
Hər dəqiqəsi ölüm saçır-ŞƏRH
Yusif Nəzərli
15:30 07.07.2024
Sosial
517
MTK-ların inşa etdiyi binalarda liftlər başlı-başına buraxılıb
Təəssüf ki, lift qəzaları zamanı kimsə məsuliyyəti üzərinə götürmür, sərnişinlərin liftdən düzgün istifadə etmədiyini əsas səbəb kimi göstərirlər
Bu ilin ilk 6 ayı ərzində yaşayış binalarında istifadədə olan sərnişin liftərinə Fövqəladə Hallar Nazirliyi tərəfindən keçirilən baxış zamanı bir sıra nöqsanlar aşkarlanıb, nəticədə 6 liftin fəaliyyəti dayandırılıb. Bu haqda FHN-in məlumatında qeyd olunub. Nazirliyin Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyinin məlumatına görə, bu ilin ilk altı ayında yoxlama aparılmış müəssisələrin sayı 161, yoxlanılmış liftlərin sayı 942, tərtib edilmiş aktların sayı 161, aşkar edilmiş pozuntuların sayı 883, istismarı qadağan edilmiş (məhdudlaşdırılmış) liftlərin sayı isə 6 (2 müəssisədə) olub. "Bundan başqa 2024-cü ilin 6 ayı ərzində qeydiyyata alınmış liftlərin sayı 285, istismarına icazə verilməsində iştirak edilmiş liftlərin sayı 285, müraciət edən müəssisələrin sayı isə 94 olub. Yoxlama zamanı liftlərdə aşkar edilmiş qayda pozuntularının aradan qaldırılması məqsədilə liftlərin təhlükəsiz istismarına və texniki sazlığına cavabdeh olan lift sahibinin və ya istismarçının iştirakı ilə müvafiq akt tərtib edilir. Tərtib olunmuş akt Agentlik tərəfindən kollegial formada nəzərdən keçirilir və müvafiq qərar qəbul olunur. Həmin qərarda adətən 30 günədək müddət müəyyən edilir. Qeyd olunmuş müddət ərzində liftin sahibi və ya istismarçısı tərəfindən qayda pozuntuları aradan qaldırılmalı və bu barədə Agentliyə məlumat verilməlidir. Qayda pozuntularının ağırlıq dərəcəsindən asılı olaraq, insan həyatı və ətraf mühit üçün təhlükəli olan pozuntularla bağlı liftlərin istismarı qanunvericiliyə uyğun olaraq məhdudlaşdırılır. Aktda qeyd olunan qayda pozuntularının aradan qaldırılmasına liftin sahibi və ya istismarçı məsuliyyət daşıyır.
Hər nə qədər FHN yoxlamalar aparsa da, lift qəzaları yenə baş verir. Bir neçə gün əvvəl paytaxtda iki yaşayış binasında – Xətai və Nərimanov rayonları ərazisindəki binalarda lift qəzası baş verib, ümumilikdə 12 nəfər xəsarət alıb. Təəccüblü olansa bu idi ki, lift qəzasına görə kimsə, heç bir qurum məsuliyyəti üzərinə götürməyib.
Təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyev “Sherg.az”a açıqlamasında qeyd etdi ki, FNH Sənayedə İşlərin Təhlükəsiz Görülməsi və Dağ-mədən Nəzarəti Dövlət Agentliyi plana uyğun olaraq yaşayış binaları və müəssisələrdə yoxlamalar aparır, liftlərin istifadəyə yararsız olub-olmamasına nəzarət edir:

- Lakin bu, yetərli deyil. Hər bir yaşayış binasında, müəssisədə liftlərə cavabdeh konkret şəxslər olmalıdır. Ötən dəfə də qeyd etdik ki, dövlət balansında olan yaşayış binalarındakı liftlərə Bakı Lift İdarəsi cavabdehdir. MTK-ların inşa etdiyi binalarda isə liftləri inşaatçı şirkət quraşdırır. Tikinti şirkəti lift quraşdırıcı şirkətlə müqavilə bağlamalıdır, liftin keyfiyyətinə zəmanət sənədi tələb etməlidir. Lift quraşdırıldıqdan sonra da onun təhlükəsizliyinə həmin MTK, şirkət cavabdeh olmalıdır. Liftlər həmişə təhlükə potensialı daşıyır. Liftlər quraşdırılarkən keyfiyyətinə əmin olmaq lazımdır. Lisenziyası olan, ixtisaslaşmış müəssisə firma ilə müqavilə bağlamalıdır ki, müqavilə əsasında da liftin təmiri, mütəmadi yoxlanması həyata keçirilsin, lift xarab olduqda firmanın mütəxəssisləri dəvət edilsin, zəruri təmir işləri aparılsın. Mütəxəssis rəy verməlidi, bu lift istismara yararlıdır, yoxsa yararsız. Lift yararsız hala düşübsə, dəyişdiriməlidir. Liftlər mütəmadi texniki baxışdan keçirilməlidir, qurğular, detallar yoxlanmalıdır. İstismar müddəti bitmiş liftlərdən istifadə edilməməlidir. Çünki bu, insan ölümünə, sərnişinlərin ağır xəsarət almalarına səbəb ola bilər. Təəssüf ki, lift qəzaları zamanı kimsə məsuliyyəti üzərinə götürmür, sərnişinlərin liftdən düzgün istifadə etmədiyini əsas səbəb kimi göstərirlər. Halbuki sakinlərlə, işçilərlə liftdən istifadə qaydalarına dair maarifləndirici iş aparmaq da binalarda fəaliyət göstərən komendantlarn, iş yerlərində isə rəhbər vəzifə tutanların öhdəsinə düşür.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Rusiyada bloger Hüseyn Həsənova 4 il qiyabi hökm oxunub
15:25 04.08.2026
Hadisə
Bəzi rayonlarda sabah qaz olmayacaq
14:44 04.08.2026
İnfrastruktur
Xəstəxanaya getmədən pulsuz tibbi xidmət almaq mümkün olacaq
14:28 04.08.2026
Sağlamlıq
Göz yaşının sirri açıqlandı: İnsan üç fərqli növ göz yaşı tökür
14:19 04.08.2026
Cəmiyyət
İranda ikibaşlı hakimiyyət özünü açıq şəkildə göstərir - ŞƏRH
13:26 04.08.2026
Gündəm
Ərdoğan YAŞ toplantısı öncəsi Anıtkabiri ziyarət etdi
12:58 04.08.2026
Gündəm
Sədərək Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsindən azad edilib
12:57 04.08.2026
Gündəm
ABŞ-nin İranla mümkün saziş üçün tələbləri açıqlandı
12:50 04.08.2026
Gündəm
Azərbaycan və İsveçrənin XİN rəhbərləri görüşdü - YENİLƏNİB
12:45 04.08.2026
Siyasət
Sabah 39 dərəcə isti olacaq
12:40 04.08.2026
Ekologiya
Naxçıvanda hiss edilən zəlzələ olub
12:36 04.08.2026
Hadisə
Ötən gün 30 cinayətin açılması təmin olunub
12:30 04.08.2026
Hadisə
Bu qəsəbədə bütün sakinlər eyni binada yaşayır
12:27 04.08.2026
Dünya
Rusiyada yanacaq bazarında yeni araşdırmalar başlayıb
12:17 04.08.2026
Dünya