
Filtirli gözəlliyin psixoloji bədəli: Gənclərdə özünüqəbul problemi yaranıb
13:00 04.08.2025
Sosial
441
Müasir dövrdə sosial şəbəkələr gənclərin gündəlik həyatında mühüm yer tutur. Bu platformalarda istifadə olunan filtrlər isə real görünüşlə virtual görünüş arasında kəskin fərqlər yaradır. Belə fərqlər gənclərin özlərinə olan münasibətinə birbaşa təsir göstərir. Gözəllik anlayışı getdikcə süni vizual təsəvvürlərə əsaslanır. Nəticədə, bir çox gənclər özgüvən problemi yaşayır və öz xarici görünüşlərini qəbul etməkdə çətinlik çəkirlər. Bu, psixoloji gərginlik, narahatlıq və sosial müqayisə hallarını artırır. Sosial şəbəkə filtrləri artıq təkcə texnoloji vasitə deyil, həm də gənclərin psixoloji sağlamlığını təsirləndirən mühüm amilə çevrilib.
Psixoloq Sevinc Baxışova “Sherg.az”a bildirdi ki, elə bir dövrdə yaşayırıq ki, kim təbii, kim sünidir bəlli deyil:

“Bəzən sosial şəbəkələrdə şəkillərdən gördüyümüz şəxsləri canlı görəndə tanıya bilmirik. Səbəb isə axır vaxtlar dəbə düşən filtrlərdir.Əvvəllər makiyajın insanları dəyişdiyini deyirdilərsə, indi dəyişmək funksiyasını filtrlər əvəz edir.İnsanları inanılmaz dərəcədə dəyişən filtrlər dəbdədir.
Bəs əslində insanları buna sövq edən nədir? Bu, insanların özünü aldatması deyilmi? Yoxsa burada bir psixoloji problem var? Bunu edən insanların özgüvən probleminin olması, xarici görünüşləri ilə barışıq olmamaları ilə əlaqələndirmək olar. İnsanlar psixoloji pozuntular yaranmasın deyə, özlərini olduqları kimi qəbul etməlidirlər. İnsanlar bu hallardan qurtulmaq üçün birinci növbədə özlərini dərk etməli, xüsusi bacarıq və istedadlarını ortaya çıxararaq, ətraflarına sağlam münasibət qura biləcəkləri insanlar yığaraq, mənfi xüsusiyyətlərini korreksiya edib, müsbətləri ortaya çıxarmalıdırlar. Belə edərlərsə, özlərindən daha çox məmnun qala bilərlər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Makron xalqa müraciət etdi: Etirazçıların tələbləri nəzərə alınacaq
23:03 18.10.2026
Dünya
Marneulidə iki məcburi nikahın qarşısı alınıb
22:50 18.10.2026
Hadisə
Səudiyyə Ərəbistanının cənubuna mərmi düşüb, xəsarət alanlar var
22:48 18.10.2026
Dünya
ABŞ dövlət katibi Özbəkistana səfər etdi
21:55 18.10.2026
Gündəm
Ağdaşda işıqforun işləməməsi qəzaya səbəb oldu - Yaralananlar var
21:25 18.10.2026
Hadisə
Tramp Netanyahuya seçkilərdə dəstəyini açıqladı
21:09 18.10.2026
Dünya
Parisdə iğtişaşlar yenidən alovlanıb
20:21 18.10.2026
Dünya
Ukrayna bu ölkədən üzr istədi
20:19 18.10.2026
Dünya
Lavrov: Trampın Qəzza ilə bağlı planı kağız üzərində qalıb
19:41 18.10.2026
Dünya
PSJ “Barselona” ilə oyuna itki ilə çıxacaq
19:20 18.10.2026
Futbol
Trampın reytinqi rekord həddə düşüb
19:10 18.10.2026
Gündəm
Naxçıvanda avtomobil piyadanı vurub
18:53 18.10.2026
Hadisə
Antalyaya uçan təyyarə Peterburqa enə bilmədi
18:30 18.10.2026
Hadisə
"İmişli" "Turan Tovuz"u məğlub etdi
18:13 18.10.2026
Futbol
Sahibə Qafarova Qırğızıstana səfərə gedib
18:03 18.10.2026
Rəsmi