
“Göz yaşı” geniş təbliğ olunacaq
“Göz yaşı” geniş təbliğ olunacaq
08:46 25.06.2024
Sosial
323
“Ağ ölümlə mübarizə” layihəsinin müddəti 3 aydır
Əsas məqsəd tədbirlər və sosial çarx vasitəsilə cəmiyyəti narkomaniya bəlasından xilas etmək yönündə maarifləndirməkdən ibarətdir
Narkotik vasitələrin sui-istifadəsi və qanunsuz dövriyyəsi ilə Beynəlxalq Mübarizə Günü çərçivəsində silsilə tədbirlər təşkil edilir. Narkomanlığa və Narkotik Vasitələrin Qanunsuz Dövriyyəsinə Qarşı Mübarizə üzrə Dövlət Komissiyasının İşçi Qrupu tərəfindən narkomanlığın zərəri barədə maarifləndirici sosial çarxlar hazırlanıb. Sosial çarxların çəkilişində tanınmış incəsənət xadimləri də iştirak edib. “Narkotik sərhədsiz fəlakətdir”, animasiya formatında olan “İçindəki günəşi qoru, narkotikə yox de” və “802 qaynar xətt” adlı sosial çarxlar Bakı, Sumqayıt və Gəncə şəhərlərinin küçə və prospektlərdəki elektron lövhələrdə nümayiş edilir. Bu barədə Dövlət Komissiyasının mətbuat xidmətinin məlumatında bildirilib. Məlumatda qeyd edilib ki, bu sosial çarxların yayımlanması “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2019-2024-cü illər üçün Dövlət Proqramı”na uyğun olaraq hazırlanıb. Və narkotik vasitələrin qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizə sahəsində sosial maarifləndirmə işinin daha da genişləndirilməsi məqsədi daşıyır. Videoçarxların uzunmüddətli yayımlanması nəzərdə tutulur. Qeyd edək ki, uzun müddətdir Bakı Metropoliteni stansiyalarının platformalarında, vestibüllərdə narkomaniya əleyhinə sosial plakatlar vurulub. Bu məzmunlu sosial çarxlar metro stansiyalarındakı elektron tablolarda da nümayiş olunur.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə yardımı ilə “Narkotizmlə Mübarizə” İctimai Birliyi tərəfindən "Ağ ölüm”lə mübarizə” adlı layihə həyata keçirilir. Layihə çərçivəsində ərsəyə gələcək “Göz yaşı” adlı sosial çarxın geniş təbliği nəzərdə tutulub.
Bu barədə “Sherg.az”a danışan layihə rəhbəri Kənan Qubadzadə maarifləndirici tədbirlərin böyük əhəmiyyət daşıdığını qeyd edərək bildirdi ki, “Ağ ölümlə mübarizə” layihəsinin müddəti 3 aydır və əsas məqsədi tədbirlər və sosial çarx vasitəsilə cəmiyyəti narkomaniya bəlasından xilas etmək yönündə maarifləndirməkdən ibarətdir:

- Bu məqsədə çatmaq üçün Bakı şəhəri, Qəbələ və İsmayıllı rayonlarında narkomaniyaya aludəçiliyin vəziyyəti öyrəniləcək. Layihəyə cəlb olunacaq ekspertlərin köməkliyi ilə gənclərlə bu istiqamətdə fərdi söhbətlər aparılacaq. Sosial platformaların vasitəsilə maarifləndirmə işi geniş auditoriyanı əhatə edəcək. Müxtəlif KİV-lər vasitəsilə maarifləndirmə işi aparılacaq, bu yöndə silsilə yazılar dərc olunacaq. Çəkilən sosial çarxlar disklərə köçürüləcək və Bakı ilə yanaşı regionda da gənclərə pulsuz paylanacaq. Sosial çarxın hər bir tədbirdə təqdimat mərasimi təşkil olunacaq.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Albaniyada hökumət binasına hücum edildi
15:22 23.03.2026
Dünya
XİN Pakistan xalqını təbrik edib
14:14 23.03.2026
Siyasət
ABŞ İranda quru əməliyyatına başlasa... - Rudenko
13:52 23.03.2026
Dünya
Fransanın sabiq Baş naziri vəfat edib
13:20 23.03.2026
Dünya
Çin lideri İlham Əliyevi təbrik edib
13:07 23.03.2026
Rəsmi
Müctəba Xameneinin son durumu açıqlandı
13:00 23.03.2026
Dünya
Əli Laricanin məzarının şəkli yayılıb
12:52 23.03.2026
Region
Zülfiqaridən Trampa: Sən işdən çıxarıldın!
12:44 23.03.2026
Dünya
Saba 23 dərəcə isti olacaq
12:36 23.03.2026
Ekologiya
İran Körfəzi minalayacağı ilə hədələyib
12:20 23.03.2026
Region
Terapevt: Bayramdan sonra balanslı qidalanmaya keçidin vacibdir
12:07 23.03.2026
Sağlamlıq
Rusiyanın ən böyük neft terminalından biri vuruldu
11:59 23.03.2026
Dünya
“Bəsic”in Şiraz komandiri öldürüldü
11:49 23.03.2026
Ekologiya
Lənkəranda qaçaqmalçılıqla gətirilmiş 12 kq marixuana aşkarlanıb
11:40 23.03.2026
Hadisə
Tehrana görünməmiş zərbələr endirilir
11:32 23.03.2026
Region