
Heç bir müəllimin şagirdə əl qaldırmağa səlahiyyəti yoxdur -Sosioloq
11:12 30.09.2024
Sosial
412
Xaçmaz şəhər C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə təhsil alan şagirdin müəllimləri tərəfindən döyüldüyü deyilir.
Bu barədə “Qafqazinfo”ya müraciət daxil olub.
İddiada qeyd edilib ki, dərs vaxtı Fiziki Tərbiyə müəllimi Azər Bəşirov və Gənclərin çağırışaqədərki hərbi hazırlığı müəllimi Həsənbala Xasməmmədov dərsi buraxaraq şahmat oynayıblar. Nəticədə şagirdlər nəzarətsiz qaldıqları üçün sinif otağında səs-küy salıblar. İddiaya əsasən, həmin müəllimlər sinfə gələrək 11-ci sinif şagirdi B.Ü.-nü ölümcül halda döyüblər.
Məsələ ilə bağlı Xaçmaz şəhər Təhsil İdarəsindən belə cavab verildi:
“26.09.2024-cü il Xaçmaz şəhər C.Cabbarlı adına 6 nömrəli tam orta məktəbin səhər növbəsinin I saatında təqribən 08:30-08:45 radələri arasında məktəbin 11-ci sinif şagirdi B.Ü Gənclərin çağırışaqədərki hərbi hazırlığı dərsindən məktəbin yeməkxanasına gedərkən məktəbin həyətində fiziki tərbiyə dərsində olan 9-cu sinif şagirdi J.A.-ya topu zərblə atıb və top qızın qarın nahiyəsinə möhkəm dəyib. Nəticədə isə fiziki tərbiyə müəllimi Bəşirov Azər Musayib oğlu 11-ci sinif şagirdini tənbeh edib.
Qeyd edirik ki, J.A. 3 ay bundan əvvəl qarın nahiyəsindən əməliyyat olunub və müəllimin digər şagirdə sərt reaksiyası da bu səbəbdən olub. Nəticədə məktəb rəhbərliyi şagirdləri və müəllimi dəvət edərək onların izahatını alıb və barışıq edib”.
Açıqlamada qeyd edilib ki, müəllim polis şöbəsinə də dəvət edilib: “Hadisədən bir saat sonra Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən məktəbin fiziki tərbiyə müəllimi Bəşirov Azər Musayib oğlu polis şöbəsinə çağırılıb və orada ona şagirdi döydüyü üçün dəvət olunduğu qeyd edilib. Lakin Xaçmaz Rayon Polis Şöbəsi döyülmə hadisəsinin olduğunu təsdiq etməyib. Hazırda valideynlərin heç bir şikayəti yoxdur və şikayətçi olmadıqlarını yazılı bildiriblər”.
DİN Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru polis baş leytenantı Xəyal Talıbov cavab olaraq bildirib ki, məktəbdə mübahisə olması ilə bağlı polisə məlumat daxil olub. Hazırda araşdırma aparılır.
Sosioloq Mətanət Məmmədova “Sherg.az”a bildirib ki, bu məsələ hələ ki, dəqiq şəkildə araşdırılır:

“Heç bir müəllimin şagirdə əl qaldırmağa, sinif yoldaşlarının yanında təhqir etməyə səlahiyyəti yoxdur. Eyni zamanda şagird də məktəb daxilində məktəb davranışlarına uyğun addım atmalıdır. Yəni müəllimlərinə qarşı hörmət etməli, sinif yoldaşları və digər şəxslərə qarşı tərbiyəli olmalıdır. Düşünürəm ki, bu məsələ bilmədən oyun zamanı baş verib. Ümumiyyətlə müəllimlərin səlahiyyəti yoxdur ki, dərsi boş qoyub şahmat oynasın, uşaqlarda öz başına qalıb istədiklərini etsinlər. Bəzi müəllimlər dərsi boş qoymasa bu cür problemlər yaranmaz. Son vaxtlar məktəblərimizdə müəllim şagird problemi artmaqdadır. Bunun da başlıca səbəbi çox vaxt müəllimlərdə olur. Çünki müəllimlər uşaqlardan yaşca daha böyükdürlər. Müəllim hər xarakterdə olan uşaqla dil tapmalıdır ki, sonra problemlə nəticələnməsin. Ümid edirəm ki, təhsil sistemimizdə bu kimi söz söhbətlər tez zamanda aradan qalxacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bayramda diqqətli olun - Qırmızı ət və desert...
05:25 26.05.2026
Sağlamlıq
Toral Bayramov “Qarabağ”dan getdi
04:00 26.05.2026
Futbol
İspaniyada daha bir nəfərdə hantavirus aşkarlanıb
03:33 26.05.2026
Dünya
Səhərlər gözdə problem insultdan xəbər verə bilər
02:54 26.05.2026
Sağlamlıq
Ondan sonra bir daha evlənməyi düşünmür
02:22 26.05.2026
Şou
Köçəryan Azərbaycanla bağlı "vəd" verdi
01:27 26.05.2026
Cənubi Qafqaz
Braziliya prezidenti radioterapiya kursuna başladı
01:05 26.05.2026
Dünya
Pezeşkian: Əli Xamenei ABŞ ilə danışıqlara qarşı olmayıb
00:43 26.05.2026
Region
İsrail ordusu Livana yenidən zərbə endirməyə başlayıb
00:22 26.05.2026
Dünya
İranda internetlə bağlı mühüm qərar: Pezeşkian təsdiqlədi
23:40 25.05.2026
Region
Rumıniyanın Prezidenti İlham Əliyevi təbrik edib
23:05 25.05.2026
Rəsmi
Bolqarıstanda NATO-nun quru qoşunlarının təlimləri keçiriləcək
22:31 25.05.2026
Dünya
Keniya prezidenti İlham Əliyevi təbrik edib
22:00 25.05.2026
Rəsmi
Neftin qiyməti 94 dollardan aşağı düşüb
21:35 25.05.2026
İqtisadiyyat
Vanqa proqnozları: 2026-da Rusiyada liderlik dəyişikliyi...
20:31 25.05.2026
Gündəm