Gənc psixoloq Leyla Salmanlı "Autizim və Beyin" mövzusunda layihəsini təqdim etdi - FOTO
08:54 09.07.2024
Sosial
540
Gənc psixoloq Leyla Salmanlının "Autizim və Beyin" mövzusunda hazrladığı layihənin təqdimatı keçrilib.
"Sherg.az" xəbər verir ki, layihə "Zəfər Yolu - Müharibə İştirakçılarına və Şəhid Ailələrinə Humanitar Dəstək" İctimai Birliyinin təşkilatçılığı ilə təqdim edilib. Tədbirdə birliyin sədri Pərvanə Salmanqızı çıxış edərək bildirib ki, layihənin məqsədi autizm xəstələyindən əziyyət çəkən insanların cəmiyyətə inteqrasiyasiyasına nail olmaq, alternativ yanaşma ilə onların potensialını üzə çıxartmaqdan ibarətdir. Layihə rəhbəri Leyla Salmanlı çıxışı zamanı vurğulayıb ki, layihənin əsas devizi "yaşatmaq üçün yaşa” şüarıdır.
L.Salmanlı qeyd edib ki, hazırda GPN -nin Strong Academy-i və Autizm Treatment Center of America-nın birgə layihəsi olan Son-Rise terapiya proqramı üzərindən autizmli fərdlərə daha fərqli terapiya üsulu ilə yanaşma metodunun tətbiqinə çalışır.
"Məqsədimiz autizmli fərdlərin gizli potensialını göstərməkdən ibarətdir”, - deyə L.Salmanlı bildirib.
Tədbirdə "Alternativ Pisixologiya" elminin müəllifi, tibbi və biologiya elmləri doktoru, professor,Oksford Unversitetinin akademiki Yaşar İbadov, Respublika Qadınlar İctimai Birliyinin sədri Bahar Qasımova, biologiya elmləri doktoru Yeganə Mahumudova, məşhur xeyriyyəçi Musa Nağıyevin nəvəsi Dilarə Nağıyeva-Muxtarova, şəhid anası Çiçək Biləndərli, əməkdar müəllim Zülfiyyə Vəliyeva çıxış edərək autimzdən əziyyət gənclərə dəstək göstərilməsinin vacibliyini vurğulayıblar.
Tədbir iştirakçıları bildiriblər ki, təqdim olunan layihənin əsas məqsədi autizmdəm əziyyət çəkən insanlarda özünə güvənin artması, onların sıralarından cəmiyyət üçün faydalı kadrlar yetişməsinə dəstək olmaqdır.
Təqdimatda pedaqoqlar, psixoloqlar, media nümayəndələri və QHT rəhbərləri iştirak ediblər.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bu gün Türkiyədə Zəfər Bayramıdır
01:18 30.08.2026
Dünya
Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı - FOTO
01:11 30.08.2026
İqtisadiyyat
Könül Kərimovanın qızı boşanıb
00:31 30.08.2026
Şou
Sabirabadda 2 yaşlı uşaq gölməçədə boğularaq ölüb
00:12 30.08.2026
Hadisə
"Manset.az" redaksiyasının ofisi yandı
00:08 30.08.2026
Hadisə
Dambrauskas "Sabah"ın rəqiblərindən danışdı - Video
00:00 30.08.2026
Futbol
Cem Yılmaz xəstəxanaya yerləşdirildi
23:07 29.08.2026
Mədəniyyət
İranda daha 28 nəfər edam edildi
22:44 29.08.2026
Region
Qrossi: Zaporojye AES-in tam sönməsinə 10 gün qaldı
22:29 29.08.2026
Dünya
Norveçin yeni kralı Haakon ilk dəfə çıxış edəcək
21:45 29.08.2026
Dünya
Bloomberg: Respublikaçılar Konqresdə çoxluğu itirə bilərlər
21:17 29.08.2026
Dünya
Tramp CNN telekanalını kəskin tənqid edib
20:42 29.08.2026
Gündəm
Moskvadan İrəvana sərt cavab: Bu, manipulyasiyadır
20:33 29.08.2026
Dünya
Yuxudan duran kimi su içmək təhlükəlidir - Həkimdən XƏBƏRDARLIQ
20:23 29.08.2026
Sağlamlıq
Xəstəxanada gizlənən HƏMAS komandiri vuruldu
20:05 29.08.2026
Dünya
Fidan misirli və qətərli həmkarı ilə danışdı
19:54 29.08.2026
Siyasət