
Əmək Liqasının sədri: Rusdilli məktəblərin qısa müddətdə bağlanması ehtimalı aşağıdır
11:41 02.07.2025
Sosial
430
Sahib Məmmədov: “Bu prosesin mərhələli və tələbatın azalması fonunda aparılması daha məqsədəuyğundur”
“Ümidvarıq ki, Rusiya Federasiyası baş vermiş hadisə ilə bağlı obyektiv araşdırma aparacaq və məsul şəxsləri hüquqi məsuliyyətə cəlb edəcək”
Azərbaycanın ali təhsil müəssisələrində rus dilində tədrisin mərhələli şəkildə dayandırılacağı ilə bağlı iddialar dolaşır.
Bununla bağlı rəsmi sənədlərdən fərqlənməyən bildiriş hazırlanıb, sosial şəbəkələr, o cümlədən "WhatsApp" qrupları vasitəsilə bütün ölkəyə yayılıb.
Bu bildirişə ali məktəblərin müəllimlərinin, tələbələrinin, rəhbər şəxslərinin olduğu bütün qruplarda rast gəlmək mümkündür.
İddia olunur ki, 2025-2026-cı tədris ilindən etibarən Azərbaycan universitetlərində rus dilində tədris ləğv olunacaq.
Başqa bir iddiaya görə, bütün ixtisaslar üzrə tədris yalnız Azərbaycan və ingilis dillərində aparılacaq.
İddiaya əsasən, hazırda rus sektorunda təhsil alan tələbələr avqustun 20-dək Azərbaycan dili üzrə dil imtahanı verməlidirlər. İmtahandan uğurla keçən tələbələr müvafiq olaraq Azərbaycan dilində tədris olunan ixtisasa keçiriləcək. İmtahandan keçə bilməyən tələbələr isə təhsillərini davam etdirə bilməyəcəklər. İngilis dilində tədrisə keçmək istəyən tələbələr üçün avqustun 5-dən etibarən onlayn dil attestasiyası təşkil olunacaq.
İddiaya görə, bu proses milli kimliyin möhkəmləndirilməsi və beynəlxalq təhsil sisteminə inteqrasiyanın gücləndirilməsi məqsədilə həyata keçiriləcək.
Məsələ ilə bağlı açıqlama verən Vətəndaşların Əmək Liqasının sədri Sahib Məmmədov "Sherg.az"a söyləyib ki, rus dili Birləşmiş Millətlər Təşkilatının (BMT) altı rəsmi və dörd işçi dilindən biridir:

“Bununla yanaşı, Azərbaycan Respublikası Müstəqil Dövlətlər Birliyinin (MDB) üzvü olaraq, rus dili bu qurumun rəsmi dillərindən biri kimi çıxış edir. Bu amilləri nəzərə alaraq, yalnız rus dilində tədris aparılan məktəblərin ləğv ediləcəyinə dair fikirlər real və əsaslandırılmış görünmür. Əlbəttə, rus dilinin ölkə daxilindəki statusunun digər xarici dillərlə eyniləşdirilməsi mümkün və zəruri ola bilər. Lakin bu prosesin mərhələli və tələbatın azalması fonunda aparılması daha məqsədəuyğundur. Buna görə də rus dilində tədris aparan məktəblərin birdən-birə və kütləvi şəkildə bağlanması ehtimalı hazırkı şəraitdə reallıqdan uzaqdır. Son dövrlərdə həmvətənlərimizə qarşı baş vermiş zorakı və nümayişkaranə xarakterli insidentlər ictimai emosiyaların artmasına səbəb olub. Bu, cəmiyyətdə müəyyən çağırışların səslənməsinə yol açsa da, dövlət idarəçiliyində qərarlar emosional deyil, praqmatik yanaşma əsasında qəbul edilir. Əgər real zərurət yaranarsa, müvafiq tədbirlərin həyata keçirilməsi mümkündür. Lakin hazırkı mərhələdə rus dilinin məhdudlaşdırılmasına dair xüsusi qanunvericilik təşəbbüslərinin irəli sürülməsi və ya rusdilli məktəblərin qısa müddət ərzində bağlanması ehtimalı aşağıdır. Ümidvarıq ki, Rusiya Federasiyası baş vermiş hadisə ilə bağlı obyektiv araşdırma aparacaq və məsul şəxsləri hüquqi məsuliyyətə cəlb edəcək. Bu isə iki ölkə arasındakı münasibətlərin gərginliyini nisbətən azalda bilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi