Heydər Məmmədov: 95 ölkədən 500-ə yaxın prokuror Bakıda konfransda iştirak edəcək
Yusif Nəzərli
06:17 25.09.2024
Sosial
429
"30-dan çox ölkənin Baş prokuroru Bakıdakı konfransda toplaşacaq".
APA xəbər verir ki, bunu Baş prokurorun müavini Heydər Məmmədov bildirib.
Heydər Məmmədov deyib ki, 177 ölkə üzrə 350 mindən artıq üzvü olan dünya prokurorlarının ilk və yeganə qlobal təşkilatı - Beynəlxalq Prokurorlar Assosiasiyasının (BPA) hər ilin sentyabr ayında İllik Konfransı və Ümumi Yığıncağı dünyanın müxtəlif ən aparıcı dövlətlərinin şəhərlərində keçirilir.
Təşkilatın 29-cu İllik Konfransı və Ümumi Yığıncağının 28 sentyabr-2 oktyabr tarixlərində paytaxt Bakı şəhərində keçirilməsinin dövlətimiz üçün müstəsna tarixi əhəmiyyətə malik olduğunu vurğulayan Baş prokurorun müavini qeyd edib ki, müxtəlif ölkələrin Baş prokurorları və digər yüksək vəzifəli şəxsləri də daxil olmaqla 95 ölkədən 465-dən artıq iştirakçı və onları müşayiət edən 40 nəfərdən çox ailə üzvləri qeydiyyatdan keçib.
Ölkəmizdə keçiriləcək bu mötəbər tədbirin beynəlxalq əlaqələndirmə platforması olduğunu bildirən Heydər Məmmədov 30-dan çox dövlətin Baş prokurorlarının, 20-dən çox dövlətin məhkəmə-hüquq sisteminin müxtəlif qurumları və nüfuzlu beynəlxalq təşkilat rəhbərlərinin də iclasa qatılacağını vurğulayıb.
Baş prokuror Kamran Əliyevin rəhbərliyi ilə prokurorluq orqanlarının çoxsaylı qlobal və regional təşəbbüslərdə fəal iştirak etdiyini, beynəlxalq münasibətlərin möhkəmləndirilməsi məqsədilə kompleks işlər görüldüyünü qeyd edən Heydər Məmmədov BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29 zamanı da qurum tərəfindən “Gücləndirilmiş İqlim Fəaliyyəti üçün Hüquq-mühafizə orqanlarının səfərbər edilməsi” adlı yüksək səviyyəli plenar iclas təşkil ediləcəyini bildirib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Bayramda diqqətli olun - Qırmızı ət və desert...
05:25 26.05.2026
Sağlamlıq
Toral Bayramov “Qarabağ”dan getdi
04:00 26.05.2026
Futbol
İspaniyada daha bir nəfərdə hantavirus aşkarlanıb
03:33 26.05.2026
Dünya
Səhərlər gözdə problem insultdan xəbər verə bilər
02:54 26.05.2026
Sağlamlıq
Ondan sonra bir daha evlənməyi düşünmür
02:22 26.05.2026
Şou
Köçəryan Azərbaycanla bağlı "vəd" verdi
01:27 26.05.2026
Cənubi Qafqaz
Braziliya prezidenti radioterapiya kursuna başladı
01:05 26.05.2026
Dünya
Pezeşkian: Əli Xamenei ABŞ ilə danışıqlara qarşı olmayıb
00:43 26.05.2026
Region
İsrail ordusu Livana yenidən zərbə endirməyə başlayıb
00:22 26.05.2026
Dünya
İranda internetlə bağlı mühüm qərar: Pezeşkian təsdiqlədi
23:40 25.05.2026
Region
Rumıniyanın Prezidenti İlham Əliyevi təbrik edib
23:05 25.05.2026
Rəsmi
Bolqarıstanda NATO-nun quru qoşunlarının təlimləri keçiriləcək
22:31 25.05.2026
Dünya
Keniya prezidenti İlham Əliyevi təbrik edib
22:00 25.05.2026
Rəsmi
Neftin qiyməti 94 dollardan aşağı düşüb
21:35 25.05.2026
İqtisadiyyat
Vanqa proqnozları: 2026-da Rusiyada liderlik dəyişikliyi...
20:31 25.05.2026
Gündəm