davamlılığını təmin edən mühüm elementlərdir. Bəli bəzən cəmiyyətdə bir qrup insan uyğunluğu daha çox bürclər üzərindən qiymətləndirir. Bu, qədimdən bəri mövcud olan bir ənənədir və müəyyən mənada insanların özlərini tanımaq və qarşı tərəfi anlamaq istəkləri ilə bağlıdır. Bürclər çox vaxt simvolik xarakter daşıyır və insanlara müəyyən psixoloji təsəlli və istiqamət verir. Lakin elmi baxımdan bürclərin insanın xarakterini, taleyini və münasibət uğurunu birbaşa müəyyən etdiyinə dair sübut yoxdur. Psixologiyada münasibətlərin davamlılığı daha çox şəxsi keyfiyyətlər, emosional intellekt, stressə dözümlülük və konfliktlərin idarə olunması bacarığı ilə izah olunur. Bürcləri tamamilə nəzərə almadan, yalnız şəxsi müşahidə və ünsiyyət üzərindən qərar vermək mənə görə daha sağlam yanaşmadır. Çünki hər bir insanın şəxsiyyəti bürcdən daha geniş spektrdə formalaşır. Burada ailə mühiti, sosial mühit, təhsil, həyat təcrübəsi və fərdi inkişaf böyük rol oynayır. Bürclərə əsaslanmaq insanlara bəzən emosional rahatlıq versə də, həyat yoldaşı seçərkən əsas meyar qarşılıqlı hörmət, ortaq dəyərlər, empatiya və çətinliklər qarşısında bir-birini dəstəkləmək bacarığı olmalıdır. Ona görə də münasibətlərin uğuru və uzunömürlülüyü bürclərdən daha çox insanın şəxsi keyfiyyətləri və münasibətə göstərdiyi səylə müəyyən olunur. Bürclərdən ilham almaq mümkündür, amma həyat yoldaşı seçməkdə yeganə və ya həlledici meyar kimi qəbul olunmamalıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi
1698-ci gün: Rusiya Ukraynanın itkilərini yenilədi
17:44 18.10.2026
Dünya
Sumoçumuz Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb
17:28 18.10.2026
İdman
Zelenski: ABŞ kəşfiyyat məlumatlarının ötürülməsini bərpa edib
17:13 18.10.2026
Dünya
Bu ölkədə etirazlar: Baş nazir Rusiya və İranı ittiham etdi
16:40 18.10.2026
Dünya
“Sabah” – “Borussiya Dortmund” matçının hakimləri bəlli olub
16:14 18.10.2026
Futbol
Makron xalqa müraciət edəcək
15:56 18.10.2026
Gündəm
Müdafiə naziri: Ukrayna müharibədə heç vaxt qalib gələ bilməyəcək
15:37 18.10.2026
Dünya